Məhkəmə qərarları › İş №2(061)-1046/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1046/2025

15.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1046/2025 15.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC adlandırılacaq) və Cavabdeh2 qarşı ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət əsasında dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə ərizəsi üzrə mülki işin materiallarını açıq məhkəmə iclasında nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 və Cavabdeh2 balansında olan transformatordan çıxan 10 KV-luq elektrik xəttinin qırılaraq yerə düşməsi nəticəsində ona məxsus təqribən çəkisi 140 kq olan 1 baş inəyin ölməsi nəticəsində ona vurulmuş 3000 (üç min) manat maddi zərərin əvəzinin və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə ərizə iə müraciət edərək iddia tələbində göstərdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3, əsil cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, onun yaşadığı kənd ərazisindən keçən 10 KV-luq elektrik xətti xx.xx.2025-ci il tarixdə qırılaraq yerə düşmüşdür. Hadisə nəticəsində həmin gün ona məxsus bir baş inək heyvanı elektrik cərəyanına düşrək tələf olmuşdur. Hadisə ilə bağlı dərhal polis və prokurorluq orqanlarına müraciət etmidir. Lakin həmin qurumlar tərəfindən işə dəqiq baxılmadığı üçün ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Tərtər rayon Prokurorluğu tərəfindən isə ona göndərilmiş rəsmi məktubdan görünür ki, onun iribuynuzlu heyvanının elektrik cərəyanı vurduğu ərazidəki transformator fiziki şəxs Cavabdeh2 məxsusdur. Elektrik xətti təhlükəli obyekt hesab edildiyindən, onun təhlükısiz saxlanılmasına və qəzaların qarşısının alınmasına cavabdeh olan qurumlar məsuliyyət daşıyırlar. Müıki Məcəllənin 1096-cı maddəsinə əsasən, təhlükəli obyektin sahibi belə zərərə görə təqsirsiz də olsa, zərərin əvəzini ödəməlidir. Onun inəyi təqribən 3000 manat dəyərində olmuşdur və bu heyvanın tələf olması ona ciddi maddi zərər vurmuşdur. Hazırda elektrik xəttinin və ya transformatorun kimə məxsus olduğu ona dəqiq məlum olmadığından, cavabdeh qismində həm "xxxx" ASC-in X3, həm də həmin ərazidə yerləşən transformatorun sahibini göstərmişdir. Buna görə də hesab edir ki, ona mıxsus bir baş inəyin ölməsinə görə ona vurulmuş zərərin əvəzi olaraq 3000 manat qanunvericiliyə əsasən tam olaraq cavabdehlər tərəfindən ona ödənilməlidir. İddia tələbində qeyd etdiyi qanunvericliyin qeyd edilən müddəlarına əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbi əlaqə və borclunun təqsiri aiddir. Mülki hüquqi məsuliyyətin yaranması üçün qeyd olunan bir sıra məcburi şərtlər cavabdehin hərəkətlərində mövcuddur və bu səbəbdən də onun heyvanına vurduğu zərəri və ona dəymiş real zərəri tamamilə ödəməlidir. Bununla bağlı dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət etsə də o müxtəlif bəhanələr gətirməklə ziyanı ödəməkdən boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda göstərilənlərə əsasən cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 və Cavabdeh2 balansında olan transformatordan çıxan 10 KV-luq elektrik xəttinin qırılaraq yerə düşməsi nəticəsində ona məxsus təqribən çəkisi 140 kq olan 1 baş inəyin ölməsi nəticəsində ona vurulmuş 3000 (üç min) manat maddi zərərin əvəzinin və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək izahatında iddia tələblərini tam qanuni və əsaslı hesab etmiş, iddia ərizəsində qeyd etdikləri halları bir daha təsdiq edərək göstərmişdir ki, onun yaşadığı kənd ərazisindən keçən 10 KV-luq elektrik xətti xx.xx.2025-ci il tarixdə qırılaraq yerə düşmüşdür. Hadisə nəticəsində həmin gün ona məxsus bir baş iribuynuzlu inək heyvanı elektrik cərəyanına düşərək tələf olmuşdur. Hadisə ilə bağlı dərhal polis və prokurorluq orqanlarına müraciət etmidir. Lakin həmin qurumlar tərəfindən işə dəqiq baxılmadığı üçün ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Tərtər rayon Prokurorluğu tərəfindən isə ona göndərilmiş rəsmi məktubdan görünür ki, onun iribuynuzlu heyvanının elektrik cərəyanı vurduğu ərazidəki transformator fiziki şəxs Cavabdeh2 məxsusdur. Onun inəyi təqribən 3000 manat dəyərində olmuşdur. Ona məxsus bir baş inəyin ölməsinə görə ona vurulmuş zərərin əvəzi olaraq 3000 manat qanunvericiliyə əsasən tam olaraq cavabdehlər tərəfindən ona ödənilməlidir. Ona görə də məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəməyə ərizə təqdim edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3, əsil cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-1046/2025 nömrəli qərardadı ilə ərizəsi təmin edilmişdir. Hazırda cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Onların iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmiş, iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər "xxxx" ASC-ə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. İş materiallarına əlavə edilmiş SMS bidirişdən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat almışlar. Odur ki, məhkəmə işə onların iştirakı olmadan Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasasən baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-in səlahiyyətli nümayəndəsi A.M.Əliyev məhkəməyə ünvanladığı vəsatətdə qeyd etmişdir ki, İddiaçı iri buynuzlu heyvanını elektrik cərəyanı vurduğu ərazidəki, transformator fiziki şəxs Əhmədova Səfərova məxsusdur.”X1 Qaydaları”na 8 saylı əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral 18 saylı Qərarı ilə təsdiq edilmişdir. Həmin qərardan görünür ki, enerjitəhcizatı müəssisəi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında (elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə) xx.xx.2024-cü il tarixli akta əsasən 35/10 KV-luq İsmayılbəyli y/s-dan çıxan 10 KV-luq 3 saylı Qaraqoyunlu hv/x-dan qidalanan Ə.S.Əhmədova məxsus ******* saylı 160 KV-luq KTM-əçəkilmiş hava xəttinin girişində quraşdırılmış ayrıcı tərpənməz kontaktı sərhəd sayılır. Sərhəd nöqtəsindən obyektə tərəf istismar məsuliyyəti abonentə məxsusdur. Cavabdeh2 məhkəməyə etiraz və mülahizələrini təqdim edərək göstərmişdir ki, mülkiyyətində olan un dəyirmanının həyətində olan şəxsi işıq transformatoru qapalı şəraitdədir. Transformatorun qoruyucu istehkamı vardır. Heç bir insan və yaxud heyvan keçə bilməz. Transformatordan çıxan naqillər kabel vasitəsi ilə yeraltı çəkilmiş, bir sözlə bütün təhlükəsizlik qaydalarına tam riayət edilmişdir. İddiaçı onu cavabdeh şəxs qismində göstərmişdir. Bu cavabdehlik tam əsassızdır. İddiaçının heyvanı yarın stansiyadan çıxan 10 minlik elektrik naqilinin qırılıb düşdüyündən ona dəymiş və ölmüşdür. Buna görə də tələbini "xxxx" ASC-dən etməlidir. Bu iş işıq idarəsinin məsuliyyətindədir. Odur ki, İddiaçı cavabdeh qismində ona qarşı qaldırdığı iddia tam əsassızdır. Heç bir hüquqi əsası yoxdur. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il təvəllüdlüdür. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Tərtər Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, həqiqətən Tərtər rayon Qarağacı kənd sakini İddiaçı məxsus 1 baş iribuynuzlu heyvanı 14.042025-ci il tarixdə Tərtər rayon Azadqaraqoyunlu kənd sakini Cavabdeh2 məxsus Qarağaacı kənd ərazisində yerləşən transformatordan elektrik xətti qırılaraq yerə düşmüş və nəticədə heyvan ölmüşdür. İş materiallarında olan Tərtər rayon Qaraağacı kənd İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 128 nömrəli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Qarağacı kəndində daimi qeydiyyatdadır və hazırda həmin kənddə yaşayır. Onun və ailə üzvlərinin 9 baş iribuynuzlu mal-qarası vardır. xx.xx.2025-ci il tarixdə elektrik cərəyanı vurması nəticəsində 1 baş iribuynuzlu heyvanı ölmüşdür. İş materiallarında olan Tərtər rayon Prokurorluğu tərəfindən İddiaçı sorğusuna cavab məktubundan görünür ki, onun iribuynuzlu heyvanının elektrik cərəyanı vurduğu ərazidəki transformatorun fiziki şəxs X5ması və onun balansında olması qeyd edilmişdir. Odur ki, şikayəti üzrə qeyd olunan mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılması aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Məhkəmə iclasında iddiaçının iştirakı ilə təqdim etdiyi diskə baxış keçirilmiş, aydın olmuşdur ki, xx.xx.2025-ci il tarixdə elektrik cərəyanı vurması nəticəsində 1 baş iribuynuzlu heyvanı ölmüşdür. Məhkəmə iddiaçınırı izahatını, cavabdehlərin fikir və mülahizələrini dinlədikdən sonra məhkəmədə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmamalıdır. Beləliklə müəyyən edildi ki, iddiaçıya məxsus olan bir baş iribuynuzlu inək heyvanı qırılıb yerə düşmüş elektrik cərəyanı xəttinə dəymiş və nəticədə tələf olmuşdur. Məhkəmə iclasında izahat vermiş İddiaçı izahatında göstərmişdir ki, onun yaşadığı kənd ərazisindən keçən 10 KV-luq elektrik xətti xx.xx.2025-ci il tarixdə qırılaraq yerə düşmüşdür. Hadisə nəticəsində ona məxsus bir baş iribuynuzlu inək heyvanı elektrik cərəyanına düşərək tələf olmuşdur. Hadisə ilə bağlı dərhal polis və prokurorluq orqanlarına müraciət etmidir. Lakin həmin qurumlar tərəfindən işə dəqiq baxılmadığı üçün ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Tərtər rayon Prokurorluğu tərəfindən isə ona göndərilmiş rəsmi məktubdan görünür ki, onun iribuynuzlu heyvanının elektrik cərəyanı vurduğu ərazidəki transformator fiziki şəxs Cavabdeh2 məxsusdur. Onun inəyi təqribən 3000 manat dəyərində olmuşdur. Ona mıxsus bir baş inəyin ölməsinə görə ona vurulmuş zərərin əvəzi olaraq 3000 manat qanunvericiliyə əsasən tam olaraq cavabdehlər tərəfindən ona ödənilməlidir. Odur ki, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş Cavabdeh2 təqdim etdiyi iddia tələbi ilə bağlı etiraz və mülahizələrindən görünür ki, mülkiyyətində olan un dəyirmanının həyətində olan şəxsi işıq transformatoru qapalı şəraitdədir. Transformatorun qoruyucu istehkamı vardır. Heç bir insan və yaxud heyvan keçə bilməz. Transformatordan çıxan naqillər kabel vasitəsi ilə yeraltı çəkilmiş, bir sözlə bütün təhlükəsizlik qaydalarına tam riayət edilmişdir. İddiaçı onu cavabdeh şəxs qismində göstərmişdir. Bu cavabdehlik tam əsassızdır. İddiaçının heyvanı yarın stansiyadan çıxan 10 minlik elektrik naqilinin qırılıb düşdüyündən ona dəymiş və ölmüşdür. Bununla bağlı onun heç bir cavabdehliyi olmamışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Eləcə də digər cavabdeh "xxxx" ASC trnaformatorun Cavabdeh2 məxsus olmasını iddia tələbinin onlara aidiyyəti olmadığını bildirmişdir. Məhkəmə araşdırmaları zamanı iddiaçı izahatında həmin transformatorun onun yaşadığı əraziyə yaxınlıqda yerləşməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eləcə də iddiaçı heyvanın dəqiq çəkisinin 140 kq olması və dəyərinin 3000 manat olması ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. O, yalnız öz şəxsi mükahizələrinə əsasəlanaraq izahat vermişdir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bunlarla yanaşı heyvanın örüş sahəsi olmayan əraziyə keçməsi və nəticədə onun elektrik cərəyanı vurması nəticəsində ölməsi məhz iddiaçının özünün səhlənkarlığı nəticəsində baş vermişdir. Eləcə də iddiaçının digər səhlənkarlığı heyvanının nəzarətsiz buraxması, heyvanın obyektin həyətinə daxil olması və obyektin transformatorun mühafizə zolağına daxil olması, həmin vaxt qırılmış elektrik cərəyanı naqilinə toxunaraq tələf olmasından ibarət olmuşdur. İddiaçı iddia tələbininə iddia ərizəsində, nə də məhkəmə araşdırmaları zamanı əsaslandırmaqla sübuta yetirə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bir qayda olaraq əsaslışübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən, hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyası müddəalarını və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan respublikasının Ali Məhkəməsinin Plenumunun 33 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-də Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuristiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanın ratifikasiya etdiyi dövrdən sonra yuristiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Krçmar Çex Respublikasına qarşı” iş üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildəöz işini təqdim etmək imkanının verilməsini tələb edir. Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırmaları zamanı aydın olmuşdur ki, iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İş materiallarını, iddiaçının izahatını, cavabdehləri iddia tələbi ilə bağlı etiraz və mülahizələrini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 və Cavabdeh2 qarşı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh2 balansında olan transformatordan çıxan 10 KV-luq elektrik xəttinin qırılaraq yerə düşməsi nəticəsində ona məxsus təqribən çəkisi 140 kq olan 1 baş inəyin ölməsi nəticəsində ona vurulmuş 3000 (üç min) manat maddi zərərin əvəzinin və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə iddiaları təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 və Cavabdeh2 qarşı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh2 balansında olan transformatordan çıxan 10 KV-luq elektrik xəttinin qırılaraq yerə düşməsi nəticəsində ona məxsus təqribən çəkisi 140 kq olan 1 baş inəyin ölməsi nəticəsində ona vurulmuş 3000 (üç min) manat maddi zərərin əvəzinin və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə iddia tələbləri təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar