Məhkəmə qərarları › İş №2(061)-1196/2025

Tərtər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(061)-1196/2025

29.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1196/2025 29.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rafayıl oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə vurulmuş maddi ziyana görə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,` MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilinə vurmuş olduğu zərərə görə 620 manat və dövlət rüsumuna görə ödədiyi 30,40 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehə lazımı qaydada məlumat verilsə də, o, məhkəmə baxış iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. (Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etmiş və iddianı qəbul etmədiyini bildirmişdir) Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına yazılı razılığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi özünə məxsus “Mersedes” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər şəhəri, Heydər Əliyev prospektində, “Ana abidəsi” deyilən yerdə dayanıb hərəkət üstünlüyü olan avtomobillərə yol verərkən arxadan gələn cavabdeh idarə etdiyi “Vaz 2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə mənə məxsus avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticə də mənə məxsus avtomobilin, arxa stopu, bağacı və buferi əzilmişdir. Cavabdehə hadisə yerində dayanaraq polisin gəlməsini desə də, cavabdeh “məsələni öz ararmızda həll edək, xərci ödəyəcəm” deyərək hadisə yerindən uzaqlamağı təklif etdiyindən ona inanıb hadisə yerindən getmişdir. Lakin sonradan cavabdeh sözünü danaraq ödənişdən yayınmışdır. Hadisə ilə bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılmış və cavabdeh təqsirkar olduğu üçün barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib eedilmişdir. Hadisə nəticəsində avtomobilinə 620 manat məbləğində maddi zərər dəymişdir. Ona vurulmuş maddi ziyanın məbləği AZ Avtovaz Texniki Xidmət Sənaye Ticarət Birliyi Tərtər Texniki Xidmət Sahəsi tərəfindən verilmiş 80 saylı, xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyində öz əksini tapmışdır. Cavabdehdən ona dəymiş zərərin ödənilməsini tələb etsə də, heç bir nəticə əldə olunmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehdən avtomobilinə vurmuş olduğu zərərə görə 350 manat və dövlət rüsumuna görə ödədiyi 30,40 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, doğrudur, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Vaz 2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər şəhəri, Heydər Əliyev prospektində, “Ana abidəsi” deyilən yerdə cavabdehə məxsus “Mersedes” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Buna görə polis ona 100 manat cərimə yazmış və həmin cəriməni ödəmişdir. Həmçinin cavabdehə məxsus avtomobilin baqacını düzəltdirmişdir. Cavabdehin avtomobilinə dəymiş ziyanın məbləği 100 manat olar. Cavabdehin tələb etdiyi məbləğlə razı deyildir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, “Mersedes” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətinddədir. İşdə olan Tərtər RPŞ-nin DYPB-nin əməkdaşı .Əzizon tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında prrotokolun təsdiq edilmiş surətindən görünür ki, “Vaz 2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib eedilmişdir. İşdə olan hazırkı Cavabdeh tərəfindən Tərtər RPŞ-də verilmiş xx.xx.2025-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Vaz 2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər şəhəri, Heydər Əliyev prospektində iddiaçıya məxsus “Mersedes” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu, həmin avtomobilin arxa bağaşını düzəltdirdiyini, arxa stopunun isə düzətməmiş qaldığını qeyd etmişdir. İşdə olan AZ Avtovaz Texniki Xidmət Sənaye Ticarət Birliyi Tərtər Texniki Xidmət Sahəsi tərəfindən verilmiş 80 saylı, xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, mütəxəssislər tərəfindən “Mersedes” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə baxış keçirilmiş, ehtiyat hissələrinə görə 150 manat, usta haqqı, dəmirçi, çilingər, elektrik və qaynaq işlərinə görə 470 manat olmaqla, ümumilikdə avtomobilə dəymiş zərər 620 manat təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbizdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə dövlət rüsumuna görə 30 manat, bank xidmət haqqına görə 0.40 manat pul ödəmişdir. İşdə olan İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, hazırda cavabdehdən dəymiş ziyana görə 350 manat pulun və məhkəmə xərcinə görə ödədiyi 30,40 manat pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Vaz 2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər şəhəri, Heydər Əliyev prospektində, “Ana abidəsi” deyilən yerdə cavabdehə məxsus “Mersedes” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə ilə bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılmış və cavabdeh təqsierli bilindiyi üçün barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisə nəticəsində iddiaçıya məxsus Mersedes” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyat hissələrinə görə 150 manat, usta haqqı, dəmirçi, çilingər, elektrik və qaynaq işlərinə görə 470 manat olmaqla, ümumilikdə 620 manat məbləğində ziyan dəymişdir. İddiaçı cavabdehdən ona dəymiş zərərin ödənilməsini tələb etsə də, heç bir nəticə əldə olunmamış, ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonuncu məhkəmə iclasında iddiaçı iddiasını qismən müdafiə edərək cavabdehdən avtomobilinə vurulmuş olduğu zərərə görə 350 manat və məhkəmə xərcinə görə ödədiyi 30, 40 mant pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçı məhkəmə iclasında yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandırmışdır. Cavabdeh iddianın rədd edilməli olmasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin aid olduğu hüquq münasibəti mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərlə bağlı olduğundan həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərər və deliktlə bağlı normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq, tərəflərin izahatlarına və məhhkəmə iclasında tədqiq edilən yuxarıda adı çəkilən yazılı sübutlara və işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 350 manat pul və məhkəmə xərcinə görə 30,40 manat (dövlət rüsumuna görə 30 manat, bank xidmət haqqına görə 0,40 manat) pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Tərtər Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tahir Qubadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar