Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1155/2025 04.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinun Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək cavabdeh ZCavabdeh təbii qazdan istifadəyə görə yaranmış 408,17 manat borcunun abonentin **********00710 saylı koduna və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq “Azəriqaz” İB-in Tərtər RQİİ-in “Kapital Bank” Tərtər filialı, kod 200457, VOEN **********, M/H AZ37VABZ********************, SWİFT BİK AİİBAZ2XXXX, “Azəriqaz” İB, VÖEN**********, İBAN : AZ95AİİB******************** nömrəli hesaba köçürülməsi tələbi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin ölümü barədə məlumatı, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarılmış şəxsin barəsində məlumatın surətindən görünür ki, xx.xx.1934-cü il təvəllüdlü Cavabdeh xx.xx.2022-ci ildə ölmüşdür. Azərbaycan Respublikası MPM-in 261-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı halda xitam verir: Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə. Azərbaycan Respublikası MPM-in 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4 maddəsində göstərmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predment haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə Cavabdeh xx.xx.2022-ci ildə il tarixdə vəfat etdiyindən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.5, 191.2, 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 408,17 manat borcunun abonentin **********00710 saylı koduna və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq “Azəriqaz” İB-in Tərtər RQİİ-in “Kapital Bank” Tərtər filialı, kod 200457, VOEN **********, M/H AZ37VABZ********************, SWİFT BİK AİİBAZ2XXXX, “Azəriqaz” İB, VÖEN**********, İBAN : AZ95AİİB******************** nömrəli hesaba köçürülməsi tələbinə dair 2 (061)-1155/2025 sayla qeydə alınmış kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1155/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1155/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver