Məhkəmə qərarları › İş №2(061)-1655/2024

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1655/2024

12.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1655/2024 12.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı, çavabdeh Cavabdeh qarşı qonşuluq hüququnun pozulması, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması,çəpərlərin sökülməklə həyətyanı sahəyə gediş-gəliş yolunun və su arxının aşılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı Cavabdeh qonşuluq hüququnu pozmasına, qeyri-qanuni hərəkətlərinə son qoyulmasına, qeyri-qanuni çəkilmiş çəpərlərin sökülməklə həyətyanı sahəsinə gediş-gəliş 22 metr yolun və 22 metr su arxının açılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulub onun xeyrinə ödənilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, Tərtər Rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 1 saylı qərarı ilə Tərtər rayon Hüsənli kənd ərazisindən onun mülkiyyətinə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu hal JN -286A seriyalı, kod 61100048 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin Şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 0,15 ha həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsi barədə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı və Torpaq sahəsinin planı və ölçüsü sənədi almışdır. O, həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək və həyətyanı sahəni əkib-becərərək, maldarlıqla məşğul olaraq şəxsi təsərrüfatını qurmaq istəyir. Həyətyanı torpaq sahəsi ayrılarkən gedişgəliş yolu da ayrılmışdır. Lakin həmkəndlisi Cavabdeh mülkiyyətində olan 0,10 ha torpaq sahəsini genuşləndirib, çəpərləməklə onun həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunu və yolun kənarı ilə çəkilmiş su arxını bağlayaraq öz həyətyanı sahəsinə birləşdirmiş və istifadə etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-86/2024 nömrəli qətnaməsi ilə həyətyanı torpaq sahəsinə qədər məsafədə 4,5 metr enində gediş-gəliş yolu və 0,50 metr enində su arxı açılmışdır. Lakin Cavabdeh həyətyanı sahəsinə birləşdirdiyi gedişgəliş yolunun və su arxının 22 metr uzunluğunda olan hissəsi onun istifadəsindədir. O, həmişə qonşularına yaxın münasibətdə olmu, hörmətlə yanaşmışdır. Lakin cavabdeh onun qonşuluq hüququnu pozmaqla həyətinə gediş-gəliş yolunu və su arxını doldurmuş, çəpərləmiş və başlamışdır. Bununla da onun hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur. Göstərdiklərinə əsasən Cavabdeh qonşuluq hüququnun pozması, qeyri-qanuni hərəkətlərinə aon qoyulmasına, qeyr-qanuni çəkilmiş çəpərlərin sökülməklə həyətyanı sahəsinə gediş-gəliş üçün 22 metr yolun, 22 metr uzunluğunda su arxının açılmasına və ödən8ilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya qarşı etiraz ərizəsi təqdim etdiyini bildirmiş və göstərmişdir ki, İddiaçı Tərtər Rayon Məhkəməsində ona qarşı qonşuluq hüququnun pozulması, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, çəpərlərin sökülməklə həyətyanı sahəyə gediş-gəliş yolunun və su arxının aşılması ilə bağlı iddia qaldırmışdır. Həmin iddia ilə bağlı Tərtər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(061)-86/2024 nömrəli qətnaməsi qəbul edilmiş, həmin qətnamə ilə Cavabdeh qonşuluq hüququnun pozulması və qeyri-qanuni hərəkətlərinə son qoyulsun, qeyri-qanuni çəkilmiş çəpərlər cavabdehin hesabına sökülsün, İddiaçı (“Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN 286A saylı şəhadətnamə əsasında onun mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsi) həyətyanı torpaq sahəsinə qədər olan məsafədə 4,5 metr enində gediş-gəliş yolu və 0,50 metr enində su arxı açılması, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş, qanunu qüvvəsini almış və icraya yönəlmişdir. İddiaçı hazırda da ona qarşı eyni məzmunlu iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərdiklərinə əsasən hazırda iddiaçının bu barədə veridiyi iddia ilə bağlı artıq məhkəmə qətnaməsi olduğundan iddia tələbinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(061)-86/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh qonşuluq hüququnun pozulması və qeyri-qanuni hərəkətlərinə son qoyulsun, qeyri-qanuni çəkilmiş çəpərlər cavabdehin hesabına sökülsün, İddiaçı (“Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN 286A saylı şəhadətnamə əsasında onun mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsi) həyətyanı torpaq sahəsinə qədər olan məsafədə 4,5 metr enində gediş-gəliş yolu və 0,50 metr enində su arxı açılması, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Göründüyü kimi İddiaçı əvvəllər Cavabdeh qarşı qonşuluq hüququnun pozulması, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, çəpərlərin sökülməklə həyətyanı sahəyə gediş-gəliş yolunun açılması ilə bağlı iddia qaldırmış, onun iddiası təmin edilmişdir. İddiaçı hazırda da eyni predmet barəsində, eyni əsaslar üzrə və eyni tələblə məhkəmədə iddia qaldırmış, lakin onun tələbi üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Məhkəmə iddiaçının və cavabdehin izahatını və iş materiallarını araşdırdıqdan sonra belə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı əvvələr də cavabdehə qarşı qonşuluq hüququnun pozulması, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, çəpərlərin sökülməklə həyətyanı sahəyə gediş-gəliş yolunun açılması ilə bağlı iddia qaldırmışdır. Tərtər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(061)-86/2024 nömrəli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Hazırda iddiaçı iddia ərizəsində cavabdehə qarşı qonşuluq hüququnun pozulması, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, çəpərlərin sökülməklə həyətyanı sahəyə gediş-gəliş yolunun 22 metr və su arxının 22 metr açılmasını xahiş etsə belə, Tərtər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(061)- 86/2024 nömrəli qətnaməsi ilə onun həyətyanı torpaq sahəsinə qədər olan məsafədə 4,5 metr enində gediş-gəliş yolu və 0,50 metr enində su arxı açılması qət edilmişdir ki, artıq həyətyanı sahəyə gediş-gəliş yolunun 22 metr və su arxının 22 metr açılması tələbinə baxılmasına ehtiyac qalmır və onun hazırki iddiasının əvvəlki məhkəmə qətnaməsi ilə həll olunduğunu təsdiq edir. Tərtər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(061)-86/2024 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Belə olan halda Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-in 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 261.0 maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: -Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-in 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası MPM-in 262.4 maddəsində göstərmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predment haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verildiyindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan, hazırki mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.5, 191.2, 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı, çavabdeh Cavabdeh qarşı qonşuluq hüququnun pozulması, cavabdehin qeyriqanuni hərəkətlərinə son qoyulması, çəpərlərin sökülməklə həyətyanı sahəyə gediş-gəliş yolunun və su arxının aşılması tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar