Məhkəmə qərarları › İş №2(061)-1415/2024

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1415/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1415/2024 20.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış teleqramından görünür ki, Tərtər Rayon Məhkəməsində Cavabdeh ilə bağlı olan şikayəti ilə 77 HG-187 nömrə nişanlı Toyota Plyusa dəyən ziyanı və cərimələri müqaviləni öz aralarında həll etmişlər. Bununla bağlı verdiyi şikayətə məhkəmə tərəfindən dayandırılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı məhkəməyə ünvanladığı teleqramı nəzərə alaraq hesab edir ki, iddiaçı işə mahiyyəti üzrə baxılmasını istəmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsini işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir və iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Belə olan halda Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia baxılmamış saxlanılmalıdır. Həmin maddədə göstərilmişdir ki,iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən iş baxılmamış saxlanıldığında dövlət rüsumu olan 58 (əlli səkkiz) manat məbləğində pul İddiaçı qaytarılmalıdır. Yuxarıdakılara əsaslanıb məhkəmə Azərbaycan Respublikası MPM-in 259.0.11-ci, 260, 267 - 268ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi tələbi barədə iddiası baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu olan 58 (əlli səkkiz) manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar