Məhkəmə qərarları › İş №2(061)-1430/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1430/2025

05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1430/2025 05.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Rzayev Kamil Allahqulu oğlunun sədrliyi Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı cinayət əməli nəticəsində dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini məhkəmə binasında nəzərə keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli nəticəsində ona vurduğu və ödəmədiyi maddi zərərin əvəzi olaraq 11250 manat və mənəvi zərərin əvəzi olaraq 500 manat ümumilikdə 11750 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı cavabdehin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli nəticəsində ona vurduğu və ödəmədiyi maddi zərərin əvəzi olaraq 11250 manat və mənəvi zərərin əvəzi olaraq 500 manat ümumilikdə 11750 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(061)-11/2019 nömrəli hökmünün sürətini əlavə etmişdir. Həmin hökmlə İddiaçı onun ərizəsinə əsasən mülki iddiaçı kimi tanınmış və onun mülki iddiası təmin edilmiş, Cavabdeh 17250 manat pul vəsaitinin alınıb İddiaçı verilməsi hökm edilmişdir. Beləliklə həmin hökmlə tərəflər arasında olan pul mübahisəsi həllini tapmışdır. Buna baxmayaraq İddiaçı yenidən məhkəmədə hazırki iddia tələbini qaldırmışdır. Eləcə də iddiaçı iddia ərizəsinin giriş hissəsində cavabdehin yaşayış ünvanını ünvan 1 tələbini aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu yer üzrə verməmiş, Tərtər Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1964-cü ildə Bərdə rayonu Qaradəmirçi kəndində doğulmuş, Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır, şəxsiyyət vəsiqəsini xx.xx.2016-cı il tarixdə ASAN-Bərdə regional xidmət mərkəzindən almışdır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Belə olan Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində gəstərilmişdir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini qaytarmalıdır. Eləcə də yuxarıda qeyd edilənlərdən aydın olmuşdur ki, hazırki pul mübahisəsi Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(061)-11/2019 nömrəli hökmü ilə öz həllini tapmışdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, hazırki iddia tələbinə məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi qaytarmalıdır. Qeyd olunanalara əsasən və Azərbaycan Respublikası MPM-in 309, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı cavabdehin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli nəticəsində ona vurduğu və ödəmədiyi maddi zərərin əvəzi olaraq 11250 (on bir min iki yüz əlli) manat və mənəvi zərərin əvəzi olaraq 500 ( beş yüz) manat ümumilikdə 11750 (on bir min yeddi yüz əlli) manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarılsın. Qərardaddan (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) 10 /on/ gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar