Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-166/2025 01.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduğu 850 (səkkiz yüz əlli) manat məbləğində pulun və əlavə olaraq çəkdiyi xərcin əvəzi olaraq 150 manat pulun, ümumilikdə ona dəymiş zərərin əvəzi olaraq 1000 (min) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə “Ova” markalı su filtirlərinin servis işləri ilə məşğul olan Cavabdeh onların binasına gələrək alqı-satqı müqaviləsi əsasında hər ay 50 manat olmaqla 29 ay müddətində, ümumilikdə 1490 manat ödənilməklə mənzilinə “Ova” markalı “Prestij” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları mənzilində quraşdırılacağı bildirmişdir. O da cavabdehin dediklərinə əməl etmiş, müqavilə əsasında ondan dəyəri 1490 manat olan su təmizləmə sistemi almağa razılaşmışdır. Bundan sonra cavabdeh onun mənzilində həmin su təmizləmə sistemini quraşdırıb getmişdir. Cavabdeh ilə aralarında olan qarşılıqlı razılaşmaya əsasən onun mənzilində quraşdırılmış su filtiri xarab olduqda və yararsız hala düşdükdə onu düzəldib saz vəziyyətdə təhvil verməli, o, isə onun aylıq xərcini ödəməli olmuşdur. Lakin su filtiri quraşdırıldıqdan təqribən 4-5 ay sonra yararsız hala düşmüşdür. Bununla da o, su filtirindən istifadə edə bilməmişdir. Bu barədə cavabdehə müraciət etdikdə, ona gəlib filtiri düzəldəcəyini bildirdi. Lakin həmin filtiri heç kim düzəltməmişdir. Buna baxmayaraq su filtirini quraşdırdıqdan təqribən 1 il 5 ay müddətində hər ay 50 manat pul ödəməklə ümumilikdə 850 manat pul ödəmişdir. Beləliklə, onun su filtirinə 640 manat borcu qaldığı müddətdə su filtiri yararsız hala düşmüşdür. O, bu barədə təkrarən cavabdehi məlumatlandırmışdır. Lakin cavabdeh yenə də su filtirinin düzəldilməsi və ya yenisi ilə əvəz edilməsini vəd etsə də heç bir tədbir görməmiş, əksinə o, mənzildə olmadıqda mənzilə gələrək azyaşlı uşağını qorxudaraq su filtirini götürüb aparmışdır. Hazırda cavabdeh su filtirini ona verməmiş və əlavə olaraq ona 400 manat ödədikdən sonra həmin su filtirini düzəldib ona qaytaracağını bildirmişdir. O, isə bununla razılaşmamış və ondan müqavilə üzrə öhdəliklərini yerinə yetirməyi xahiş etmişdir. Lakin cavabdeh buna da etiraz etmiş və su filtirini ona qaytarmayacağını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh onunla bağladığı müqavilənin su filtirlərinin dəyişdirilməsi hissəsinə imza etməmiş, onu zəmanət kitabçası ilə tanış etməmiş, həm də zəmanət kitabçasının şərtlərinə imza etdirməmişdir. Ona göstərilən qüsurlu və keyfiyyətsiz xidmət nəticəsində o, su təmizlənilməsi üçün əlavə olaraq 150 manat miqdarında xərc çəkməyə məcbur olmuşdur. Ona görə də hesab etmişdir ki, cavabdeh ona qüsurlu və keyfiyyətsiz xidmət göstərdiyindən nəticədə ona müqavilə üzrə 1 il 5 ay müddətində 850 manat pul ödədiyinə və əlavə olaraq suyun tənzimlənməsi üçün 150 manat xərc çəkdiyinə görə ona ümumilikdə 1000 manat ziyan dəymişdir. Hesab etmişdir ki, ona vurulmuş zərərin əvəzi olaraq 1000 manat Cavabdeh alınaraq ona verilməidir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh qarşı onun borclu olduğu 850 (səkkiz yüz əlli) manat məbləğində pulun və əlavə olaraq çəkdiyi xərcin əvəzi olaraq 150 manat pulun, ümumilikdə ona dəymiş zərərin əvəzi olaraq 1000 (min) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, müqavilə əsasında xx.xx.2022-ci il tarixdə “Ova” markalı su filtirlərinin servis işləri ilə məşğul olan Cavabdeh onların binasına gələrək alqı-satqı müqaviləsi əsasında hər ay 50 manat olmaqla 29 ay müddətində, ümumilikdə 1490 manat ödənilməklə mənzilinə “Ova” markalı “Prestij” modelli su təmizləmə sistemi quraşdırmışdır. İddia ərizəsində göstərdiyi kimi həmin su filtiri təqribən 4-5 ay sonra yararsız hala düşmüşdür. Bununla da o, su filtirindən istifadə edə bilməmişdir. Bu barədə cavabdehə müraciət etdikdə, filtiri düzəldəcəyini bildirmişdir. Lakin həmin filtiri heç kim düzəltməmişdir. Buna baxmayaraq su filtirini quraşdırdıqdan təqribən 1 il 5 ay müddətində hər ay 50 manat pul ödəməklə ümumilikdə 850 manat pul ödəmişdir. Beləliklə, onun su filtirinə 640 manat borcu qaldığı müddətdə su filtiri yararsız hala düşmüşdür. O, bu barədə təkrarən cavabdehi məlumatlandırmışdır. Lakin cavabdeh yenə də su filtirinin düzəldilməsi və ya yenisi ilə əvəz edilməsini vəd etsə də heç bir tədbir görməmiş, əksinə o, mənzildə olmadıqda mənzilə gələrək azyaşlı uşağını qorxudaraq su filtirini götürüb aparmışdır. Hazırda cavabdeh su filtirini ona verməmiş və əlavə olaraq ona 400 manat ödədikdən sonra həmin su filtirini düzəldib ona qaytaracağını bildirmişdir. Cavabdehin bu təklifi ilə razılaşmamışdır. Su filtiri xarab olmuş, Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq onun borclu olduğu 850 (səkkiz yüz əlli) manat məbləğində pulun və əlavə olaraq çəkdiyi xərcin əvəzi olaraq 150 manat pulun, ümumilikdə ona dəymiş zərərin əvəzi olaraq 1000 (min) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bilbirmişdir. Hazırda o, Cavabdeh onun borclu olduğu 850 (səkkiz yüz əlli) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Mülki işin materiallarına əlavə edilmiş SMS bildirişdən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş Seriya AA № 027953 nömrəli məcburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1992-ci ildən Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarına əlavə edilmiş Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin verdiyi 1268 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Rəhimova X1 rayonundan məcburi köçkün düşmüş və Tərtər rayonu Yeni Qəsəbə bina 1, mənzil 27-də müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan 27.02 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı “Ova” markalı su filtirlərinin satışı ilə məşğul olan fiziki şəxs Cavabdeh ilə alıcı İddiaçı arasında başlanmış alqı-satqı müqavələsinə əsasən “Ova” markalı yalnız bir rəngdə, modeldə, formada və ölçüdə buraxılan “Prestij” modelli su tənzimləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları 1490 manat qiymətləndirilməklə, hər ay 50 manat ödəmək şərti ilə, 29 ay ərzində alıcının istifadəsinə verilmişdir. Hər iki tərəf müqaviləni imzalamışdır. İş materiallarında olan 27.02 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Ova” markalı yalnız bir rəngdə, modeldə, formada və ölçüdə buraxılan “Prestij” modelli su tənzimləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları olan 1 ədəd 25 manat dəyərində pambıq filteri, 1 ədəd 25 manat dəyərində kömür filteri, 1 ədəd 25 manat dəyərində kristal filteri, 1 ədəd 75 manat dəyərində ana membran filteri, 1 ədəd 25 manat dəyərində kokos filteri və 1 ədəd 30 manat dəyərində minerallaşdırıcı filteri satıcı tərəfindən alıcıya təhvil verilmişdir. İş materiallarında olan filterlərin dəyişdirilməsi ilə bağlı tərtib edilmiş sənəddən görünür ki, həmin sənəd alıcı və satıcı tərəfindən imzalanmamışdır. İş materiallarında olan “Ova Group” şirkətlər qrupunun verdiyi xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, İddiaçı aparatın ümumi dəyəri olan 1490 manat pul vəsaitindən 830 manat ödəmiş, 660 manat qalıq borcu qalmışdır. Məhkəmə iddiaçının izahatını, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləni, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 1490 manat dəyərində “Ova” markalı yalnız bir rəngdə, modeldə, formada və ölçüdə buraxılan “Prestij” modelli su tənzimləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarlarını, 29 ay müddətinə, hər ay 50 manat ödəmək şərti ilə satmışdır. Cavabdeh həmin məbləğdən 830 manat hissəsini ödəniş etmiş, 660 manat borcu qalmışdir. Belə ki, məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, müqavilə əsasında xx.xx.2022-ci il tarixdə “Ova” markalı su filtirlərinin servis işləri ilə məşğul olan Cavabdeh ilə alqı-satqı müqaviləsi əsasında hər ay 50 manat olmaqla 29 ay müddətində, ümumilikdə 1490 manat ödənilməklə mənzilinə “Ova” markalı “Prestij” modelli su təmizləmə sistemi quraşdırmışdır. Həmin su filtiri təqribən 4-5 ay sonra yararsız hala düşmüşdür. Bununla da o, su filtirindən istifadə edə bilməmişdir. Bu barədə cavabdehə müraciət etdikdə, filtiri düzəldəcəyini bildirmişdir. Lakin cavabdeh filtiri düzəltməmişdir. Buna baxmayaraq su filtirini quraşdırdıqdan təqribən 1 il 5 ay müddətində hər ay 50 manat pul ödəməklə ümumilikdə 850 manat pul ödəmişdir. Beləliklə, onun su filtirinə 640 manat borcu qaldığı müddətdə su filtiri yararsız hala düşmüşdür. O, bu barədə təkrarən cavabdehi məlumatlandırmışdır. Lakin cavabdeh yenə də su filtirinin düzəldilməsi və ya yenisi ilə əvəz edilməsini vəd etsə də heç bir tədbir görməmiş, əksinə o, mənzildə olmadıqda mənzilə gələrək azyaşlı uşağını qorxudaraq su filtirini götürüb aparmışdır. Hazırda cavabdeh su filtirini ona verməmiş və əlavə olaraq ona 400 manat ödədikdən sonra həmin su filtirini düzəldib ona qaytaracağını bildirmişdir. Cavabdehin bu təklifi ilə razılaşmamışdır. Su filtiri xarab olmuş, Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq onun borclu olduğu 850 (səkkiz yüz əlli) manat məbləğində pulun və əlavə olaraq çəkdiyi xərcin əvəzi olaraq 150 manat pulun, ümumilikdə ona dəymiş zərərin əvəzi olaraq 1000 (min) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bilbirmişdir. Hazırda o, Cavabdeh onun borclu olduğu 850 (səkkiz yüz əlli) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı su filtirinə görə 850 manat ödədiyini bildirsə də bu halı təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmiş, yalnız özünün verdiyi ifadə ilə kifayətlənmişdir. Onun məhkəməyə təqdim etdiyi qəbzlərdə isə hesablanarkən ümumilikdə 600 manat məbləğ ödəməsi müəyyən edilmişdir. Halbu ki, məhkəmədə elan edilmiş “Ova Group” şirkətlər qrupunun verdiyi xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, İddiaçı aparatın ümumi dəyəri olan 1490 manat pul vəsaitindən 830 manat ödəmiş, 660 manat qalıq borcu qalmışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, alqı-satqı müqaviləsinin şərtlərinə riayət etməmişdir. İddiaçı dəfələrlə pulunu ondan tələb etmiş, lakin cavabdeh xarab olmuş su filtirini təmir edərək ona qaytarmamış, iddiaçının bildirməsinə görə hazırda da cavabdehdə qalmışdır. Bununla da cavabdehin hazırkı vəziyyətdə iddiaçıya olan borcu 830 manat təşkil edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdehin iddiaçıya 830 manat pul borclu olmasını və pulu qaytarmadığıını təsdiq edən yuxarıda qeyd olunan sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, cavabdeh hazırkı vəziyyətdə iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əməl etmədiyindən, iddiaçının yaşadığı mənzildə quraşdırdığı su filtirini apraraq bir daha iddiaçıya qaytarmamış, bununla da onun iddiaçıya 830 manat borcu yaranmışdır ki, cavabdeh həmin borcu qaytarmamışdır. Beləliklə də o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindı göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən “Ova” markalı yalnız bir rəngdə, modeldə, formada və ölçüdə buraxılan “Prestij” modelli su tənzimləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları satıcı 1490 manat qiymətləndirilməklə, hər ay 50 manat ödəmək şərti ilə, 29 ay ərzində alıcının mülkiyyətinə vermiş, alıcı isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Alıcı öhdəliyə əməl etmiş, lakin cavabdeh üqavilə ilə üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, iddia tələbi 830 manat məbləğində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Seriya AA № 027953Məhkəmədə elan edilmiş 56439 nömrəli vəsiqənin surətindən görünür ki, Rəhimova X1 rayonundan məcburi köçkün olmaqla dövlət rüsümunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının izahatını, tərəflər arasında bağlanmış müqaviini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh onun borclu olduğu 830 (səkkiz yüz otuz) manat məbləğində pul alınsın, İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 830 (səkkiz yüz otuz) manat məbləğində pul alınsın, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qaldırılması üçün ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-166/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-166/2025
01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver