Məhkəmə qərarları › İş №2(061)-1012/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1012/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1012/2025 25.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-in etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-in cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kreditin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-i cavabdehlər Cavabdeh və onun zaminləri Zamin1 və Zamin2 4304,33 (dörd min üç yüz dörd,33) manat əsas kredit borclarının, 915,98 (doqquz yüz on beş,98) manat faiz borclarının, eyni zamanda tərəflərlə aralarında bağlanmış kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən gecikdirilmiş məbləğə görə hər gün üçün hesablanmış 195,40 manat cərimənin, cəmi 5415,71 manatın və əlavə olaraq iddia qaldırılması üçün ödənilmiş 75,20 manat dövlət rüsumunun cavabdehlərdən alınıb Bank olmayan kredit təşkilatı "xxxx" MMC-inxeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-in etibarnamə üzrə nümayəndəsi X2 rəsmi ərizə təqdim edərək hazırda cavabdehlərlə aralarında razılığa gəldiklərindən iddia tələbinə mahiyyəti üzrə baxılmasını istəmir, iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-in etibarnamə üzrə nümayəndəsi X1 25 avqust 2025-ci il tarixli ərizəsindən görünür ki, hazırda cavabdehlərlə aralarında razılığa gəldiklərindən iddia tələbinə mahiyyəti üzrə baxılmasını istəmir, iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclasınin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrini işə mahiyyəti üzrə baxılmasını tələb etməmələri kimi qiymətləndirir və iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 75 (yetmiş beş) manat 20 qəpik dövlət rüsumu iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-ə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-i cavabdehlər Cavabdeh və onun zaminləri Zamin1 və Zamin2 4304,33 (dörd min üç yüz dörd,33) manat əsas kredit borclarının, 915,98 (doqquz yüz on beş,98) manat faiz borclarının, eyni zamanda tərəflərlə aralarında bağlanmış kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən gecikdirilmiş məbləğə görə hər gün üçün hesablanmış 195,40 manat cərimənin, cəmi 5415,71 manatın və əlavə olaraq iddia qaldırılması üçün ödənilmiş 75,20 manat dövlət rüsumunun cavabdehlərdən alınıb Bank olmayan kredit təşkilatı "xxxx" MMC-inxeyrinə tutulması tələbinə dair iddia tələbi baxılmamış saxlanılsın. Ödənilmiş 75 (yetmiş beş) manat 20 (iyirmi) qəpik manat dövlət rüsumu iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-ə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar