Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1389/2025 21.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ona vurduğu 10000 manat maddi ziyanın, 2000 manat mənəvi zərərin, 23 il ərzində adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir 3000 manat, ümumlikdə 15000 manat pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, bildirdi ki, o, Cavabdeh kimdənsə onun torpaq sahəsi almaq məsədinin olmasını eşidib, bir njeçə dəfə özü və yaxın qohumları onun yanına gəlib, yaşadığı Azadqaraqoyunlu kəndində yeni paylanan həyətyanı torpaq sahələri ərazisində 0, 12 ha həyətyanı torpaq sahəsi olduğunu və satmaq istədiyini bildirib, ondan həyətyanı torpaq sahəsi almağınıtəkidlə xahiş etmişdir. Hətta onu torpaq sahəsinin şəhadətnaməsi olduğuna da inandırmışdır. O da həmkəndlisinə inanıb, ondan torpaq sahəsini almaga razılıq vermişdir. Onlar denomenosiyadan əvvəlki məzənnə ilə ******* manata razılaşmışlar. Ona görə də Cavabdeh ******* manat pul vermişdir. Elbrurus da ona və ailə üzvlərinə məxsus olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vermişvə tezliklə sənədləşmə aparacağına söz vermişdir. O da inanıb, şəhadətnaməyə baxmadan götürmüş və evə qoymuşdur. Həmin vaxtdan hər ay Elburusdan torpağın sənədləşməsini tələb etmiş, lakin hər dəfə Elburus ona bildirmişdir ki, şəhadətnamədə səhvən X3 adlı şəxs yazılıb, onun isə Rəna adlı ailə üzvü yoxdur. Rəna adını şəhadətnamədən xaric etdirdikdən sonra sənədləşmə apracaqdır. O da həmin vaxtdan səbrlə Cavabdeh torpaq sahəsini onun adına sənədləşdirəcəyini gözləmişdir. Hətta 2 il əvvəl o yenə cavabdehi çağırıbv ona torpağı sənədləşməsini xahiş etmiş, Cavabdeh isə sənədləşmə üçün əlavə pul lazım olduğunu bildirmiş və o 150 manat Cavabdeh pul vermişdir. Ancaq cavabdeh onu yenə aldadaraq sənədləşmə aparmamışdır.Hazırda ona məlum olmuşdur ki, Elburus onu aldadıb pullarını ələ keçirmişdir. Belə ki, Elburusun satmaq istədiyi torpağın ümumiyyətlə şəhadətnaməsi yox imiş. Onun veridiyi şəhadətnamə isə özü və ailə üzvlərinin yaşdığı dədə-baba həyətyanı sahənin şəhadətnaməsidir. O bunu biləndə Elburusun yanına gedərək ya torpaq sahəsini sənədləşdirməsini ya da həmin 2001-ci illə müqayəsədə infilyasiya dərəcəsijnə uyğun olaraq indeksasiya ilə 10000 manat pulunu qaytarmasını tələb etmiş, ancaq Elburus aldadıb pulları ələ keçirtidiyini etiraf edib, nə sənədləşmə aparmağyacağını, nə də pulları qaytarmayacağını demişdir. Sonda İddiaçı iddianın təmin edilməsi, Cavabdeh ona vurduğu 10000 manat maddi ziyanın, 2000 manat mənəvi zərərin, 23 il ərzində adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir 3000 manat, ümumlikdə 15000 manat pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) X4 məhkəmədə İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək, izahatında bildirdi ki, həqiqətən də İddiaçı ilə aralarında Tərtər rayonu Azadqaraqoyunlu kəndində yeni paylanan həyətyanı torpaq sahələri ərazisində 0,12 ha həyətyanı torpaq sahəsinin alqı-satqısı barədə razılığa gəlmiş, İddiaçı ona 10 avqust 2001-ci il tarixdə 10000 manat pul vermişdir. O isə həmin pulu Kərimova Amlyanın qardaşına qaytarmışdır.Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını, dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərarların surətlərindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. 10 avqust 2001-ci il tarixli aktdan görünür ki, Cavabdeh ******* manat müqabilində 0,12 ha torpaq sahəsini İddiaçı satmışdır. Akt Cavabdeh, İddiaçı, R.Kərimov, T.Məmmədov tərəfindən imzalanmışdır. Price Consulting MMC-nin rəyindən görünür ki, İddiaçı sifarişi əsasında ******* (bir milyon) köhnə manatın redenominasiyadan sonrakı dəyərinin və infilyasiya artımının hesablanaraq 29 avqust 2025-ci il tarixə real bazar dəyəri 9754 manat təşkil edir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı ******* manat məbləğində pul vəsaitini 10 avqust 2001-ci il tarixdə almış və həmin pul vəsaitinin hazırki tarixədək qaytarmamışdır. Qeyd olunan xüsusatlar mülki işin məhkəmə iclasında müəyyən edilmiş halları ilə təsbit edilmişdir. Belə ki, Cavabdeh istər iddia tələbinə öz etirazında, istərsə də Tərtər Rayon Polis şöbəsində verdiyi izahatlarında İddiaçı ******* manat məbləğində pul vəsaitini aldığını bildirsə də, qeyd olunan pulun qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hazırki halda isə Cavabdeh ******* manat məbləğində pul vəsaitinin həqiqətən İddiaçı qaytarmasını sübutetmə vəzifəsi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1 və 389.2-ci maddələrinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, 9754 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 9754 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 135 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Maya Məmmədova
Məhkəmə qərarları › İş №2(061)-1389/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1389/2025
21.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver