Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1302/2025 15.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “avtomobilin qaytarılması və ya ona vurulmuş ziyana görə 13500 manat pul və ödənilmiş dövlət rüsumu tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aldadılma nəticəsində alınmış VAZ 21154 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması, bu mümkün olmadıqda ona vurulmuş ziyanın əvəzi olaraq 13500 manat pulun, habelə ödənilmiş dövlət rüsumuna görə 130,50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə saat 10:00-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçılar məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə göndərərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəyə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçılar iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi və cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığı üçün iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar İddiaçı1 tərəfindən ödənilmiş 130,50 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259.0.11, 260.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “avtomobilin qaytarılması və ya ona vurulmuş ziyana görə 13500 manat pul və ödənilmiş dövlət rüsumu tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar İddiaçı1 tərəfindən ödənilmiş 130,50 manat dövlət rüsumu ona geri qaytarılsin. İddiaçılar iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdırlar. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №2(061)-1302/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1302/2025
15.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver