Məhkəmə qərarları › İş №2(061)-153/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-153/2025

02.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-153/2025 02.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rafayıl oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə vurulmuş maddi ziyana görə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında 02 may 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq,` MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə vurmuş olduğu zərərə görə 2280 manat və ödənilmiş dövlət rüsumuna görə ödədiyi 43 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində idarə etdiyi özünə məxsus ATEGO 815 markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilini Tərtər rayon Qaradağlı kəndində yerləşən hərbi hissənin yaxınlığında saxlamışdır. Həmin gün saat təxminən 17-18 radələrində həmkəndlisi ona zəng edərək avtomobilinin vurulduğunu söyləmişdir. Bundan sonra avtomobilinin yanına getmiş, avtomobilin sol qapısı və digər hisələrinin əzildiyini görmüşdür. Sonradan avtomobilinin hazırkı Cavabdeh tərəfindən sonuncunun idarə etdiyi “Mercedes 190” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulduğu məlum olmuşdur. Belə ki, hadisə ilə bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılmış, materialda cinayət tərkibi olmadığından “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4cü maddəsinin tərkibinin olması barədə qərar qəbul edilərək inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surətinin Tərtər RPŞ DYPB-nə göndərilməsi qərara alınmışdır. Hadisədən sonra avtomobilini təmir etdirməmişdir. Hadisə nəticəsində avtomobilinə 2280 manat məbləğində maddi zərər dəymişdir. Ona vurulmuş maddi ziyanın məbləği AZ Avtovaz Texniki Xidmət Sənaye Ticarət Birliyi Tərtər Texniki Xidmət Sahəsi tərəfindən verilmiş 809 saylı, xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyində öz əksini tapmışdır. Cavabdehdən ona dəymiş zərərin ödənilməsini tələb etsə də, heç bir nəticə əldə olunmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Əvvəlki əhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, Tərtər rayonunun Qaradağlı kəndində yaşayır. 1-ci qrup “Qarabağ müharibəsi” əlilidir. Özünə məxsus “Mercedes 190” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində pensiyasını alıb yaşadığı Qaradağlı kəndinə qayıdarkən hava çiskinli olduğu üçün idarəetməni itirərək həmin kənddə yerləşən hərbi hissənin yaxınlığında, yolun kənarında dayanmış ATEGO 815 markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin avtomobilə ziyan dəymişdir. İddiaçının avtomobilinə dəymiş ziyanın məbləği uzaqbaşı 150 manat olar. İmkanı olmadığından həmin 150 manatı ayda 10 manat olmaqla ödəyə bilər. İddiaçının tələb etdiyi 2280 manat şişirdilmiş rəqəmdir. Sonuncu məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, ziyanı, o, vurmuşdur. İddiaçıya məxsus avtomobilin 1 farasına və 1 buferinə ziyan dəymişdir. Ziyanın ümumi məbləği 300 manat olar. Törətdiyi əməlinə görə inzibati qaydada məsuliyyətə cəlb olunmuş və məhhkəmənin qəərarı ilə 500 manat mə bləğində cərimə olunmuşdur. İddiaçının tələb etdiyi 2280 manat ödənilməyəcəkdir. İşdə olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarddan görünür ki, Tərtər rayon Polis Şöbəsində HQK-1/1972 material üzrə ilkin araşdırma aparılmış, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Mercedes 190” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirərək, yolun kənarında dayanıqlı vəziyyətdə olan İddiaçı məxsus ATEGO 815 markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu müəyyən edilmiş, material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilmiş və Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddəsinin tərkibi olduğundan həmin maddələrlə barəsində tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin DYPB-nə gön dərilməsi qərara alınmışdır. İşdə olan Tərtər Rayon Məhkəməsinin 3(061)-1405/2024 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Mercedes 190” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirərək İddiaçı məxsus ATEGO 815 markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilmişdir. İşdə olan 2(061)-153/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, məhkəmə prosesinin gedişində iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək iş materialları qərardadla birlikdə ekspertizanın aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, lakin qiymətləndirmə fəaliyyətinin müstəqill fəaliyyət növü kimi edildiyi əsas göstərilərək qərardad icra edilmədən geri qaytarılmışdır. İşdə olan AZ Avtovaz Texniki Xidmət Sənaye Ticarət Birliyi Tərtər Texniki Xidmət Sahəsi tərəfindən verilmiş 809 saylı, xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, mütəxəssislər tərəfindən ATEGO 815 markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə baxış keçirilmiş, ehtiyat hissələrinə görə 930 manat, usta haqqı, dəmirçi, çilingər, elektrik və qaynaq işlərinə görə 1350 manat olmaqla, ümumilikdə avtomobilə dəymiş zərər 2280 manat təşkil edir. İşdə olan ATEGO 815 markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə aid fotoşəkillərdən görünür ki, həmin avtomobilin ön hissəsinin toqqışma nəticəsində əzildiyi əks olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Mercedes 190” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirərək, yolun kənarında dayanıqlı vəziyyətdə olan İddiaçı məxsus ATEGO 815 markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bu barədə Tərtər rayon Polis Şöbəsində HQK-1/1972 material üzrə ilkin araşdırma aparılmış, material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi olduğundan barəssində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmiş və təqsirliliyi sübuta yetirildiyi üçün məhkəmənin 3(061)-1405/2024 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən barəsində 500 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçının izahatı ilə yanaşı AZ Avtovaz Texniki Xidmət Sənaye Ticarət Birliyi Tərtər Texniki Xidmət Sahəsi tərəfindən verilmiş 809 saylı, xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən müəyyən olunmuşdur ki, mütəxəssislər tərəfindən ATEGO 815 markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə baxış keçirilmiş, ehtiyat hissələrinə görə 930 manat, usta haqqı, dəmirçi, çilingər, elektrik və qaynaq işlərinə görə 1350 manat olmaqla, ümumilikdə avtomobilə dəymiş zərər 2280 manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçı məhkəmə iclasında yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandırmışdır. Cavabdeh iddianın rədd edilməli olmasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin aid olduğu hüquq münasibəti mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərlə bağlı olduğundan həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərər və deliktlə bağlı normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq, tərəflərin izahatlarına və məhhkəmə iclasında tədqiq edilən yuxarıda adı çəkilən yazılı sübutlara və işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 2280 manat pul və 43 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tahir Qubadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar