Məhkəmə qərarları › İş №2(060)-999/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-999/2024

01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-999/2024 01.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Şöhlət qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Şöhlət qızı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1947/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh uşaq üçün 220 (iki yüz iyirmi) manat ümumilikdə 440(dörd yüz qırx) manat aliment tutulub, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanması üçün və üçüncü uşaqları doğulana kimi 100 manat əlavə baxım pulunun iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-cü ildə Cavabdeh ilə nikaha daxil olmaqla ailə qurmuşdur. Onların xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X15 adlı iki övladı vardır. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1947/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 ddiaçının yanında qalmasının müəyyən olunması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay xx.xx.2021 -ci il tarixdən başlayaraq hər uşaq üçün 100 (yüz) manat olmaqla ümumilikdə 200 ( iki yüz ) manat aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı məhkəmə qətnaməsinə əsasən hazırda 200 manat aliment alır. Aldığım 200 manat məbləğində alimentlə övladını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə iddiaçıya əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun təlabatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması- fiziki cəhətdən inkişafı, həmçinin 2023-ci il respublikada uşaqlar üçün yaşayış minimumunun 220 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırki ərizə ilə müraciət edir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1947/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün cavabdehdən hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində aliment tutulub, xx.xx.2017-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıya verilməlidir. Bundan əlavə bildirir ki, Cavabdeh ilə xx.xx.2023-cü ildə yenidən birləşib birlikdə ailə kimi yaşamağa başlamışlar. Bir müddət sonra yenidən münasibətlər pozulmuş və tərəflər ayrılmışlar. Və hal-hazırda 7 aylıq hamilədir. Bu səbəbdən uşaq dünyaya gələnə qədər cavabdehdən 100 manat baxım pulu tələb edir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə xx.xx.2017-ci il tarixdə nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Onların xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X15 adlı iki övladı olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin Məhkəməsinin 2(060)-1947/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X10 analarının yanında qalmaları və onların yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100(yüz) manat cəmi 200 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə məndən tutulması qət edilmişdir. İddiaçı ilə aralarında bağlanmış nikah cavabdehin ikinci evliliyidir. Bundan başqa cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin digər qətnaməsi əsasında digər övladları xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat cəmi 160 manat sabit pul məbləğində aliment ödəyir. Belə ki, 2021-ci il tarixdə məhkəmə mübahisəsi zamanı məhkəmə aliment hissəsinə də münasibət bildirərək hər uşağa görə 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bundan əlavə olaraq cavabdeh işlədiyi müəssisədə baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Aldığı xəsarət nəticəsində ağır işlərdə işləyə bilmir, fiziki işlərə yararsızdır. Özü hal-hazırda taksi fəaliyyəti ilə məşğuldur. Rəsmi və stabil gəlir yeri yoxdur. Təxmini hər ay 300-400 manat aralığında gəlir əldə edir. Nəzərə alınsa ki ,qətnamə çıxan il, yəni 2021-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 175 manat müəyyən olunmuşdur. Qanunvericiliklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilə və yenidən sübut edilə bilməz. Buradan da aydın görünür ki, iddia əsassızdır. Məhkəmə öz qətnaməsi ilə bu iddiaya dair öz mövqeyini bildirmişdir Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Halbuki cavabdehin maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Əksinə əvvəl işlədiyi halda, hal-hazırda sağlamlığında ciddi problemlər yaranmış, ağır,daha çox əmək haqqı olan işlərdə işləməyim məhdudlaşdırılmışdır. Həmçinin iddiaçı mənim maddi vəziyyətimin dəyişməsi və ya artması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı iddiasını 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Qanuna istinad edərək əsaslandırılmışdır. İddianın mövqeyinə görə, yaşayış minimumunun məbləğinin miqdarının alimentin artırılmasına aid edilməsini əsas götürür. Lakin bu qeyri-müəyyənliklər yaradır. Həmçinin iddiaçının hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsini çətinləşdirir. Belə ki, alimentin miqdarının müəyyən edilməsi zamanı “Yaşayış minimumu haqqında” Qanunun normaları deyil, cavabdehin maddi və ailə vəziyyəti əsas götürülməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, etirazı müdafiə edərək, etirazın məzmununa uyğun izahat verdi. İddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: MŞS/MT030/2023-02584 saylı, xx.xx.2023-cü il tarixli, ilin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci İddiaçı ödəmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X15 adlı iki övladı vardır. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1947/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X11 arasında Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyat şöbəsində bağlanmış xx.xx.2017-ci il tarixli, 1941 saylı nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 analarının yanında qalması, xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X6 verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9877/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış 1998 nömrəli nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X4 anası X2 yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq Cavabdeh X2 xeyrinə hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. AZ-İ № 392166 nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X5 nikahı Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına İbişova soyadı verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1947/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh X11 arasında Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyat şöbəsində bağlanmış xx.xx.2017-ci il tarixli, 1941 saylı nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 analarının yanında qalması, xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X6 verilməsi qət edilmişdir. xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 artmaqda olan tələbatları ilə əlaqədar iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-1947/2021 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onların böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, qeyd edir ki, iş materiallarından da göründüyü kimi xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X15 cavabdehin ikinci evliliyindən olan övladlarıdır. Cavabdehin eyni zamanda xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X12 adlı övladları da vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9877/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq Cavabdeh X2 xeyrinə hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Göründüyü kimi cavabdeh hazırda digər övladlarının saxlanılması üçün də aliment ödəyir. Cavabdehin digər övladlarının saxlanılması ilə bağlı aliment öhdəliyinin olmasını, həmçinin xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 böyüməsi ilə əlaqədar maddi tələbatlarının artmasını nəzərə alaraq iddia tələbinin alimentin artırılmasına dair hissədə qismən təmin edilməli olması qənaətinə gəlir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarınln 8.7-ci bəndində qeyd edilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Odur ki, iddia tələbi qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-1947/2021 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı Şöhlət qızına verilməlidir. Məhkəmə iddianın maddi yardımın ödənilməsi ilə bağlı hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Göründüyü kimi saxlanılmaları üçün maddi yardım tələb edilən uşaqlar 2017-cü il təvəllüdlü və 2018-ci il təvəllüdlüdür. Onların doğulduğu gündən müvafiq olaraq 6 il və 7 il müddət keçmişdir. Buna görə də iddia tələbi bu hissədə təmin edilə bilməz. Bununla belə iddiaçı hamilə olması ilə əlaqədar cavabdehdən əlavə baxım pulu istəsə də, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Belə ki, Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1947/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X11 arasında Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyat şöbəsində bağlanmış xx.xx.2017-ci il tarixli, 1941 saylı nikah pozulmuşdur. Nikah 2021-ci ildə pozulsa da, iddiaçı hazırda hamilə olduğunu iddia edir. Belə olan halda cavabdehin həmin uşağın atası olması ilə bağlı mötəbər sübutlar təqdim edilməsi vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən həmin sübutlar iş materiallarına əlavə edilmədiyindən, cavabdehin həmin uşağın atası olması hazırda qeyrimüəyyəndir. Odur ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-1947/2021 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı Şöhlət qızına verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar