Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-997/2022 21.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialar dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********09830 olan Samsung galaxy A10 markalı telefon, Samsung markalı qoruyucu üzlük, Xiaomi Redmi markalı qulaqlıq və Case markalı telefon aksesuarı üçün 394 manat, 22.02.2020-ci il tarixli müqaviləyə əsasən Redmond markalı fen ütü üçün 60 manat, 09.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********10907 olan Xiaomi Redmi 7A markalı telefon üçün 325,6 manat, 01.05.2020-ci il tarixli müqaviləyə əsasən Mi True qulaqlıq markalı qulaqlıq üçün 50 manat, 22.02.2020-ci il tarixli müqaviləyə əsasən Xiaomi Redmi markalı qulaqlıq, Samsung markalı qoruyucu üzlük və Car Holder markalı telefon aksesuarı üçün 105.6 manat, 08.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********08090 olan Samsung J2 Core markalı telefon və SanDisk markalı yaddaş kartı üçün 59,4 manat, 01.04.2020-ci il tarixli müqaviləyə əsasən Xiaomi Redmi markalı qulaqlıq və Flash markalı yaddaş kartı üçün 149.4 manat, ümumilikdə 1144 manat borcun və 31.44 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 13.02.2020, 22.02.2020, 09.03.2020, 01.05.2020. 22.02.2020, 08.03.2020 və 01.04.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ Kodları **********09830 olan Samsung galaxy A10, **********10907 olan Xiaomi Redmi 7A, **********08090 olan Samsung J2 Core markalı telefonlar, Mi True və Xiaomi Redmi markalı 4 ədəd qulaqlıq, Samsung markalı 2 ədəd qoruyucu üzlük, Car Holder və Case markalı 2 ədəd telefon aksesuarı, Redmond markalı fen ütü, SanDisk və Flash markalı 2 ədəd yaddaş kartları almış və nəticədə 1144 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 448 manat olan İMEİ Kodu **********09830 Samsung galaxy A10 markalı telefon, Samsung markalı qoruyucu üzlük, Xiaomi Redmi markalı qulaqlıq və Case markalı telefon aksesuarı üçün ümumilikdə 394 manat ödənilməmiş hissə, 22.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 66 manat olan Redmond markalı fen ütü 60 manat ödənilməmiş hissə, 09.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 345.6 manat olan İMEİ Kodu **********10907 olan Xiaomi Redmi 7A markalı telefon üçün 325.6 manat ödənilməmiş hissə, 01.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 54 manat olan Mi True qulaqlıq markalı qulaqlıq üçün 50 manat ödənilməmiş hissə, 22.02.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 105.6 manat olan Xiaomi Redmi markalı qulaqlıq, Samsung markalı qoruyucu üzlük və Car Holder markalı telefon aksesuarı üçün ümumilikdə 105,6 manat ödənilməmiş hissə, 08.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 352.8 manat olan İMEİ Kodu **********08090 Samsung J2 Core markalı telefon və SanDisk markalı yaddaş kartı üçün ümumilikdə 59.4 manat ödənilməmiş hissə, 01.04.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 163 manat olan Xiaomi Redmi markalı qulaqlıq və Flash markalı yaddaş kartı üçün ümumilikdə 149.4 manat ödənilməmiş borc yaranmışdır. Cavabdeh 08.03.2020-ci il tarixli müqaviləyə əsasən 09.03.2020-ci il tarixində Samsung J2 Core markalı telefon və yeni qızıl zəmanətdən mtina etmiş və məhsul 293,4 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 08.03.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 293,4 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 97,6 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb MPM-nin 284-1ci maddəsinə uyğundur. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.02.2020-ci il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 448 manat olan Samsung galaxy A10 markalı telefon, Samsung markalı qoruyucu üzlük, Xiaomi Redmi markalı qulaqlıq və Case markalı telefon aksesuarını 14 ay müddətə hər ay 32 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.02.2020-ci il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 66 olan Redmond markalı fen ütünü 12 ay müddətə hər ay 5,5 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.03.2020-ci il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 345,6 olan Xiaomi Redmi 7A markalı telefonu 18 ay müddətə hər ay 19,2 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.05.2020-ci il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 54 olan Mi True markalı qulaqlığı 4 manat ilkin ödəniş etməklə 10 ay müddətə hər ay 5 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.02.2020-ci il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 105,6 olan Xiaomi Redmi markalı qulaqlıq, Samsung markalı qoruyucu üzlük və Car Holder markalı telefon aksesuarını 12 ay müddətə hər ay 8,8 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.03.2020-ci il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 352,8 olan Samsung J2 Core markalı telefon və SanDisk markalı yaddaş kartını 18 ay müddətə hər ay 19,6 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.04.2020-ci il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 163 olan Xiaomi Redmi markalı qulaqlıq və Flash markalı yaddaş kartını 13 manat ilkin ödəniş etməklə 12 ay müddətə hər ay 12,5 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13.02.2020-ci il tarixli müqavilə üzrə 394 manat, 22.02.2020-ci il tarixli müqavilə üzrə 60 manat, 09.03.2020-ci il tarixli müqavilə üzrə 325,6 manat, 01.05.2020-ci il tarixli müqavilə üzrə 50 manat və 22.02.2020ci il tarixli müqavilə üzrə 105,6 manat, 08.03.2020-ci il tarixli müqavilə üzrə 59,4 manat, 01.04.2020-ci il tarixli müqavilə üzrə 149,4 manat olmaqla cəmi 1144 manat ödənilməmiş borcu vardır. Cavabdehin ödədiyi cəmi məbləğ 391 manat təşkil edir. 08.03.2020-ci il tarixili müqavilə üzrə məhsul qaytarılmış və 293,4 manat qiymətləndirilərək borcdan silinmişdir. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 567-ci maddəyə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanılmış qeyd olunan əşyanın nisyə alqı – satqı müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442.1 maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 13.02.2020-ci il tarixli müqavilə üzrə 394 manat, 22.02.2020-ci il tarixli müqavilə üzrə 60 manat, 09.03.2020-ci il tarixli müqavilə üzrə 325,6 manat, 01.05.2020-ci il tarixli müqavilə üzrə 50 manat, 22.02.2020-ci il tarixli müqavilə üzrə 105,6 manat, 08.03.2020-ci il tarixli müqavilə üzrə 59,4 manat, 01.04.2020-ci il tarixli müqavilə üzrə 149,4 manat olmaqla cəmi 1144 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,44 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 13.02.2020-ci il tarixli müqavilə üzrə 394 manat, 22.02.2020-ci il tarixli müqavilə üzrə 60 manat, 09.03.2020-ci il tarixli müqavilə üzrə 325,6 manat, 01.05.2020-ci il tarixli müqavilə üzrə 50 manat, 22.02.2020-ci il tarixli müqavilə üzrə 105,6 manat, 08.03.2020-ci il tarixli müqavilə üzrə 59,4 manat, 01.04.2020-ci il tarixli müqavilə üzrə 149,4 manat olmaqla cəmi 1144 (bir min bir yüz qırx dörd ) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,44 (otuz bir manat qırx dörd qəpik) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-997/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-997/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver