Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1598/2024 29.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-in cavabdehlər Cavabdeh və Zamin qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və Zamin Elsevər oğluna qarşı cavabdehlərdən müştərək qaydad əsas borc üzrə 942,03 AZN, faiz borcu üzrə 157.97 AZN, cərimə borcu üzrə 230 AZN olmaqla ümumulikdə 1330 AZN və 33.30 manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" MMC-in xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" MMC-in sədri X1 tərəfindən verilmiş ərizəsindən görünür ki, Cavabdeh ilə bağlı İttifaq tərəfindən borc tələbinə dair iddia ərizəsi ilə müraciət edilmişdir. İcraatınızda olan bu iş baxılmamış hesab edilsin və müvafiq sənədlər İttifaqa qaytarılsın.Həmçinin İttifaq tərəfindən ödənilmişdövlət rüsumu İttifaqın Azərbaycan Beynəlxalq Bankının Tərtər filialındakı hesabına geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdyi üçün mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanıldıqda ödənilmiş 33,30 AZN məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" MMC-yə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və Zamin Elsevər oğluna qarşı cavabdehlərdən müştərək qaydad əsas borc üzrə 942,03 AZN, faiz borcu üzrə 157.97 AZN, cərimə borcu üzrə 230 AZN olmaqla ümumulikdə 1330 AZN və 33.30 manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" MMC-in xeyrinə ödənilməsi barədə iddia tələbi baxılmamış saxlanılsın. Ödənilmiş 33,30 AZN məbləğində dövlət rüsumunu iddiaçı "xxxx" MMC-ə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində dayandırılma hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1598/2024
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1598/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver