Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1479/2024 19.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı övladları ilə birlikdə mənzildə yaşamaq hüququnun tanınmaqla təmin edilməsi və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 ilə birgə evliliklərindən xx.xx.2012-ci ildə anadan olmuş X2 və xx.xx.2023-cü ildə anadan olmuş X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evində yaşayış hüququnun tanınmaqla təmin edilməsi, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət, kommunal xidmətlərdən birgə istifadə olunması və mediasiya xərci üçün ödənilmiş 55 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etmiş və göstərmişdir ki, Cavabdeh1 ilə 2011-ci ildə faktiki olaraq ailə qirmuşı, nikahları xx.xx.2012-ci ildə rəsmiləşdirilmişdir. Birgə nikahda olduqları dövrdə onların xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Onlar məcburi köçkün kimi ailəsi ilə birlikdə Dövlət tərəfindən verilmiş məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədə 9 saylı binanın 19-cu mənzilində yaşamağa başlamışlar. Həmin mənzillə bağlı verilən orderdə onun, uşaqlarının və Cavabdeh1 adı göstərilmişdir. Cavabdehlə nikahları pozulduqdan sonra birgə nikahdan olan uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmişlər. O, həyat yoladı ilə boşandığı üçün onun, övladları ilə birlikdə mənzildə yaşamaq hüququnun tanınmalı və mənzildən istifadə qaydalarının müəyyən edilməlidir. Ona görə də bu tələblə bağlı ilk növbədə Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir onun iştirak olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 ilə birgə evliliklərindən xx.xx.2012-ci ildə anadan olmuş X2 və xx.xx.2023-cü ildə anadan olmuş X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evində yaşayış hüququnun tanınmaqla təmin edilməsi, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət, kommunal xidmətlərdən birgə istifadə olunması və mediasiya xərci üçün ödənilmiş 55 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı göstərmişdir ki, Cavabdeh2 onun anasıdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq, səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməımişdir. Onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İddiaçı ilə faktiki olaraq ailə qirmuşı, nikahları rəsmiləşdirilmişdir. Birgə nikahdan onların Nurlan və Ayşə uşaqları anadan olmuşdur. Onlar məcburi köçkün kimi Dövlət tərəfindən verilmiş məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədə 9 saylı binanın 19-cu mənzilində yaşamağa başlamışlar. Həmin mənzillə bağlı verilən orderdə onun, uşaqlarının və iddiaçının adı göstərilmişdir. İddiaçı nikahları pozulduqdan sonra birgə nikahdan olan uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmişdir. İddiaçı hazırda məhkəmədə birgə evliliklərindən xx.xx.2012-ci ildə anadan olmuş X2 və xx.xx.2023-cü ildə anadan olmuş X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evində yaşayış hüququnun tanınmaqla təmin edilməsi, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət, kommunal xidmətlərdən birgə istifadə olunması və mediasiya xərci üçün ödənilmiş 55 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddasını qəbul etdiyini və qətnamə qəbul edilməsi ilə bağlı etiraz olmadığını bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Mülki işin materiallarına əlavə edilmiş bildirişdən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əavə edilmiş 25 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh2 və Cavabdeh1 iddia tələbini qəbul etdiklərini bildirmişlər. İş materialında olan şəxsiyyət vəsiqələrinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bərdə rayin Əyricə kəndində anadan olmuş, lakin Laçın rayonunun Piçənis kəndində qeydiyyatdadır. İş materialında olan “Dövlətqaçqınkom”un Tərtər rayon Mənzil Kommunal İstismar Sahəsinin və “Dövlətqaçqınkom”un Tərtər rayon Bölməsi tərəfindən verilmiş 775 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Laçın rayonunun Piçənis kənd məcburi köçkünüdür. Tərtər rayon Yeni Qəsəbə bina 09, mənzil 19-da qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş xüsusi təyinatlı yaşayış sahəsinin 9/19 saylı kirayə müqaviləsinin surətindən görünür ki, bu müqavilyə görə Mənzil İstismar departamenti 9 nömrəli evdə, 19 nömrəli mənzildə yerləşən, 3 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə kirayəçi Cavabdeh2 sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin sənəddə Cavabdeh1, İddiaçı, X2 və X1 ailə üzvləri kimi göstərilmişdir. Müqaviləni hər iki tərəf imzalamışdır. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli iş № 2(061)-625/2024 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 22 fevral 2012-ci ildə Tərtər Rayon Qeydiyyat Şöbəsində 42 sayla qeydə alınmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahdan döğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı uşaqları İddiaçı yanında saxlanılması, Cavabdeh1 oğlundan hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi, iddianın alimentə dair qalan hissəsi təmin edilməməsi, alimentin qeyd olunan məbləğdə Cavabdeh1 tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icra edilməsi, Cavabdeh1 dövlət rüsumu olaraq 50 (əlli) manat 80 (səksən) qəpik alınaraq dövlət nəfinə ödənilməsi, İddiaçı Mediasiya sesiyyasında ödədiyi 50 (əlli) manat xidmət haqqı Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət qdilmişdir. İş materiallarında olan mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı mənzildə övladları ilə birlikdə yaşamaq hüququnun təmin edilməsi tələbi ilə bağlı ilkin mediasiya sessiyasına müraciət etmişdir. Tərəflər ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina edən tərəf olmuşdur. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı bildiriş xx.xx.2022-ci il tarixdə göndərilmiş və onlar xx.xx.2022-ci il tarixdə saat 11-00-da ilkin mediasiya sessiyasına dəvət olunmuşlar. Onlar ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı 55 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Beləliklə, məhkəmə obyektiv araşdırmalar nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh rəsmi nikah bağlamaqla evlənmişlər. Onların birgə nikahlarından 2 övladları olmuşdur. Aralarında olan mübahisələrə görə nikahları məhkəmə qaydasında pozulmuşdur. İddiaçı ilə cavabdeh uzun müddət boşananadək ünvan 2 ünvanında məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsində yaşamışlar. Mənzilin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Bu faktlar məhkəmə iclasında elan olunmuş sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında izahat vermiş Cavabdeh1 iddianı qəbul etdiklərini, iddiaçının həmin mənzildə uşaqları ilə birlikdə yaşamasına etiraz etmədiyini bildirmişdir. İşin materialları ilə də aydın olmuşdur ki, iddiaçı ilə cavabdeh 2011-ci faktiki olaraq ailə qurmuş və nikahlarını 2012-ci ildə rəsmi qaydada qeyd etdirmişlər. İddiaçı cavabdehlə ailə qurduqdan bir müdət sonra ünvan 2-da uşaqları ilə birlikdə yaşamışlar. Hazırda da həmin mənzildə yaşayır. Həmçinin iddiaçı həmin mənzildə qeydiyyatdadır. Bununla da iddiaçı həmin evə yaşayış hüququ qazanmışdır. İddiaçı ilə cavabdehin yaşadıqları mübahisəli mənzil mülkiyət hüququ əsasında cavabdehin adına qeydiyyatdan keçmədiyindən iddiaçının özünə münasibətdə tələbi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci və MPM-in 13-cü maddələrinin tələblərinə görə analogiya əsasında dövlət mənzil fondunda olan normalar tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzilənmədikdə və onlara tətbiq edilən işgüzar adətlər olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir ( qanunun analogiyası ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun» 2ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı yer başa düşülür. Həmin qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilr. Yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı bir sənəd tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Eləcə də, Avropa İnsan Hüquqları Məhkəməsi “X6rşı” xx.xx.1986–cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X11” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikrləri vardır və həmin əlaqələr onların öz mənzili hesab etmək üçün yetərli idi. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz mərhum edilə bilməz. Bu göstərilənlər «İnsan hüquqları haqqında Ümumi Bəyannamənin» 13-cü maddəsində, «İnsan hüquqları və X7 haqqında» Avropa Konferensiyasına əlavə 4№-li protokolun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur. Məhkəmə, İddiaçı mübahisəli evə yığışmasını, fasiləsiz olaraq orada yaşamasını, birgə təsərrüfatı aparmasını, iddiaçının həmin evi özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. İddiaçı və cavabdehin aralarındakı nikah münasibətləri Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2004-cü il tarixədək yarandıgından mübahisəli yaşayış evinə dair münasibətlər xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə əsasən tənzimlənməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1, 2 və 3-cü abzaslarına əsasən icarədar ilə birliikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. xx.xx.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə-vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəlləsinin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri-qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası müvafiq qanunvericiliklə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən nəzərə alır ki, iddiaçı uşaqları ilə birlikdə hazırda cavabdehin istifadəsində olan mübahisəli evdə yaşamış, olduqları üçün ana ilə daha çox bağlı olmuş, hazırda da ana ilə birlikdə mübahisəli evə köçüb yaşamaları onların mənafelərinə daha çox uyğundur. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2 və 217.3-cü maddələrinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iddiaçının özünə hazırda başqa yaşayış sahəsi əldə etmək imkanı olmamaqla, başqa daimi yaşayış yerinin olmamasını, himayəsində 2 (iki) uşaqlarının olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək iddiaçı 2 uşaqları ilə birgə mübahisəli evə köçürülməlidir. Məhkəmə hesab edir ki, iddianın mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair hissəsi təmin edilməməlıdır. Belə ki, məhkəmə iclasında məlum olmuşdur ki, iddiaçı ilə cavabdehin yaşadıqları mübahisəli mənzil mülkiyət hüququ əsasında cavabdehin adına qeydiyyatdan keçməmişdir. Odur ki, İddiaçı iddiası, birgə nikahdan anadan olmuş uşaqları ilə birlikdə qeydiyyatda olduqları ünvan 2 ünvanında yerləşən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsinə köçürülmələrinə dair hissədə təmin edilməli, yaşayış sahəsinə istifadə hüququ tanınlmaqla yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarını, iddiaçının, cavabdehin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı Cavabdeh1 ilə birgə evliliklərindən xx.xx.2012-ci ildə anadan olmuş X2 və xx.xx.2023-cü ildə anadan olmuş X3 adlı uşaqları ilə birlikdə qeydiyyatda olduqları ünvan 2 ünvanında yerləşən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsinə yaşayış hüququ tanınsın. Yaşayış sahəsindən, yardımçı sahələrdən, habelə mənzil-məişət, kommunal xidmətlərdən ümumi əsaslarla istifadə edilməsi müəyyən edilməlidir. İddianın yaşayış sahəsinə istifadə hüququ tanınlmaqla yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə hissəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 və 364 - cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh1 ilə birgə evliliklərindən xx.xx.2012-ci ildə anadan olmuş X2 və xx.xx.2023-cü ildə anadan olmuş X3 adlı uşaqları ilə birlikdə qeydiyyatda olduqları ünvan 2 ünvanında yerləşən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsinə yaşayış hüququ tanınsın, yaşayış sahəsindən, yardımçı sahələrdən, habelə mənzil-məişət, kommunal xidmətlərdən ümumi əsaslarla istifadə hüququ müəyyən edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. İddiaçı mediasiya sessiyasında ödədiyi 55 (əlli beş) manat xidmət haqqının yarı hissəsi 27 (iyirmi yeddi) manat 50 (əlli) qəpik pul vəsaiti Cavabdeh1 alınsın İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1479/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1479/2024
19.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver