Məhkəmə qərarları › İş №2(060)-998/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-998/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-998/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.02.2020-ci il tarixli müqavilə üzrə Amur markalı yataq dolabı üçün 436 manat, 21.02.2020-ci il tarixli müqavilə üzrə tekstil markalı havlu və 4 ədəd çay dəsmalı üçün 31.2 manat, 13.12.2019-cu il tarixli müqavilə üzrə 2 ədəd HOFFMANN T110 markalı telefon üçün 12 manat, 06.03.2020-ci il tarixli müqavilə üzrə Tekstil markalı 3 ədəd yastıq və 2 ədəd çay dəsmalı üçün 29.6 manat, 22.03.2020-ci il tarixli müqavilə üzrə X1 Tripod, Cable və Power Bank üçün 135.2 manat, 22.03.2020-ci il tarixli müqavilə üzrə Philips markalı tozsoran üçün 343.2 manat, 16.02.2020-ci il tarixli müqavilə üzrə Xiaomi Redmi markalı qulaqlıq üçün 55.8 manat ödənilməmiş hissə, ümumilikdə 1043 manat borc və 30.43 manat dövlət rüsumu pulun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18.02.2020, 21.02.2020, 13.12.2019, 06.03.2020, 22.03.2020, 22.03.2020 və 16.02.2020-ci il tarixli müqavilələrə əsasən Amur markalı yataq dolabı, Tekstil markalı havlu və 4 ədəd çay dəsmalı, 2 ədəd HOFFMANN T110 markalı telefon, Tekstil markalı 3 ədəd yastıq və 2 ədəd çay dəsmalı, X1 Tripod, Cable, Power Bank, Philips markalı tozsoran və Xiaomi Redmi markalı qulaqlıq almış və nəticədə 1043 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə 18.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 624 manat olan Amur markalı yataq dolabına görə 436 manat, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən isə alqısatqı qiyməti 103.2 manat təşkil edən Tekstil markalı havlu və 4 ədəd çay dəsmalına görə 31.2 manat, 13.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 144 manat olan 2 ədəd HOFFMANN T110 markalı telefona görə 12 manat, 06.03.2020-ci il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 57.6 manat təşkil edən Tekstil markalı 3 ədəd yastıq və 2 ədəd çay dəsmalına görə 29.6 manat, 22.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 178.2 manat təşkil edən X1 Tripod, Cable və Power Banka görə 135.2 manat, 22.03.2020-ci il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 379.2 manat təşkil edən Philips markalı tozsorana görə 343.2 manat, 16.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 65.8 manat təşkil edən Xiaomi Redmi markalı qulaqlıq üçün 55.8 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 509 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi 17 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 20 dekabr 2021-ci il tarixdə məhkəmə Cavabdeh prosesual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin cavabdeh ünvan tam olmadığı üçün məhkəmə bildirişini cavabdehə təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18.02.2020-ci il tarixli müqaviləyə əsasən 24 ay müddətində hər ay 26 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 624 manat təşkil edən Amur markalı yataq dolabına görə 188 manat ödəniş etmiş və 436 manat ödənilməmiş borcu qalmış, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətində hər ay 8.6 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 103.2 manat təşkil edən Tekstil markalı havlu və 4 ədəd çay dəsmalına görə 72 manat ödəniş etmiş və 31.2 manat ödənilməmiş borcu qalmış, 13.12.2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətində hər ay 12 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 144 manat təşkil edən 2 ədəd HOFFMANN T110 markalı telefona görə 132 manat ödəniş etmiş və 12 manat ödənilməmiş borcu qalmış, 06.03.2020-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətində hər ay 4.8 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 57.6 manat təşkil edən Tekstil markalı 3 ədəd yastıq və 2 ədəd çay dəsmalına görə 28 manat ödəniş etmiş və 29.6 manat ödənilməmiş borcu qalmış, 22.03.2020-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətində hər ay 9.9 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 178.2 manat təşkil edən X1 Tripod, Cable və Power Banka görə 43 manat ödəniş etmiş və 135.2 manat ödənilməmiş borcu qalmış, 22.03.2020-ci il tarixli müqaviləyə əsasən 24 ay müddətində hər ay 15.8 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 379.2 manat təşkil edən Philips markalı tozsorana görə 36 manat ödəniş etmiş və 343.2 manat ödənilməmiş borcu qalmış, 16.02.2020-ci il tarixli müqaviləyə əsasən 14 ay müddətində hər ay 4.7 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 65.8 manat təşkil edən Philips markalı tozsorana görə 10 manat ödəniş etmiş və 55.8 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 18.02.2020-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Amur markalı yataq dolabı almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 18.02.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş Amur markalı yataq dolabını tam qüsursuz halda təhvil almış və Cavabdeh 18.02.2020-ci il tarixli müqavilə üzrə 24 ay müddətində hər ay 26 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 21.02.2020-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Tekstil markalı havlu və 4 ədəd çay dəsmalı almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 21.02.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş Tekstil markalı havlu və 4 ədəd çay dəsmalını tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən Cavabdeh 21.02.2020-ci il tarixli müqavilə üzrə 12 ay müddətində hər ay 8.6 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 13.12.2019cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən 2 ədəd HOFFMANN T110 markalı telefon almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 13.12.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş 2 ədəd HOFFMANN T110 markalı telefonu tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən Cavabdeh 13.12.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətində hər ay 12 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 06.03.2020-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Tekstil markalı 3 ədəd yastıq və 2 ədəd çay dəsmalı almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 06.03.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş Tekstil markalı 3 ədəd yastıq və 2 ədəd çay dəsmalını tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən Cavabdeh 06.03.2020-ci il tarixli müqavilə üzrə 12 ay müddətində hər ay 4.8 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 22.03.2020-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən X1 Tripod, Cable, Power Bank almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 22.03.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş X1 Tripod, Cable, Power Bankı tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən Cavabdeh 22.03.2020-ci il tarixli müqavilə üzrə 18 ay müddətində hər ay 9.9 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 22.03.2020-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Philips markalı tozsoran almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 22.03.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş Philips markalı tozsoranı tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən Cavabdeh 22.03.2020-ci il tarixli müqavilə üzrə 24 ay müddətində hər ay 15.8 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 16.02.2020-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Xiaomi Redmi markalı qulaqlıq almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 16.02.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş Xiaomi Redmi markalı qulaqlığı tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən Cavabdeh 16.02.2020-ci il tarixli müqavilə üzrə 14 ay müddətində hər ay 4.7 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC 11.05.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 18.02.2020, 21.02.2020, 13.12.2019, 06.03.2020, 22.03.2020, 22.03.2020 və 16.02.2020-ci il tarixlərdə bağlanmış müqavilələrə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilələrin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh 18.02.2020, 21.02.2020, 13.12.2019, 06.03.2020, 22.03.2020, 22.03.2020 və 16.02.2020-ci il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh 1043 (min qırx üç) manat borc və ödənilmiş 30.43 (otuz manat qırx üç qəpik) manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 – 284- 6, 216-220-ci və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1043 (min qırx üç) manat borc və ödənilmiş 30.43 (otuz manat qırx üç qəpik) manat dövlət rüsumu məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar