Məhkəmə qərarları › İş №2(061)-137/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-137/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-137/2025 10.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi X1 qızının katibliyi ilə Bank Olmayan Kredit təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun qaytarılması barədə” kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə 10 yanvar 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit təşkilatı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 1369,51manat, faiz borcuna görə 139,27 mana, cərimə borcuna görə 115,50 manat, cəmi 1624,28 manat və dövlət rüsumuna görə 36,25 manat pulun tutularaq Bank Olmayan Kredit təşkilatı "xxxx" MMC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə tərəfindən cavabdehə Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə göndərərək Cavabdeh xx.xx.2024-cü il tarixdə kredit borcunu tamamilə ödəyib qurtardığını bildirmiş, 2(061)- 1706/2024 saylı işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə iş materiallarını nəzərdən keçirib,iddiadan imtinaya dair ərizəni və iş materiallarını araşdırarq hesab edir ki, iddiaçı Bank Olmayan Kredit təşkilatı "xxxx" MMCnin iddiadan imtinası qanuna zidd deyildir. Ona görə də həmin imtina qəbul olunmalı, iş üzrə icraata xitam verilməli və iddiaçıya işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.4-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyi üçün iddia ərizəsinə baxılması üçün iddiaçı Bank Olmayan Kredit təşkilatı "xxxx" MMC tərəfindən ödənilmiş 36,25 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.4, 261,0.4, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Bank Olmayan Kredit təşkilatı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi iddia ərizəsi üzrə 2(061)-1706/2024 saylı mülki işin icraatına xitam verilsin. İddia ərizəsinə baxılması üçün iddiaçı Bank Olmayan Kredit təşkilatı "xxxx" MMC tərəfindən ödənilmiş 36,25 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsin. İddiaçıya işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: KAMİL RZAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar