Məhkəmə qərarları › İş №2(061)-1716/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1716/2025

04.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1716/2025 04.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı vəkalətli nümayəndəsi X4, Cavabdehlər Tərtər şəhər 6 saylı tam orta məktəbin direktoru X2, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Tərtər şəhər 6 saylı tam orta məktəbinə, Qarabağ Regional Təhsil İdarəsinə qarşı Cavabdeh1 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi olmaqla cavabdeh tərəfindən ona münasibətdə verilmiş dərs yükünün bölgüsünün qanunsuz hesab edilməsi və yeni dərs yükü bölgüsü həyata keçirilməklə 4-cü sinif üçün 23 saat dərs yükünün ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Tərtər şəhər 6 saylı tam orta məktəbinə, Qarabağ Regional Təhsil İdarəsinə qarşı Cavabdeh1 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi olmaqla cavabdeh tərəfindən ona münasibətdə verilmiş dərs yükünün bölgüsünün qanunsuz hesab edilməsi və yeni dərs yükü bölgüsü həyata keçirilməklə 4-cü sinif üçün 23 saat dərs yükünün ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.1978-ci ildə anadan olmuşdur. 1998-ci ildən həmin məktəbdə ibtidai sinif müəllimi işləyir və hazırda İV sinif və yaradılan məktəbə hazırlıq qrupunda dərs deyir, ailəlidir, 2 övladı vardır. O, xx.xx.2023-cü il tarixdə keçirilən müəllimlərin sertifikatlaşdırma imtahanında iştirak etmiş və sertifikatlaşdırmanın test mərhələsində keçid balı kimi tələb edilən 60 mümkün baldan 32 bal və test mərhələsindən isə tələb edilən 4 mümkün baldan 22 bal toplamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-29/3-2-522F/2025 nömrəli əmrinə 1 nömrəli əlavəyə əsasən o, məktəbdə yaradılan məktəbə hazırlıq qrupunda cəmi 12 saat dərs yükü norması vardır ki, həmin 12 saat dərsi də o, tədris etməlidir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3- 29/3-2 522F/2025 nömrəli əmrinə 3 nömrəli əlavəyə əsasən isə ümumi təhsil müəssisələrinin İ- İX siniflərinin 2025-2026-cı tədris ili üçün tədris planına uyğun olaraq rəhbəri olduğunu 4 A sinfində cəmi 25 saat dərs yükü norması vardır ki, onun da ən azından 23 saat yükü ona verilməlıidir. Belə ki, 4 A sinfində cəmi 25 saat dərs yükü normasının 1 saat xarici dil və 1 saat informatika fənnləri ixtisaslı kadr tərəfindən tədris edilməli, lakin yerdə qalan 23 saat dərs isə onun tərəfindən tədris edilməlidir. Hətta ixtisaslı kadr olmadığı halda informatika fənni sinif müəllimi kimi onun tərəfindən tədris edilməlidir. Əlavə olaraq qeyd etmişdir ki, ibtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnalogiya və təsviri incəsənət dərslərini də sinif müəllimi kimi o, tədris etməli, yalnız onun yazılığı razılığı olduğu halda həmin dərslərin ixtisas müıllimləri tərəfindən tədris edilməsinə icazə verilə bilər. Lakin məktəb rəhbərliyi dərs yükünün bölünməsində qanunvericiliyin göstərilən tələblərini, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazurliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedoqoji kadrların işə qəbulu və yerləşdirilməsi Qaydalarının 2.8-ci bəndinin tələblərini kobud şəkildə pozaraq ona İV sinifdə 25 saat dərs yükü əvəzinə cəmi 15 saat dərs yükü vermişdir ki, o da bunu qanunsuz və əsassız hesab etmişdir. Bu barədə məktəb rəhbərliyinə bildirmişdir. Ona yuxarı dövlət orqanlarına və məhkəməyə şikayət etmək üçün dərs bölgüsünü tənzimləyən müvafiq əmri və Pedoqoji Şuranın qərarını tələb etsə də, onun tələbi bu günədək təmin edilməmişdir. Ona görə də məcbur olub müvafiq ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən cavabdehlər Tərtər şəhər 6 saylı tam orta məktəbinə, Qarabağ Regional Təhsil İdarəsinə qarşı Cavabdeh1 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi olmaqla cavabdeh tərəfindən ona münasibətdə verilmiş dərs yükünün bölgüsünün qanunsuz hesab edilməsi və yeni dərs yükü bölgüsü həyata keçirilməklə 4-cü sinif üçün 23 saat dərs yükünün ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı vəkalətli nümayəndəsi X12 məhkəmə iclasında göstərmişdir ki, qarşı tərəf ibtidai sinif müəllimindən qanun çərçivəsində hansı bənd əsasında dərsin alınmasını ibtidai sinif müəlliminin razılığı olmadan göstərə bilər. İbtidai sinif müəllimindən dərs alına bilməz. O, bir neçə gündür ki, ölkə səviyyəli dərs ekspertləri ilə görüşmüş və bu sualın cavabının ibtidai sinif müəlliminin özünün razılığı olmadan niyə alına bilməz, belə ki, bu pedoqoji prinsiplərə, həm də Əmək Qanunverciliyinə ziddir. İbtidai sinif müəllimləri şagirdlərin birinci və əsas müəllimidir. İbtidai sinif müəllimi uşağın psixoloji, sosial və emosional ilk ana qədər ona yaxın olan adamdır. Bu əsasla da ibtidai sinif müəlliminin onun dərsinin əlindən alınması mümkün deyildir. Müəllimin dəyişdirilməsi və dərslərin əlindən alınması uşaqların psixoloji inkişafına mənfi təsir edə bilər. Müəllimin pedoqoji fəaliyyətini onun hüquqi addımların atılması, müəllimin özünün hüquqlarının tapdalanması sırf burada görünür. Müəllimin dərs yükü və sinfi onun əlindən müqavilə əsasında alınması əgər alınmışdırsa müəllimlə ilin əvvəlindəki müqavilə təqdim olunmalıdır. Qarşı tərəfin hərəkətlərində Əmək Məcəlləsinin 56-cı, 58-ci və 61-ci maddələrinə ziddir və müəllimin özünün razılığı olmadan Əmək Məcəlləsinin tam şəkildə pozulması vardır ki, bu da onun dərsinin əlindən alınmasıdır. Vəkalətli nümayəndə qeyd etmişdir ki, müəllimin əlindən dərs yükü müəllimin əlindən alındıqdan sonra həmin dərslər başqa müəllimə verilmişdir. Noyabr ayının 11də həmin müəllimin 65 yazı tamam olmuş, o, təqaüdə göndərilmiş və bundan sonra da eynisi ilə digər kifayət qədər dərs yükü olan ibtidai sinif müəliminə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabunetinin 397-ci nömrəli qərarı vardır ki, qərarın pozulması ilə bağlı ancaq həmin qərarın pozulması Milli Məclis, Prezidentə və Konstitutsiya Məhkəməsinə aid olmasına baxmayaraq cavabdeh tərəf onu pozmuşdur. Müəllim həmin qərarla 36 saat dərs deyə bilər. Əgər o qərar pozulmuşdursa pozulması ilə bağlı Milli Məclisin, Kostitutsiya Məhəkəməsinin və yaxud Nazirlər Kabinetinin sərəncamlarını təqdim edilməlidir. Digər məsələ ondan ibarətdir ki, müəllimin özünün razılığı olmadan əlindən dərs alına bilməz. İddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan 26 sentyabr 2025-ci il tarixli AR-İ № 764170 nömrəli etirabnamədən görünür ki, İddiaçı X7 etibarnamə verərək onu məhkəmə iclasılarında təmsil etməyi həvalə etmişdir. Cavabdeh Tərtər şəhər 6 saylı tam orta məktəbin direktoru X5 məhkəmə iclasında göstərmişdir ki, 2025-2026-cı il tədris ili üzrə məktəbin pedoqoji şurasında müzakirəyə qoyulmuş, qərarlaşmış və əmrləşmişdir. Qarşı tərəf bildirmişdir ki, STEAM dərsi müəllimə verilməlidir. Lakin nazirin əmri vardır ki, STEAM dərsi, yəni texnologiya dərsi konkret həmin kursu keçən müəllimə verilməlidir. Bu əmrə görə 2 saat texnologiya dərsi STEAM kursundan keçən müəllimə verilmişdir. İddiaçı STEAM kursunu keçmədiyinə görə həmin dərs ona verilməmişdir. Qarşı tərəf iddia etmişdir ki, Nazirlər Kabinetinin qərarı ilə müəllimə 36 saat dərs verilməlidir. Onun nəzərinə çatdırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 05 sentyabr tarixli 106 nömrəli fərmanının 1.24-cü bəndində icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı olmuşdur ki, ümumtəhsil məktəblərində müəllimlərin iş saatı 24 saat təyin edilməlidir. Tərtər şəhər 6 saylı orta məktəbdə 23 sentyabr 2025-ci il tarixdə pedoqoji şuraya qoyularaq pedoqoji şurada bölgü aparılmışdır. Pedoqoji şurada dərs bölgüsü aparılmış, yəni məktəbin psixoloqu, həmkarlar təşkilatının sədri, direktorun müavini bir yerdə bu bölgünü aparmışlar. Müəllim bu gündə də proqramı təsdiqlətmiş, həmin 27 saat dərslə razılaşmışdır. Razılıq ərizəsi olmamışdır. Ərizə alınmalı olmamışdır. İddiaçının təqdim etdiyi 346 nömrəli qərar, 504 nömrəli qərarla ləğv edilmişdir. Müəllimə 27 saat dərs yükü ilə təmin edilməsi ilə razı olmuşdur. Pedoqoji şura qərar qəbul etmişdir. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh qeyd etmişdir ki, qarşı tərəf iddia etmişdir ki, məktəbə hazırlıq qrupu 12 saat məhz 4cü sinfi aparan müəllimə verilməlidir. Bununla bağlı təlimat vardır ki, dərs diaqnostik balı yüksək təcrübəli stajlı müəllimə verilməlidir. Həmin 27 saat dərs İddiaçı verilmişdir. Dərs müəllimə sentyabr ayının 15-də verilmişdir. Həmin vaxt həmin müəllim pensiya yaşına çatmamışdır. Pensiya yaşına 13 noyabrda 2025-ci ildə çatmışdır.13 noyabr 2025-ci ildə müəllimin əmək müaqaviləsinə xitam verilmiş, dərslər vokanta çıxarılmışdır. Yeni müəllim gələnə kimi həmin dərslər boş keçməsin deyə başqa müəıllimə verilmişdir. Pedoqoji Şuranın iclasında müzakirə olunmuş, dərs o zaman müəlliməyə təklif olunmuşdur ki, ya həmin 4-cü sinfin 20 saat dərsini götür, ya da 15 saat və 12 saat məktəbə hazırlıq kursu ilə birlikdə 27 saat götür. O da 27 saatla razılaşmış proqramı təsdiqləmiş, dərsə girmiş və jurnalını yazmışdır. Göstərdiklərinə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Qarabağ regional Təhsil İdarəsinin səlahiyyətli nümayəndəsi X3 məhkəmə iclasında göstərmişdir ki, iddianı qəbul etmirlər. İddiaçı iddia ərizəsində bildirmişdir ki, F 346 nömrəli əmrə əsasən ibtidai sinif müəlliminin yazılı razılığı əsasında digər müəllimə verilə bilər. Musiqi, texnalogiya və sair fənnlər. 2023-cü ildə Elm və Təhsil Naziri tərəfindən həmin əmr qüvvədən düşmüşdür. Yəni ki, texnalogiya, müsiqi, təsviri incəsənət bu fənləri tədris etmək üçün ibtidai sinif müəllimindən yazılı razılıq almağa ehtiyac qalmamışdır. Hazırda müəllimlərin dərs yükünün ümumiyyətlə yerdəyişmə qaydalarının tənzimlənməsi ilə bağlı iddiaçı tərəf tamamilə doğru olmayan ifadələr vermişdir. Hazırda dərs yükü ilə bağlı 05 nömrəli Kollegiya qərarını təqdim etmişdir hansı ki, mövcud qanunvercilik bundan ibarət olmuşdur. Digər bir məsələni qeyd etmişdir ki, iddiaçının stat gətirdiyi Əmək Məcəllsinin 56, 58 və 61-ci maddələrində müəllimlərlə və ümumiyyətlə dərs yükü ilə bağlı hər hansı bir aidiyyəti yoxdur. Dərs yükü formaları ilə bağlı Elm və Təhsil Nazirliyində təlimatlar olduğunu, eləcə də müəllimlərin dərs yükü nə qədər bölünməsi barədə Nazirlər Kabinetinin qərarı vardır. Digər fənləri digər müəllimə vermək üçün ibtidai sinif müəlliminin razlıq ərizəsinin alınması öhdəliklərinin olmadığını bildirmişdir. 2023-cü ildən Elm və Təhsil nazirinin əmrindən sonra artıq ibtidai sinif müəllimində razılıq ərizəsi almadan texnologiya, musiqi, təsviri incəsənət, digər fənlləri başqa müəllimə verilməsi mümkün olmuşdur. Müəllimlərin dərs yükünün formalaşması və normaların müəyyən olunması ilə bağlı qüvvədə olan 397 nömrəli qərarı mövcud deyildir. Hazırda Nazirlər kabinetinin 215 nömrəli qərarı var, məhkəməyə təqdim edilmiş 05 nömrəli kollegiya qərarı mövcuddur. İddiaçı sertifikasiyada 60 baldan, 32 bal yığımış, buna baxmayaraq onun sosial rifahının yaxşılaşdırılması üçün ona 27 saat dərs vermişlər. Təlimatlar isə onu tələb edir ki, 52 bal yışmış adama 35 faiz artıq gəlir düşür. Həmin müəllimin dərs saatı digər müəllimlərdən çox olmalıdır. Məktəbin ibtidai sinif müəllimi vardır 41 balı vardır ki, ona 20 saat dərs verilmiş, İddiaçı 32 balı olmasına baxmayaraq ona 27 saat dərs verilmişdir. Beləliklə, İddiaçı keçid balından 2 bal artıq toplamış müıllimə nəzərdə tutulandan artıq dərs verilmişdir. Eləcə də dərs bölünərkən digər müəllimlərin də sosial rifahı nəzərə alınmaılıdır. Məktəbdə 4 müəllim vardırsa, onların hamısına 36 saat verilməsi mümkün deyildir. Göstərdiklərinə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatı olmasıma baxmayaraq üçüncü şəxslər Cavabdeh1, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məhkəmə iclasına gəlməmiş, onların iştirakı olmadan işə baxılmasını xahiş etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedoqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarının 2.8-ci bəndində göstərilmişdir ki, ibtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnalogiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən təsdiq edilir.İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir.Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər. İş materiallarına əlavə edilmiş A № 060504 nömrəli diplomun surətindən görünür ki, X10 H.Zərdabi adına X15 institutun Qazax filialını pedaqoqika və ibtidai təhsilin metodikası fakultəsini bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 2019-cu il tarixli “Təhsil müəssisəlinin pedoqoji işçilərinin (dövlət emumi təhsil və peşə təhsil müəssisələrinfə çalışan, bilik və bacarıqlarının dianostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarında dəyişiklik edilməsi barədə 397 nömrəli qərarının surətindən görünür ki, həmin qərarın 1.2-ci bəndində 1-ci hissənin üçüncü abzası “bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü- 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlik həftəlik 1 stavka dərs yükü-12 saat (bu zaman həftəlik dərs yükü 3 stavkanı aşmamalıdır). Bu qərar 2019-cu il sentyabr ayının 15-dən qüvvəyə minmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirlyi təhsilverənlərin sertifikatlaşdırılması sənədinin surətindən görünür ki, Tərtər şəhər 6 saylı tam orta məktəbin müəllimi İddiaçı 60 mümkün baldan 32 bal toplamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2025ci il tarixli ümumi təhsil müəssisələrinin “Rəqəmsal bacarıqlar” və “STEAM” layihələri tətbiq edilən siniflərin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə 3-29/3-2-544F/2025 nömrəli əmrinin surətindən görünür ki, ümumi təhsil müəssisələrinin “Rəqəmsal bacarıqlar” və “STEAM” layihələri tətbiq edilən siniflərin 2025-2026-cı tədris ili üçün tədris planları və tədris planlarına dair qeydlər təsdiq edilsin. İş materiallarına əlavə edilmiş ümumi təhsil müəssisələrinin “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq edilən İİ-İX siniflərin 2025-2026-cı tədris ili üçün tədris planının surətindən görünür ki, İİ sinif üzrə həftəlik dərs saatının miqdarı 25 saat, İİİ sinif üzrə həftəlik dərs saatının miqdarı 27 saat, İV sinif üzrə həftəlik dərs saatının miqdarı 27 saat və digər siniflər üzrə dərs saatları göstərilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər şəhər 6 saylı tam orta məktəbin pedoqoji şurasının xx.xx.2025-ci il tarixli müəllimləırin həftəlik dərs yükü və sinif rəhbərlərinin təyin edilmiş 2025- 2026-cı tədris ilində məktəbin ibtidai sinif müəllimi müəllimi X6 İV a sinfi üzrə azərbaycan dili 9 saat, riyaziyyat 5 saat, təsviri incəsənət 1 saat olmaqla, cəmi 15 saat dərs bölünmüş və İV a sinif rəhbərliyi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2025ci il tarixli “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq edilən ümumi təhsil müəssisələrinin İİ-İX siniflərinin tədris planlarına aid qeydlər 3-29/3-2-594F/2025 nömrəli əmrinə 3 nömrəli əlavənin surətindən görünür ki, 1-ci bənddə göstərilmişdir ki, müəyyən edilmiş ümumi təhsil müəssisələrinin İİ -İX siniflərində ümumi təhsil müəssisələrinin “Rəqəmsal bacarıqlar” layihəsi informatika fənninin tərkibində təsdiq olunur. 2-ci bəndində göstərilmişdir ki, həmin ümumu təhsil müəssisələrinin ibtidai siniflərində informatika fənninin “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində ixtisasartırma proqramında iştirak etmiş ibtidai sinif müəllimi tərəfindən tədris olunmasına icazə verilir. İş materiallarına əlavə edilmiş ümumtəhsil məktəblərinin İ-İV siniflər üçün nəzərdə tutulmuş metodik vəsait əsasında xx.xx.2025-ci il tarixdə Tərtər şəhəri R. Nuriyev adına 6 №-li tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı tərəfindən tərtib edilmiş proqram direktor müavini, metodbirləşmə rəhbəri və direktor tərəfindən imzalanmış və təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər şəhəri R. Nuriyev adına 6 №-li tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı Vaqi qızı 2025-2026-cı tədris ili məktəbə hazırlıq qrupu üçün perspektiv planlaşdırmanı hazırlanmış proqram direktor müavini, metodbirləşmə rəhbəri və direktor tərəfindən imzalanmış və təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023cü il tarixli əmrlərin ləğv edilməsi barədə 3-29/3-2-706F/2025 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi pedoqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarının tətbiq edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin2018-ci il 8 may tarixli F-346 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müvəqqəti qaydaların təsdiq edilməsi barədə 2022-ci il 24 avqust tarixli F-504 nömrəli əmrləri ləğv edilmişdir. Məhkəmə iddiaçının, cavabdehinlərin səlahiyyətli nümayəndələrinin izahatlarını və məhkəmədə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı Tərtər şəhəri R. Nuriyev adına 6 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. İşlədiyi məktəbdə ona müvafiq dərs saatı verilmiş, xx.xx.2025-ci il tarixdə onun tərəfindən tərtib edilmiş proqram direktor müavini, metodbirləşmə rəhbəri və direktor tərəfindən imzalanmış və təsdiq edilmişdir. Eləcə də İddiaçı 2025-2026-cı tədris ili məktəbə hazırlıq qrupu üçün perspektiv planlaşdırmanı hazırlanmış proqram tərtib edilmiş, direktor müavini, metodbirləşmə rəhbəri və direktor tərəfindən imzalanmış və təsdiq edilmişdir. Bunlara baxmayaraq o, narazı qalaraq məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçının vəkalətli nümayəndəsi göstərmişdir ki, qarşı tərəf ibtidai sinif müəllimindən qanun çərçivəsində hansı bənd əsasında dərsin alınmasını ibtidai sinif müəlliminin razılığı olmadan göstərə bilər. İbtidai sinif müəllimindən dərs alına bilməz. O, bir neçə gündür ki, ölkə səviyyəli dərs ekspertləri ilə görüşmüş və bu sualın cavabının ibtidai sinif müəlliminin özünün razılığı olmadan niyə alına bilməz, belə ki, bu pedoqoji prinsiplərə, həm də Əmək Qanunverciliyinə ziddir. İbtidai sinif müəllimləri şagirdlərin birinci və əsas müəllimidir. İbtidai sinif müəllimi uşağın psixoloji, sosial və emosional ilk ana qədər ona yaxın olan adamdır. Bu əsasla da ibtidai sinif müəlliminin onun dərsinin əlindən alınması mümkün deyildir. Müəllimin dəyişdirilməsi və dərslərin əlindən alınması uşaqların psixoloji inkişafına mənfi təsir edə bilər. Müəllimin pedoqoji fəaliyyətini onun hüquqi addımların atılması, müəllimin özünün hüquqlarının tapdalanması sırf burada görünür. Müəllimin dərs yükü və sinfi onun əlindən müqavilə əsasında alınması əgər alınmışdırsa müəllimlə ilin əvvəlindəki müqavilə təqdim olunmalıdır. Qarşı tərəfin hərəkətlərində Əmək Məcəlləsinin 56-cı, 58-ci və 61ci maddələrinə ziddir və müəllimin özünün razılığı olmadan Əmək Məcəlləsinin tam şəkildə pozulması vardır ki, bu da onun dərsinin əlindən alınmasıdır. Vəkalətli nümayəndə qeyd etmişdir ki, müəllimin əlindən dərs yükü müəllimin əlindən alındıqdan sonra həmin dərslər başqa müəllimə verilmişdir. Noyabr ayının 11-də həmin müəllimin 65 yazı tamam olmuş, o, təqaüdə göndərilmiş və bundan sonra da eynisi ilə digər kifayət qədər dərs yükü olan ibtidai sinif müəliminə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabunetinin 397-ci nömrəli qərarı vardır ki, qərarın pozulması ilə bağlı ancaq həmin qərarın pozulması Milli Məclis, Prezidentə və Konstitutsiya Məhkəməsinə aid olmasına baxmayaraq cavabdeh tərəf onu pozmuşdur. Müəllim həmin qərarla 36 saat dərs deyə bilər. Əgər o qərar pozulmuşdursa pozulması ilə bağlı Milli Məclisin, Kostitutsiya Məhəkəməsinin və yaxud Nazirlər Kabinetinin sərəncamlarını təqdim edilməlidir. Digər məsələ ondan ibarətdir ki, müəllimin özünün razılığı olmadan əlindən dərs alına bilməz. İddiaçının vəkalətli nümayəndəsi müəllimin özünün razılığı olmadan əlindən dərsin alına bilməməsi ilə bağlı tələbini konkret olaraq ümumi təhsil müəssisələrinə müıllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 08 may 2018-ci il tarixli № F-346 saylı əmrinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedoqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarının 2.8 bəndinə istinad etmişdir. İddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş cavabdeh Tərtər şəhər 6 saylı tam orta məktəbin direktoru X5 məhkəmə iclasında göstərmişdir ki, 2025-2026-cı il tədris ili üzrə məktəbin pedoqoji şurasında müzakirəyə qoyulmuş, qərarlaşmış və əmrləşmişdir. Qarşı tərəf bildirmişdir ki, STEAM dərsi müəllimə verilməlidir. Lakin nazirin əmri vardır ki, STEAM dərsi, yəni texnologiya dərsi konkret həmin kursu keçən müəllimə verilməlidir. Bu əmrə görə 2 saat texnologiya dərsi STEAM kursundan keçən müəllimə verilmişdir. İddiaçı STEAM kursunu keçmədiyinə görə həmin dərs ona verilməmişdir. Qarşı tərəf iddia etmişdir ki, Nazirlər Kabinetinin qərarı ilə müəllimə 36 saat dərs verilməlidir. Onun nəzərinə çatdırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 05 sentyabr tarixli 106 nömrəli fərmanının 1.24-cü bəndində icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı olmuşdur ki, ümumtəhsil məktəblərində müəllimlərin iş saatı 24 saat təyin edilməlidir. Tərtər şəhər 6 saylı orta məktəbdə 23 sentyabr 2025-ci il tarixdə pedoqoji şuraya qoyularaq pedoqoji şurada bölgü aparılmışdır. Pedoqoji şurada dərs bölgüsü aparılmış, yəni məktəbin psixoloqu, həmkarlar təşkilatının sədri, direktorun müavini bir yerdə bu bölgünü aparmışlar. Müəllim bu gündə də proqramı təsdiqlətmiş, həmin 27 saat dərslə razılaşmışdır. Razılıq ərizəsi olmamışdır. Ərizə alınmalı olmamışdır. İddiaçının təqdim etdiyi 346 nömrəli qərar, 504 nömrəli qərarla ləğv edilmişdir. Müəllimə 27 saat dərs yükü ilə təmin edilməsi ilə razı olmuş. Pedoqoji şura qərar qəbul etmişdir. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh qeyd etmişdir ki, qarşı tərəf iddia etmişdir ki, məktəbə hazırlıq qrupu 12 saat məhz 4-cü sinfi aparan müəllimə verilməlidir. Bununla bağlı təlimat vardır ki, dərs diaqnostik balı yüksək təcrübəli stajlı müəllimə verilməlidir. Həmin 27 saat dərs İddiaçı verilmişdir. Dərs müəllimə sentyabr ayının 15-də verilmişdir. Həmin vaxt həmin müəllim pensiya yaşına çatmamışdır. Pensiya yaşına 13 noyabrda 2025-ci ildə çatmışdır. 13 noyabr 2025-ci ildə müəllimin əmək müaqaviləsinə xitam verilmiş, dərslər vokanta çıxarılmışdır. Yeni müəllim gələnə kimi həmin dərslər boş keçməsin deyə başqa müəıllimə verilmişdir. Pedoqoji Şuranın iclasında müzakirə olunmuş, dərs o zaman müəlliməyə təklif olunmuşdur ki, ya həmin 4-cü sinfin 20 saat dərsini götürsün, ya da 15 saat və 12 saat məktəbə hazırlıq kursu ilə birlikdə 27 saat götürsün. O da 27 saatla razılaşmış proqramı təsdiqləmiş, dərsə girmiş və jurnalını yazmışdır. Göstərdiklərinə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Qarabağ regional Təhsil İdarəsinin səlahiyyətli nümayəndəsi X3 məhkəmə iclasında göstərmişdir ki, iddianı qəbul etmirlər. İddiaçı iddia ərizəsində bildirmişdir ki, F 346 nömrəli əmrə əsasən ibtidai sinif müəlliminin yazılı razılığı əsasında digər müəllimə verilə bilər. Musiqi, texnalogiya və sair fənnlər. 2023-cü ildə Elm və Təhsil Naziri tərəfindən həmin əmr qüvvədən düşmüşdür. Yəni ki, texnalogiya, müsiqi, təsviri incəsənət bu fənləri tədris etmək üçün ibtidai sinif müəllimindən yazılı razılıq almağa ehtiyac qalmamışdır. Hazırda müəllimlərin dərs yükünün ümumiyyətlə yerdəyişmə qaydalarının tənzimlənməsi ilə bağlı iddiaçı tərəf tamamilə doğru olmayan ifadələr vermişdir. Hazırda dərs yükü ilə bağlı 05 nömrəli Kollegiya qərarını təqdim etmişdir hansı ki, mövcud qanunvercilik bundan ibarət olmuşdur. Digər bir məsələni qeyd etmişdir ki, iddiaçının stat gətirdiyi Əmək Məcəllsinin 56, 58 və 61-ci maddələrində müəllimlərlə və ümumiyyətlə dərs yükü ilə bağlı hər hansı bir aidiyyəti yoxdur. Dərs yükü formaları ilə bağlı Elm və Təhsil Nazirliyində təlimatlar olduğunu, eləcə də müəllimlərin dərs yükü nə qədər bölünməsi barədə Nazirlər Kabinetinin qərarı vardır. Digər fənləri digər müəllimə vermək üçün ibtidai sinif müəlliminin razlıq ərizəsinin alınması öhdəliklərinin olmadığını bildirmişdir. 2023-cü ildən Elm və Təhsil nazirinin əmrindən sonra artıq ibtidai sinif müəllimində razılıq ərizəsi almadan texnologiya, musiqi, təsviri incəsənət, digər fənlləri başqa müəllimə verilməsi mümkün olmuşdur. Müəllimlərin dərs yükünün formalaşması və normaların müəyyən olunması ilə bağlı qüvvədə olan 397 nömrəli qərarı mövcud deyildir. Hazırda Nazirlər kabinetinin 215 nömrəli qərarı var, məhkəməyə təqdim edilmiş 05 nömrəli kollegiya qərarı mövcuddur. İddiaçı sertifikasiyada 60 baldan, 32 bal yığımış, buna baxmayaraq onun sosial rifahının yaxşılaşdırılması üçün ona 27 saat dərs vermişlər. Təlimatlar isə onu tələb edir ki, 52 bal yışmış adama 35 faiz artıq gəlir düşür. Həmin müəllimin dərs saatı digər müəllimlərdən çox olmalıdır. Məktəbin ibtidai sinif müəllimi vardır 41 balı vardır ki, ona 20 saat dərs verilmiş, İddiaçı 32 balı olmasına baxmayaraq ona 27 saat dərs verilmişdir. Beləliklə, İddiaçı keçid balından 2 bal artıq toplamış müıllimə nəzərdə tutulandan artıq dərs verilmişdir. Eləcə də dərs bölünərkən digər müəllimlərin də sosial rifahı nəzərə alınmaılıdır. Məktəbdə 4 müəllim vardırsa, onların hamısına 36 saat verilməsi mümkün deyildir. Göstərdiklərinə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə elan edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli əmrlərin ləğv edilməsi barədə 3-29/3-2- 706F/2025 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi pedoqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarının tətbiq edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin2018-ci il 8 may tarixli F-346 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müvəqqəti qaydaların təsdiq edilməsi barədə 2022-ci il 24 avqust tarixli F-504 nömrəli əmrləri ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş mötəbər sübutlar hesab edilən sənədlərdən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirlyi təhsilverənlərin sertifikatlaşdırılması zamanı Tərtər şəhər 6 saylı tam orta məktəbin müəllimi İddiaçı 60 mümkün baldan 32 bal toplamış, ona sosial rifahının yaxşılaşdırılması məqsədi ilə işlədiyi məktəbdə normal dərs saatı verilmiş, bununla da məktəb rəhbərliyi tərəfindən aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əməl olunmuşdur. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən Dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Elmi və pedaqoji şuraların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir.https://e-qanun.az/framework/18343 Həmin Qanunun 30.3-cü maddəsinə əsasən bələdiyyə və özəl təhsil müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.https://eqanun.az/framework/18343 Həmin Qanunun 30.6-cı maddəsinə əsasən Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmi, elmi-metodiki, pedaqoji, məktəb, valideynlər, təhsilalanlar, qəyyumlar şuraları və s.) yaradıla bilər. Bu qurumların yaradılması qaydaları və səlahiyyətləri təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Həmin Qanunun 30.7-ci maddəsinə əsasən Təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir. Həmin Qanunun 30.8-ci maddəsinə əsasən Dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqoji işçilərin akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir. Həmin Qanunun 30.9-cu maddəsinə əsasən təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən təhsilverənlərin hüquqları aşağıdakılardır: Həmin Qanunun 33.2.1-ci maddəsinə əsasən normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq; Həmin Qanunun 33.2.2-ci maddəsinə əsasən təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək; [175] Həmin Qanunun 33.2.3-cü maddəsinə əsasən tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq; [176] Həmin Qanunun 33.2.4-cü maddəsinə əsasən şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək; Həmin Qanunun 33.2.5-ci maddəsinə əsasən təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək; https://e-qanun.az/framework/18343 Həmin Qanunun 33.2.6-cı maddəsinə əsasən ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək; Həmin Qanunun 33.2.7-ci maddəsinə əsasən müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq; Həmin Qanunun 33.2.8-ci maddəsinə əsasən təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan professorlara aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-professor vəzifəsini tutmaq; Həmin Qanunun 33.2.9-cu maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən təhsilverənlərin vəzifələri aşağıdakılardır: Həmin Qanunun 33.3.1-ci maddəsinə əsasən təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; Həmin Qanunun 33.3.2-ci maddəsinə əsasən təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək; https://eqanun.az/framework/18343 Həmin Qanunun 33.3.3-c2 maddəsinə əsasən təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; Həmin Qanunun 33.3.4-c2 maddəsinə əsasən şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq; [180] Həmin Qanunun 33.3.5-ci maddəsinə əsasən etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; [181] Həmin Qanunun 33.3.5-1-ci maddəsinə əsasən daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;[182] Həmin Qanunun 33.3.6-cı maddəsinə əsasən təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək; Həmin Qanunun 33.3.7-ci maddəsinə əsasən uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək; [183] Həmin Qanunun 33.3.8-ci maddəsinə əsasən ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək; https://e-qanun.az/framework/18343 Həmin Qanunun 33.3.8-1-ci maddəsinə əsasən valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq; [185] Həmin Qanunun 33.3.8-2-ci maddəsinə əsasən təhsil müəssisəsinin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq; Həmin Qanunun 33.3.9-cu maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək;[186] Həmin Qanunun 33.3.10-cu maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Qanunun tələblərində qeyd olunanlara uyğun olaraq iddiaçı və cavabdeh tərəfin hüquq vəzifələri izah edilmiş, bu hallarla bağlı hər hansı bir vəsatət olmamış, iddiaçıya dərs bölgüsü düzgün aparılmış, hər hansı qanun pozuntusuna yol verilməmiş, iddiaçı tələbinə hər hansı bir əlaqəli sənədi əlavə etməmiş, yalnız öz şəxsi mülahizələrinə əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Krçmar Çex Respublikasına qarşı” iş üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə,onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, tərəflərin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Tərtər şəhər 6 saylı tam orta məktəbinə, Qarabağ Regional Təhsil İdarəsinə qarşı Cavabdeh1 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi olmaqla cavabdeh tərəfindən ona münasibətdə verilmiş dərs yükünün bölgüsünün qanunsuz hesab edilməsi və yeni dərs yükü bölgüsü həyata keçirilməklə 4-cü sinif üçün 23 saat dərs yükünün ona verilməsi barədə iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216 - 220, 227, 233, 357, 360, 362 və 364-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Tərtər şəhər 6 saylı tam orta məktəbinə, Qarabağ Regional Təhsil İdarəsinə qarşı Cavabdeh1 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi olmaqla cavabdeh tərəfindən ona münasibətdə verilmiş dərs yükünün bölgüsünün qanunsuz hesab edilməsi və yeni dərs yükü bölgüsü həyata keçirilməklə 4-cü sinif üçün 23 saat dərs yükünün ona verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar