Məhkəmə qərarları › İş №2(061)-11/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-11/2024

26.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-11/2024 26.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı böyük icra məmuru X4 oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh qarşı “Attenti” markalı bir ədəd mobil nəzarət qurğusunun və ona quraşdırılmış proqram lisenziyasının, bir ədəd elektron qolbağının və ona quraşdırılmış proqram lizensiyasının, bir ədəd elektron qolbağının və bir ədəd adabtorun dəyəri (ƏDV ilə birlikdə), yəni cəmi 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pulun alınması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı böyük icra məmuru X8 məhkəmə iclasında göstərmişdir ki, Cavabdeh Tərtər Rayon Məhkəməsinin *(045)-45/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in *77.2.* və *77.2.3-cü maddəsi ilə təqsirli bilinərək * (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə göstəriş *4.04.2020-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra 20.04.202*-ci il tarixdə məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Həmin aktla * ədəd mobil nəzarət qurğusu, * ədəd elektron qolbağ, * ədəd adaptor məhkum hazırki iş üzrə Cavabdeh qurarşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqların istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdehin cəza müddətində ona tətbiq edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilərkən mobil qurğuda zədə olduğu aşkar edilmiş və məhkum bunu özüdə etiraf edərək əlindən düşüb zədələndiyini bildirmişdir. Məhkuma əlavə olaraq bildirilmişdir ki, elektron nəzarət vasitəsini zədələndiyi halda dəyərinin ondan tutulacağı izah edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri ƏDV ilə birlikdə 2277 manat 40 qəpik hesablanmışdır. Bundan sonra məhkum Elektron Monitorinq X* vurduğu ziyanın ondan tələb olunmuş, lakin məhkum həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Cavabdeh qarşı “Attenti” markalı bir ədəd mobil nəzarət qurğusunun və ona quraşdırılmış proqram lisenziyasının, bir ədəd elektron qolbağının və ona quraşdırılmış proqram lizensiyasının, bir ədəd elektron qolbağının və bir ədəd adabtorun dəyəri (ƏDV ilə birlikdə), yəni cəmi 2277 (ikim min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pulun alınması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışlar. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, müvafiq rəy alınmışdır. Rəyə qarşı etirazları olmadığını bildirmişdir. Cavabdeh X9 məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bilirmişdir. Göstərdiklərinə əsasən iddianın ekspertiza rəyinə əsasən müəyyən edilmiş məbləğdə təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bilsdirmişdir. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə Azərbaycasn Respublikası MPM-in *85.5-ci maddəsinə tələblərinə əsasən cavabdehin iştirakı olmadan iddia tələbinə mahiyyəti baxılmasını mümkün hesab etmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin *(06*)-07/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.* və *77.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək və ona 0* (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təyin olunmuş cəza müddəti ərzində X6 üzərində yaşayış yerini hər gün saat 22-00-dan növbəti gün saat 08-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonun inzibati ərazisinin hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, vəzifəsi qoyulması, hökmün icrası İddiaçınə həvalə edilməsi həvalə edilmişdir. İşdə olan İddiaçındə izahatı alınmış Cavabdeh izahatının surətindən görünür ki, ona məhkəmə qərarının icrası ilə bağlı hüquqları, qanunla və məhkəmənin qərar ilə üzərinə qoyulmuş vəzifələr ona izah edilmiş və yol verilə biləcək pozuntulara görə qanunvericilikdə nəzərdə tutulmuş tələblər nəzərinə çatdırılmışdır. İşdə olan İddiaçındə tərtib olunmuş X7 elektron nəzarət vasitəsinin tətbiq edilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokolun surətindən görünür ki, 20.04.202*-ci il tarixdə ona elektron nəzarət vasitələri tətbiq edilmişdir. Həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilmədiyi, habelə həmin vasitənin zədələndikdə və ya digər üsulla yararsız vəziyyətə saklndıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İşdə olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə texniki baxış nəticəsində qurğunun korpus boyu kleylənməsi, qeyri işlək vəziyyətdədir və zədələnmədən açılması mümkün deyil, istifadəyə tam yararsızdır. İşdə olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277 (ikim min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğ təşkil edir. İşdə olan Tərtər Rayon Məhkəməsinin *2 may 2022-ci il tarixli qərardaddan görünür ki, Cavabdeh iş üzrə ekspertiza təyin edilməsi üçün məhkəməyə təqdim etdiyi ərizəsiə əsasən məhkəmə-texniki və əmtəəşünaslıq esprtizası təyin edilmiş və rəy alınması qərara alınmışdır. İşdə olan 0*.08.2022-ci il tarixli 9/3750 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi tərəfindən imzalanmış 29.07.202*-ci il tarixli ED-M-N 96-2* nömrəli arayışa əsasən “Attenti” markalı mobil nəzarət qurğusuna (sadə elektron qolbağ, mobil nəzarət qurğusu elektrik adapteri, proqram lisenziyası) vurulmuş ziyanın miqdarı təxminən 2277,40 manat müəyyən olunnuşdur. İş materiallarında olan 05.*2.2024-cü il tarixdə Tərtər Rayon Məhkəməsinin dəftərxanasında böyük məsləhətçi Elşad Abdullayevin, dəftərxana müdiri Rafiq Qasımovun və arxivçi Ülmiyyə Mirzəyevanın iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, Tərtər Rayon Məhkəməsinin icraatında olan 2(06*)-550/22 saylı (yeni nömrəsi 2(06*)-**/2024) mülki iş *6 avqust 2022-ci ildə Məhkəmə Ekspertiza Mərkəzindən rəy verildikdən sonra naməlum səbəblərdən arxivə təhvil verilən işlərə qarışaraq məhkəmənin arxivində nömrələrə əlavə edilərək arxivdə qalmışdır. Həmin müki işlə bağlı şifahi soğuya əsasən arxivdə axtarılmış və 05.*2.2024-cü il tarixdə aşkar edilmişdir. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh Tərtər Rayon Məhkəməsinin *(06*)-07/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.* və *77.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək və ona 0* (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzaya məhkum edilmiş və hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə göstəriş İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Lakin cavabdehin cəza müddətində ona tətbiq edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilərkən mobil qurğuda zədə olduğu aşkar edilmiş və məhkum bunu özüdə etiraf edərək əlindən düşüb zədələndiyini bildirmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası ilə “Attenti” markalı mobil nəzarət qurğusuna (sadə elektron qolbağ, mobil nəzarət qurğusu elektrik adapteri, proqram lisenziyası) vurulmuş ziyanın miqdarı təxminən 2277,40 manat müəyyən olunnuşdur. İddiaçının nümayəndəsi həmin ekspertiza rəyi ilə tanış olmuş və etirazları olmadığını bildirmişdir. Azərbaycan Respublikası MM-nin 2*.*-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 2*.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin *096.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin *096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin *097.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Cavabdeh iddianın təkzib edilməsi üçün hər hansı bir sənədi məhkəməyə tədim edə bilməmişdir. Məhkəmədə elan olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Attenti” markalı mobil nəzarət qurğusuna (sadə elektron qolbağ, mobil nəzarət qurğusu elektrik adapteri, proqram lisenziyası) vurulmuş ziyanın miqdarı təxminən 2277,40 manat müəyyən olunmuşdur. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan, cavabdehdən dəymiş maddi zərərə görə 2277,40 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Ekspertiza tədqiqatının dəyəri *00 (yüz) manat cavabdeh X5 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN *40*55507*, hesab AZ34CTRE**********000208850*, X3, KOD 2*0005, VÖEN *40*55507*, m/h AZ4*NABZO0*360***********3944, SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarma müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin *06.*-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanışı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 2*7.*-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 2*7.2-ci maddəsinə görə qətanmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, iddiaçının salahiyyətli nümayəndəsinin izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq X3nin-m/h AZ4*NABZ0*360***********3944, VÖEN *40*55507*, KOD 2*0005, SWİFT CTREAZ22, Ədliyyə Nazirliyi-hesab nömrəsi AZ50CTRE********************, VÖEN *300286***, büdcə təsnifatının kodu *42*20, büdcə səviyyəsinin kodu 7 hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 2*3, 2*6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq X3nin-m/h AZ4*NABZ0*360***********3944, VÖEN *40*55507*, KOD 2*0005, SWİFT CTREAZ22, Ədliyyə Nazirliyi - hesab nömrəsi AZ50CTRE********************, VÖEN *300286***, büdcə təsnifatının kodu *42*20, büdcə səviyyəsinin kodu 7 hesabına ödənilsin. Ekspertiza tədqiqatının dəyəri *00 (yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN *40*55507*, hesab AZ34CTRE**********000208850*, X3, KOD 2*0005, VÖEN *40*55507*, m/h AZ4*NABZO0*360***********3944, SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar