Məhkəmə qərarları › İş №2(061)-141/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-141/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-141/2025 06.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı Tərtər -Məişət ASC-in Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən 19.00 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə görə Cavabdeh tərəfindən 2016-cı ilin yanvar ayından indiyədək ödənilməmiş aylıq icarə haqqlarının, yəni 5400 manat və dövlət rüsumu kimi ödənilmiş 74 manat pulun ondan alınaraq “Tərtər-Məişət ASC-in hesabına ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tərtər -Məişət ASC-i Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən 19.00 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə görə Cavabdeh tərəfindən 2016-cı ilin yanvar ayından indiyədək ödənilməmiş aylıq icarə haqqlarının, yəni 5400 manat və dövlət rüsumu kimi ödənilmiş 74 manat pulun ondan alınaraq “Tərtər-Məişət ASC-in hesabına ödənilməsi barədə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Hazırki iddia tələbi üzrə məhkəmə baxışı iclası 06 mart 2025-ci il tarixə saat **-30-a təyin edilmiş, iddiaçı və cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, üzürlü səbəblər olmadan məhkəmə iclasına tərəflər gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməməsini işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir və iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmənin icraatına elektron sistem vasitəsi ilə daxil olmuş nümayəndə (vəkil) Namiq Həsənovun teleqramından aydın olur ki, iddiaçı Tərtər -Məişət ASC-i Cavabdeh qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbi barədə iddia ərizəsi üzrə iddiaçı Tərtər-Məişət ASC-in sədri X1 nümayəndəsi və vəkilidir. İşə hal-hazırda baxılmasını tələb etmirlər. Odur ki, xahiş edir ki, ərizəni baxılmamış saxlayıb sənədləri özlərinə qaytarılsın. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizənin baxılmamış saxlanılması üçün əsas sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı Qərarının 9.1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən iş baxılmamış saxlanıldığında dövlət rüsumu olan 74 (yetmiş dörd) manat məbləğində pul iddiaçı Tərtər-Məişət ASC-in sədri X2 qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.6, 259.0.7, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Tərtər -Məişət ASC-i Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən 19.00 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə görə Cavabdeh tərəfindən 2016-cı ilin yanvar ayından indiyədək ödənilməmiş aylıq icarə haqqlarının, yəni 5400 manat və dövlət rüsumu kimi ödənilmiş 74 manat pulun ondan alınaraq “Tərtər-Məişət ASC-in hesabına ödənilməsi tələbi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ərizəçiyə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüquqları izah edilsin. Ödənilmiş dövlət rüsumu olan 74 (yetmiş dörd) manat məbləğində pul iddiaçı Tərtər-Məişət ASC-in sədri X2 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra ** gün müddətində dayandırılma hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar