Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1038/2025 05.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı X1 Cavabdeh ştirakı ilə ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 11.000 manat, hüquqi xidmətə görə ödənilmiş 500 manat, maddi və mənəvi zərərə görə 5000 manat, ödənilmiş dövlət rüsumuna görə 139,50 manat, cəmi 16639,50 pulun alınıb ona verilməsi barədə alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Naftalan şəhərində özünə məxsus geyim əşyaları mağazasında geyim əşyalarının satışı ilə məşğuldur. Cavabdeh hərbişidir. 5-6 ildir ki, cavabdeh ondan paltar alış-verişi elədiyi üçün münasibətləri yaranmışdır. Cavabdeh ondan borca pul istədiyi üçün notarial qaydada borc müqavilə bağlamaqla birinci dəfə xx.xx.2024-cü il tarixdə xx.xx.2025-ci il tarixədək qaytarmaq şərti ilə 5000 manat, ikinci dəfə xx.xx.2024-cü il tarixdə xx.xx.2025-ci il tarixədək qaytarmaq şərti ilə 6000 manat cavabdehə borc pul vermişdir. Lakin müqavilə müddətlərinin başa çatmasına baxmayaraq cavabdeh borcunu qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hüquqi savadı olmadığı üçün "xxxx" MMC ilə müqavilə bağlamış, Həssas Hüquq” MMC tərəfindən ona hüquqi yardım göstərilmiş, məhkəməyə müraciət etməsi üçün iddia ərizəsinin hazırlanmışdır. Göstərilən hüquqi xidmətə görə "xxxx" MMC-nin hesabına 500 manat pul ödəmişdir. Cavabdeh ona olan borcunu qaytarmamaqla həmçinin ona maddi və mənəvi ziyana görə 5000 manat zərər vurmuşdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, pul lazım olduğundan iddiaçıdan xx.xx.2024-cü il il tarixli kredit müqaviləsi əsasında xx.xx.2025-ci il tarixədək qaytarmaq şərti ilə 5000 manat məbləğində borc pul almişdır. İddiaçının tələb etdiyi 6000 manat isə həmin 5000 maanatın faizidir. İddiaçıya ümumilikdə 11000 manat borcu olduğunu qəbul edir və həmin pulu etdiyi ödənişlər çıxılmaqla ödəməyə razıdır. Belə ki, iddiaçının kartına hissə-hissə ödəməklə ümumilikdə 1350 manat, nəğd şəkildə, yəni əlbəl isə 2000 manat ödəmişdir. Həmin ödədiiyi məbləğlər çıxılmaqla qalan məbləği ödəməyə razıdır. Məhkəmə iclasında İddiaçı əlavə izahatında göstərmişdir ki, əvvəlki izahatında bildirdiyi kimi cavabdeh ona məxsus mağazadan həm də alış-veriş etmişdir. Özü mağazada olmayanda qızları Jalə və Könül onu əvəz edirlər. Cavabdeh onun deyil, qızları Jalə və Könülün kart hesabına nisyə aldığı paltarlara görə müəyyən ödənişlər etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, həmin ödənişlər borca görə deyil, nisyə alddığı paltarların pulu olmuşdur. İşdə olan İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı qızından xx.xx.2025-ci il tarixədək qaytarmaq şərti ilə borca 5.000 manat pul götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər borcun faizsiz verildiyini şərtləndirmişlər. İşdə olan İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı qızından xx.xx.2025-ci il tarixədək qaytarmaq şərti ilə borca 6.000 manat pul götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər borcun faizsiz verildiyini şərtləndirmişlər. İşdə olan İddiaçı ilə "xxxx" MMC arasında notarial qaydada bağlanmış xx.xx.2025-ci il tarixli hüquqi xidmətin göstərilməsi haqqında müqavilədən görünür ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli kredit müqavilələri üzrə borcun qaytarılması ilə bağlı "xxxx" MMC İddiaçı hüquqi yardım göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən tərəflər müqavilə üzrə hüquqi xidmət haqqının məbləğini 500 manat müəyyənləşdirmişlər. İşdə olan "xxxx" MMC milliön elektron ödəniş sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə həyata keçirilmiş ödəmə barədə ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 500 manat pul köçürülmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 140 manat pul ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından, məhkəmə iclasında tədqiq edilən yuxarıda adı çəkilən iş materiallarından müəyyən olundu ki, hazırkı caavabdeh Cavabdeh hazırkı İddiaçı xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixədək qaytarmaq şərti ilə borca 5.000 manat, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixədək qaytarmaq şərti ilə borca 6.000 manat məbləğində borca pul götürmüş və tərəflər hər iki müqavilənin 3-cü bəndinə əsasən borcun faizsiz verildiyini şərtləndirmişlər. Lakin, şərtləndirilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamışdır. Ona görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmmə araşdırması zamanı cavabdeh iddiaçıya ümumilikdə 11.000 manat məbləğində borcu olduğunu məhkəmə iclasında etiraf etmiş, həmin 11.000 manatdan 1350 manatnı iddiaçının kart hesabına hissə-hissə, 2000 manatını isə nəğd şəkildə, yəni əlbəl iddiaçıya ödədiyini bildirərək, həmin məbləğləri çıxılmaqla qalan məbləği ödəməyə razı olduğunu biuldirmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qaydada olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı №25657/94 § 282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd etməyi lazım bilir ki, hazırkı iddia elə iddialardandır ki, burada sübut etmə yükü borcun verilməsi, verilən borcun məbləğinə, eləcə də maddi və mənəvi ziyanın vurulmasına dair hissədə iddiaçı tərəfin, borcun qaytarılmasına dair hissədə isə cavabdehin üzərinə düşür. İddiaçı məhkəmə iclasında verdiyi izahatla yanaşı məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli kredit müqavilələri, hüquqi xidmətin göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli müqavilə, PaşaPay» MMC milliön elektron ödəniş sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə həyata keçirilmiş ödəmə barədə ödəniş qəbzinə və dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən 11.000 manat borc və hüquqi xidmətə görə 500 manat pul tələbinə dair hissədə iddiasını sübuta yetirə bilmişdir. Cavabdeh məhkəmə iclasında sözügedən borcdan iddiaçının kartına hissə-hissə ödəməklə ümumilikdə 1350 manat, nəğd şəkildə, yəni əlbəl isə 2000 manat ödədiyini bildirsə də buna dair izahat verməkdən savayı məhkəməyə hər hansı bir mötəbər sübut təqqdim etməmişdir. Onun vermiş olduğu izahatı iddiaçının izahatı ilə birmənalı şəkildə təkzib olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi borca görə 11.000 manat və hüquqi xidmətə görə 500 manat pul tələbinə dair hissədə əsaslıdır. Məhkəmə iddia tələbinə mənəvi ziyana dair hissədə hüquqi qiymət verərkən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında göstərilən tövsiyyələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarınındakı hüquqi mövqeyi əsas götürür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquqları və X2 haqqında Konvensiyanın, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı iddia etsə də, ona mənəvi zərər vurulmasını, yəni cavabdehin iddia edilən qanunsuz hərəkəti nəticəsində yaxın qohumlarını və ya iş yerini itirməsini, fəal ictimai həyat tərzindən məhrum olmasını, şəxsi, ailə və tibbi sirlərinin açıqlanmasını, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsini, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılmasını və ya həmin hüquqlardan məhrum olmasını, sağlamlığına xəsarət yetirilməsini və s. halları məhkəmə iclasında sübuta yetirə bilməmiş, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər, adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflərin arasındakı münasibət iqtisadi məzmunda olan müqaviləvi öhdəliklərə aid borc münasibətdir və həmin münasibətlə bağlı iddiaçının şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi ilə müşayət edilən hər hansı bir hal müəyyən edilməmiş, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir. İddiaçı həmçinin ona maddi ziyan vurulmasına dair də məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə həm də qeyd etməyi lazım bilir ki, iddiaçı maddi və mənəvi zərərə görə 5000 manat tələbi irəli sürsə də, maddi zərərin nə qədər, mənəvi zərərin nə qədər təşkil etməsini fərqləndirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia maddi və mənəvi ziyan tələbinə dair hissədə əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqaviləvi öhdəliklərə aid olan borc münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin borcla bağlı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhhkəmə işin yuxarıda müüəyyən olunmuş hallarına əsaslanaraq, yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən, yəni borca görə 11.000 manat və hüquqi xidmətə görə 500 manat pul tələbinə dair hissədə əsaslı olduğu üçün həmin hissədə təmin edilməli, qalan hissədə ttəmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə çəkilmiş məhkəmə xərclərinin iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflər arasında bölüşdürülməsi məsələsinə hüquqi qiymət verərək hesab edir ki, iş üzrə ödənilmiş 139.50 manat dövlət rüsumu (11.500 manat (təmin edilən əsas məbləğ) x 100 : 16500 manat (iddia olunan əsas məbləğ) = 69.7%; 69.7% x 139.50 (iddia vermək üçün ödənilmiş dövlət rüsumu) AZN : 100 = 97.2 manat) iddianın təmin edilmiş hissəsinə mütanasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Bu məqsədlə iddia vermək üçün ödənilmiş 139.5 manat dövlət rüsumunun 97.2 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 11.000 manat, hüquqi xidmətə görə ödənilmiş 500 manat, cəmi 11.500 manat pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumuna görə ödənilmiş 139.50 pulun 97.2 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №2(061)-1038/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1038/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver