Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1456/2024 02.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı vəkalətli nümayəndəsi (atası) X1, Cavabdeh iştirakları ilə İddiaçı, Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı birgə nikahdan olmuş xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkalətli nümayəndəsi (atası) X4 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, İddiaçı onun qızıdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gələ bilməmiş ona etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. İddiaçı ilə Cavabdeh xx.xx.2015-ci ildə faktiki olaraq ailə qurmuş, nikahları xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilmişdir. Onların birgə yaşadıqları dövrdə xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Aralarında olan münasibətləri pozulduğundan onlar ayrı yaşayırlar. Nuray adlı uşaq iddiaçının yanında qalmışlar. Uşaq birinci qrup xəstədir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-146/2022 saylı qətnaməsinə əsasən İddiaçı alimentin məbləğinin artırılması və uşağın müalicə xərcləri ilə bağlı iddiası qismən təmin edilmiş, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçı üçün çox çətin olmuşdur. Cavabdehin ödədiyi 160 manat aliment məbləği ilə iddiaçı uşağın tələbatlarını ödəyə bilməmişdir. Belə ki, alimentin tutulmasına dair qətnamə qəbul edildikdən indiyədək keçən illər ərzində istehlak qiymətləri artmışdır. Uşaq isə xəstə olmaqla müalicəyə ehitiyacı olur. Ona görə də iddiaçı himayəsində olan uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması ilə bağlı əvvəlçə mediasiya şurasına mürciət etmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəyə müraciət etmişdir. Göstərdiklərinə əsasən Cavabdeh iddiaçı ilə birgə nikahdan olmuş xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb iddiaçının xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli AR-İİ 213418 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı atası X2 etibarnamə verərək onu məhkəmə iclasında təmsil etməyi həvalə etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında olan mübahisələrə görə ayrılmışlar. İddiaçı ilə bir yaşadıqları dövrdə Nuray adlı uşaqları olmuşdur. Uşaq iddiaçının yanında qalmışdır. İddiaçıya uşağın saxlanması üçün saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment təyin etmişdir. Həmin məbləğdə alimenti vaxtında lakin çox çətinliklə ödəyir. Belə ki, maddi vəziyyəti ağırdır, hazırda işləmir, aylıq qazancı aşağı səviyyədədir. İddiaçı ona qarşı məhkəmədə hər ay 235 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini xahiş etmiş, lakin hazırda hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini xahiş edir. Hazırda hər ay çox çətinliklə ödədiyi alimentin məbləğinin 10 manat artırılmasına etiraz etmədiyini bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, iddia tələbini qismən qəbul edir, hər ay uşağın saxlanılması üçün ödədiyi alimentin 10 manat artırılmasına etiraz etmədiyini göstərmişdir. İşdə olan olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. İşdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-146/2022 saylı qətnaməsinin surətindən görünür ki İddia qismən təmin edilmiş, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasına təklifin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə alimentin artırılması tələbi ilə bağlı mediasiya şurasına müraciət etmişdir. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin, cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər aralarında olan mübahisələrə görə onlar ayrılmış, ər-arvad münasibətləri pozulmuşdur. Onların birgə yaşadıqları dövrdə xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqları iddiaçının yanında qalmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-146/2022 saylı qətnaməsinin surətindən görünür ki iddia qismən təmin edilmiş, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçının vəkalətli nümayəndəsi uşağın gündəlik tələbatlarının artdığını, eləcə də uşağın xəstə olduğunu, iddiaçının onu saxlamaqda çətinlik çəkdiyini, cavabdehin normal maddi vəziyyətini nəzərə alaraq alimentin məbləğinin artırılmaqla hər ay 200 manat sabit pul məbləğində alimentin iddiaçıya verilməsini xahiş etmişdir. İddiaçı cavabdehin gəlirlərində artımlar olduğunu göstərsə belə, onun normal qazanc əldə etməsini məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. O, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh maddi vəziyyəti ilə bağlı ödədiyi alimentin məbləğinin hər ay 10 manat artırılaraq idiaçıya verilməsinə etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq hər ay 180 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, uşaq ananın yanında yaşayır, xəstədir və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafeini və iddiaçının himayəsində yaşamaslarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşaqlarına ödənilən alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azlıq təşkil edir. Bundan başqa, iddiaçı aliment tələbi ilə bağlı 2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və həmin vaxt alimentin məbləği 160 manat sabit pul məbləğində müəyyən edilmişdir. Aradan xeyli müddət keçmiş iddiaçı maddi vəziyyətlə bağlı məhkəmədə alimentin artırılması barədə iddia qaldırmışdır. Belə ki, uşaq böyümüş, onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi məqsədə müvafiqdir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşağın mənafeyinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, cavabdehin maddi vəziyyətini, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsümü haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iddia ilə bağlı iddia qiyməti 1000 manatdan 10000 matadək məbləğdə olduğundan 65 (altmış beş) manat 60 (altmış) qəpik dövlət rüsumu hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsində göstərilmişdir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə hesab edir ki, Cavabdeh bir il ərzində tutulacaq alimentin miqdarı 1000 manatdan yuxarı, yəni illik ümumilikdə 2160 manat olduğuna görə, sonuncudan dövlət rüsumu olaraq 41 (qırx bir) manat 60 (altmış) qəpik alınaraq dövlət nəfinə verilməlidir. Sübutların məcmusuna qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 180 (yüz səksən) manat sabit pul məbləği həddində müəyyən edilməli və Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 180 (yüz səksən) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu olaraq 41 (qırx bir) manat 60 (altmış) qəpik alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1456/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1456/2024
02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver