Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-14/2025 07.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı X3 Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən 2007-ci il buraxılışlı, “TOYOTA PRİUS” markalı nəqliyyat vasitəsinə dəymiş 13000 (on üç min) manat maddi ziyanın alınıb ona verilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsində göstərdiyi əsl iddiaçı X5 ilə əvəz edilməsi barədə ərizəsi təmin edilmişdir. İddiaçı X5 məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, icraatda olan 2(061)- 14/2025 saylı mülki iş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixə təyin edilmiş baxış iclasını onun iştirakı olmadan keçirilməsini və iş üzrə başlıca olaraq ekspert rəyi nəzərə alınmaqla qanuni qətnamə qəbul edilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, Cavabdeh ilə daxili müqavilə bağlayaraq eyni zamanda xx.xx.2023-cü il tarixdə, reyestr 7E-32089 nömrəsi milə mobil notariat vasitəsi ilə ona məxsus olan 2007-ci il buraxılışlı “Toyota Prius” minik markalı, 99TY962 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yalnız idarə hüququna malik olmaqla taksi xidməti ilə məşğul olmaq üçün etibarnamə ilə vermişdir. xx.xx.2023-cü il tarixdə təqribən gecə saat 04-05 radələrində Cavabdeh digər nəqliyyat vasitəsinin yoluna çıxaraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə zamanı avtomobil aşmış və yararsız hala düşmüşdür. Hadisə ilə bağlı Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin təhqiqat Şöbəsində araşdırma aparılır. Cavabdeh dəfələrlə müraciət etməsinə baxmayaraq avtomobilə dəymiş ziyanı ödəmək istəməmişdir. Göstərilənlərə əsasən Cavabdeh vurduğu 13000 (on üç min) manat maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına, eləcə də ona ünvanlamış SMS bildirişi qəbul etməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvəlki məhkəmə iclasında ərizə təqdim etmiş Cavabdeh iddianın əsassız olduğunu və ərizədə göstətdiklərinin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixdə verilmiş AD 896935 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-TV-*** nömrə nişanlı, 2007-ci il buraxılışlı, açıq yaşıl metallik rəngli “TAYOTA PRİUS” markalı avtomobil Şirvan şəhəri, Energetik küçəsi ev 3, mənzil 38-də qeydiyyatda olan X4 məxsusdur. İşdə olan nəqliyyat vasitəsinin icarə müaviləsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə **-TV-*** nömrə nişanlı, 2007-ci il buraxılışlı, qeydiyyat şəhadətnaməsi AD 896935 olan “TAYOTA PRİUS” markalı avtomobil icarə müqaviləsi əsasında Cavabdeh istifadəsinə verilmişdir. İşdə olan elektron nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Şirvan şəhəri, Energetik küçəsi ev 3, mənzil 38-də qeydiyyatda olan X1 örütən Qazax şəhər M.Hüseyn küçəsi ev 29-da qeydiyyatda İddiaçı vasitəsi ilə Cavabdeh **-TV-*** nömrə nişanlı, 2007-ci il buraxılışlı, açıq yaşıl metallik rəngli “TAYOTA PRİUS” markalı avtomobilə görə etibarnamə vermişdir. Etibarnamə 3 ay 20 gün müddətinə verilmiş və xx.xx.2024-cü il tarixdə saat 23-59-dək qüvvədə olmuşdur. İş materiallarında olan fotoşəkillərdə **-TV-*** nömrə nişanlı, açıq yaşıl metallik rəngli “TAYOTA PRİUS” markalı avtomobilin əzilmiş vəziyyətdə olduğu əks etdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/7047 saylı ekspert rəyindən görünür ki, qəza nəticəsində tamamilə sıradan çıxmış 2007-ci il buraxılışlı, “TAYOTA PRİUS” markalı, **-TV-*** nömrə nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təqribən 1800 manat müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə, Cavabdeh ilə daxili müqavilə bağlayaraq eyni zamanda xx.xx.2023-cü il tarixdə, reyestr 7E-32089 nömrəsi milə mobil notariat vasitəsi ilə ona məxsus olan 2007-ci il buraxılışlı “Toyota Prius” minik markalı, 99TY962 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yalnız idarə hüququna malik olmaqla taksi xidməti ilə məşğul olmaq üçün etibarnamə ilə vermişdir. xx.xx.2023-cü il tarixdə təqribən gecə saat 04-05 radələrində Cavabdeh digər nəqliyyat vasitəsinin yoluna çıxaraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə zamanı avtomobil aşmış və yararsız hala düşmüşdür. Məhkəmədə elan olunmuş mötəbər sübutlarla bu hallar təsdiq olunmuşdur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, dəymiş zərərin ödənilməsi məsələ ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də müsbət nəticə olmamış, bu səbəbdən məsələ ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində iddia tələbinin əsassız olduğunu göstərsə belə, bununla bağlı hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmiş, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq izahat vermişdir. Məhkəmə cavabdehin bu vəsatətini özünümüdafiə xarakteri daşıması kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də iddia tələbini təkzib etmək üçün sübutlar təqdim etməmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan, cavabdehdən dəymiş maddi zərərə görə 11800 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarma müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanışı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 174 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. İş üzrə Cavabdeh məhkəmə-əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat pul vəsaiti alınıb X2, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının vəkilin ona göstərdiyi yardıma görə tələb etdiyi 40 manat onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətanmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarını, iddia ərizəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11800 (on bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti alınıb iddiaçı X4 verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11800 (on bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti alınıb iddiaçı X4 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə Cavabdeh məhkəmə-əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat pul vəsaiti alınıb X2, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi ilə bağlı 174 (yüz yetmiş dörd) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-14/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-14/2025
07.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver