Məhkəmə qərarları › İş №2(061)-119/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-119/2025

21.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-119/2025 21.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, cavabdeh X4 iştirakları ilə İddiaçı cavabdeh X5 qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X5 qarşı cavabdehdən hal-hazırda alınan alimentin miqdarı dəyişdirilərək himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X8 adlı uşağının saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat müəyyən edilməsi və mediasiya xərcinə görə 50 manat pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdeh Nəvahi Camalovla 2015-ci ildə faktiki olaraq ailə qurmuş, nikahları xx.xx.2016-cı ildə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X8 adlı bir uşaqları olmuşdur. Aralarında olan ailə münasibətləri kəskin xarakter aldığından onlar ayrılmışlar. Uşaq onun yanında qalmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən uşağın saxlanması üçün onun xeyrinə 100 manat aliment qət edilmişdir. Sonradan alimentin miqdarının artırılması ilə bağlı məhkəmədə iddia qaldırmış, Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən uşağın saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Lakin hal-hazırda həmin məbləğlə Zəhra adlı uşağını saxlamaqda çətinlik çəkir. Uşağın gündəlik tələbatları artır. Hazırda heç bir yerdə işləyə bilmir, maddi vəziyyətinin ağırdır. Uşağının saxlanılmasında maddi sıxıntılar çəkir. Cavabdeh ödədiyi 140 manat alimentdən əlavə olaraq ona uşağın saxlanmaları üçün maddi köməklik göstərməmişdir. Odur ki, cavabdeh X3 hal-hazırda alınan alimentin miqdarı dəyişdirilərək himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X8 adlı uşağının saxlanılması üçün hər ay sabit pul məbləğində 190 manat müəyyən edilməsi və mediasiya xərcinə görə 50 manat pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X7 məhkəmə iclası zamanı iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında olan mübahisələrə görə ayrılmışlar. İddiaçı ilə bir yaşadıqları dövrdə xx.xx.2018-ci il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Uşaq iddiaçının yanında qalmışdır. Hazırda iddiaçıya uşağın saxlanması üçün hər ay 140 manat aliment ödəyir. İddiaçıya Zəhra adlı uşağına görə alimenti çox çətinliklə ödəyir. Xəstə olduğu üçün işləyə bilmir. Maddi vəziyyəti ağırdır. Başqa qadınla ailə qurmuş və bir övladı olmuşdur. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarında xx.xx.2018-ci il təvəllüdlü X8 adlı adlı uşaqları anadan olmuşdur. Məhkəmədə elan olunmuş Tərtər Rayon Məhkəməsinin 2(061)-596/2020 saylı 03 iyun 2020ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X3 xx.xx.2018-ci il təvəllüdlü X8 adlı uşağın saxlanması üçün hər ay 140 manat olmaqla aliment hazırki qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Tərtər RİHB-ın Qarağacı kənd İƏD üzrə nümayəndəliyin verdiyi 662 saylı xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayonun Qapanlı kəndində yaşayır. İşdə olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə tərəflərə göndərilən bildirişlər onlara çatdırılmışdır. Cavabdeh X7 tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə iddiaçının, cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər aralarında olan mübahisələrə görə onlar ayrılmış, ər-arvad münasibətləri pozulmuşdur. Onların birgə yaşadıqları dövrdə olmuş xx.xx.2018-ci il təvəllüdlü X8 adlı uşaqları iddiaçının yanında qalmışdır. Tərtər Rayon Məhkəməsinin 2(061)-596/2020 saylı 03 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X3 xx.xx.2018-ci il təvəllüdlü X8 adlı uşağın saxlanması üçün hər ay 140 manat olmaqla aliment hazırki qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçı uşağın gündəlik tələbatlarının artdığını, onu saxlamaqda çətinlik çəkdiyini nəzərə alaraq alimentin məbləğinin artırılmaqla hər ay bir üçün 190 manat sabit pul məbləğində müəyyən edilməsini və cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı cavabdehin gəlirlərində artımlar olduğunu məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. O, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında izahat vermiş cavabdeh X2 adlı uşağın onun övladı olmasını, lakin özünün xəstə olmasını, başqa qadınla ailə qurmasını, bir övladının olmasını təyin olunmuş alimenti çətinliklə ödədiyini bildirmiş və buna baxmayaraq Zəhra adlı uşağının saxlanılması üçün hər ay 40 manat artıracağını yəni 180 manat həddində aliment ödəyə bilcəyini qeyd edərək iddianın qismən təmin edilməinə etiraz etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdeh X5 qarşı alimentin artırılması tələbi ilə bağlı iddiası xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezientinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2024-cü il tarixdən 345 (üç yüz qırx beş) manat hədində müəyyən edilmişdir. “Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşaqlarına ödənilən alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə o dərəcədə az deyildır. Bundan başqa, iddiaçı aliment tələbi ilə bağlı 03.iyun 2020-ci il tarixdə məhkəməyə müraciət etmiş və həmin vaxt alimentin məbləği 140 manat müəyyən edilmişdir. Aradan 4 ildən artıq müddət keçmiş iddiaçı yenidən maddi vəziyyətlə bağlı məhkəmədə alimentin artırılması barədə iddia qaldırmışdır. Belə ki, uşaq böyümüş, onun maddi tələbatı da artmışdır. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşaqlara təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi cavabdehi əlverişsiz vəziyyətə salmır. «Dövlət rüsümü haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iddia ilə bağlı iddia qiyməti 1000 manatdan 10000 matadək məbləğdə olduğundan 42 (qırx iki) manat dövlət rüsumu hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsində göstərilmişdir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə hesab edir ki, cavabdeh X3 bir il ərzində tutulacaq alimentin miqdarı 1000 manatdan yuxarı, yəni illik (345 x 0,53=183, 183 x 12 ay = 2194,20 manat) ümumilikdə 183 manat olduğuna görə, sonuncudan dövlət rüsumu olaraq 42 (qırx iki) manat alınaraq dövlət nəfinə və İddiaçı Mediasiya sesiyyasında ödədiyi 55 (əlli beş) manat xidmət haqqı cavabdeh X3 tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sübutların məcmusuna qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh X3 xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 17 yanvar 2018-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 17 yanvar 2018-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh X3 dövlət rüsumu olaraq 42 (qırx iki) manat alınaraq dövlət nəfinə ödənilsin. İddiaçı Mediasiya sesiyyasında ödədiyi 55 (əlli beş) manat xidmət haqqı cavabdeh X3 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar