Məhkəmə qərarları › İş №2(061)-135/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-135/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-135/2025 10.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı kreditin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair işə məhkəmənin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bank olmayan kredit təşkilatı "xxxx" MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və onun zamini Zamin 455,87(dörd yüz əlli beş manat səksən yeddi qəpik ) manat əsas kredit borcunun 46(qırx altı ) manat faiz borcunun eyni zamanda tərəflərlə aralarında bağlanmış kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən gecikdirilmiş məbləğə görə hər gün üçün hesablanmış 48(qırx səkkiz ) manat cərimənin cəmi 549,87 (beş yüz qırx doqquz manat səksən yeddi qəpik) manat və əlavə olaraq iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin Tərtər filialı ilə cavabdehlər Cavabdeh və onun zamini Zamin arasında bağlanmış xx.xx.2019-cu il tarixli 24122 saylı (Restrukturizasiya) edilmiş kredit müqaviləsinə əsasən 675,04 manat məbləğində pul 60 ay müddətində illik 1% ödəmək şərti ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 551 saylı fərmanına uyğun olaraq restrukturizasiya edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh hər təqvim ayının müvafiq cədvəli üzrə müəyyən edilmiş tarixində həm kredit məbləğini borclu hissə-hissə geri qaytarmalı, həm də kreditdən istifadəyə görə aylıq 1% faiz məbləğini ödəməli idi. Lakin restrukturizasiya edilmiş kredit müqaviləsi üzrə öhdəliklərinin kreditverən qarşısında icra etməyən borclu Cavabdeh və onun zamini Zamin bu günə kimi iddiaçıya əsas borclarından cəmi 219,17 manat ödəyiblər. Hal-hazırda iddiaçıya 455,87 manat əsas kredit borcu, 46,00 manat faiz borcu eyni zamanda tərəflərlə aralarında bağlanmış kredit müqaviləsinin 1.1.11ci bəndinə əsasən gecikdirilmiş məbləğə görə hesablanmış 48 manat cərimə borcu cəmi 549,87 manat borclu qalmaqdadır. Odur ki, cavabdehlər Cavabdeh və onun zamini Zamin 455,87 manat əsas kredit borcunun, 46 manat faiz borcunun eyni zamanda tərəflərlə aralarında bağlanmış kredit müqaviləsinin 1.1.11-ci bəndinə əsasən gecikdirilmiş məbləğə görə hesablanmış 48 manat cərimənin cəmi 549,87 manatın və əlavə olaraq iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 12 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri göndərə bilər. Məhkəmə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin mübahisə doğurmadığını nəzərə alaraq hesab edir ki, iddia tələblərinə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizəyə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək və toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli KF/24031 saylı (Restrukturizasiya) edilmiş kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X4 1266,28 manat məbləğində pul 60 ay müddətində illik 1% ödəmək şərti ilə restrukturizasiya edilmişdir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh qəzənən xx.xx.2019-cu il tarixli 24122 saylı kredit müqaviləsi üzrə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə 455,87 manat əsas məbləğ üzrə borcu, 46 manat faiz üzrə borcu, 48 manat cərimə faizləri olmaqla cəmi 549,87 manat borcu yaranmışdır. İş materiallarında olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1994-cü ildə -cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zamin xx.xx.1960-cı ildə -cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 34,41 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh və X1 455,87 manat əsas kredit borcu, 46 manat faiz borcu eyni zamanda tərəflərlə aralarında bağlanmış kredit müqaviləsinin 1.1.11-ci bəndinə əsasən gecikdirilmiş məbləğə görə hesablanmış 48 manat cərimə, cəmi 549,87 manat və əlavə olaraq iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-236-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X1 455,87 manat əsas kredit borcu, 46 manat faiz borcu eyni zamanda tərəflərlə aralarında bağlanmış kredit müqaviləsinin 1.1.11-ci bəndinə əsasən gecikdirilmiş məbləğə görə hesablanmış 48 manat cərimə, cəmi 549,87 manat və əlavə olaraq iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Kiçik iddialarla bağlı sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar