Məhkəmə qərarları › İş №2(061)-1901/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1901/2025

05.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1901/2025 05.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Tərtər Rayon Məhkəməsinin hakimi Məmmədova Maya Vahid qızı, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsinə dair işə məhkəmənin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Мüəyyən etdi : İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 130.60 (yüz otuz manat, altmış qəpik) manat, faiz borcu üzrə 3.40 (üç manat, qırx qəpik) manat, cərimə borcu üzrə 289.40 (iki yüz səksən doqquz manat, qırx qəpik) manat olmaqla ümumilikdə 423.40 (dörd yüz iyirmi üç manat, qırx qəpik) manat borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında 23 dekabr 2023-cü il tarixdə bağlanmış LD00872 saylı kredit müqaviləsinə əsasən borclu Cavabdeh1 illik faiz dərəcəsi 20% olmaqla 12 ay müddətinə 1200 manat kredit verilmişdir. Cavabdeh1 ilə "xxxx" MMC ilə Cavabdeh2 arasında 23 dekabr 2023-cü il tarixdə bağlanmış LD00872 saylı kredit müqaviləsinin təminatı olaraq 23 dekabr 2023-cü il tarixdə bağlanmış LD00872 zaminlik müqaviləsi bağlanmışdır. Borclulara dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcu ödəməkdən imtina edirlər. Borcluların LD00872 saylı kredit müqaqviləsin üzrə bu günə əsas borc üzrə 130.60 (yüz otuz manat, altmış qəpik) manat, faiz borcu üzrə 3.40 (üç manat, qırx qəpik) manat, cərimə borcu üzrə 289.40 (iki yüz səksən doqquz manat, qırx qəpik) manat olmaqla ümumilikdə 423.40 (dörd yüz iyirmi üç manat, qırx qəpik) manat məbləğində borcu yaranmışdır. Odur ki, caavbdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 130.60 (yüz otuz manat, altmış qəpik) manat, faiz borcu üzrə 3.40 (üç manat, qırx qəpik) manat, cərimə borcu üzrə 289.40 (iki yüz səksən doqquz manat, qırx qəpik) manat olmaqla ümumilikdə 423.40 (dörd yüz iyirmi üç manat, qırx qəpik) manat borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri göndərə bilər. Məhkəmə cavabdehляря qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin mübahisə doğurmaдыьыны nəzərə alaraq hesab edir ki, иддиа тялябляриня sadələşdirilmiş icraat qaydasında baxılmaлыдыр. Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizəйя məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək вя toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan 23 dekabr 2023-cü il tarixdə bağlanmış LD00872 saylı kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, borclu Cavabdeh1 illik faiz dərəcəsi 20% olmaqla 12 ay müddətinə 1200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 23 dekabr 2023-cü il tarixdə bağlanmış LD00872 saylı zaminlik müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 ilə "xxxx" MMC arasında 23 dekabr 2023-cü il tarixdə bağlanmış LD00872 saylı kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 LD00872 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 130.60 (yüz otuz manat, altmış qəpik) manat, faiz borcu üzrə 3.40 (üç manat, qırx qəpik) manat, cərimə borcu üzrə 289.40 (iki yüz səksən doqquz manat, qırx qəpik) manat olmaqla ümumilikdə 423.40 (dörd yüz iyirmi üç manat, qırx qəpik) manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyytə daşıyır. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə щесаб едир ки, юдянилмиш 34.60 manat ъавабдещдян иддиаçının хейриня тутулмалыдыр. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 130.60 (yüz otuz manat, altmış qəpik) manat, faiz borcu üzrə 3.40 (üç manat, qırx qəpik) manat, cərimə borcu üzrə 289.40 (iki yüz səksən doqquz manat, qırx qəpik) manat olmaqla ümumilikdə 423.40 (dörd yüz iyirmi üç manat, qırx qəpik) manat borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-236-cı maddələrinin тяляблярини rəhbər tutaraq məhkəmə Q ət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 130.60 (yüz otuz manat, altmış qəpik) manat, faiz borcu üzrə 3.40 (üç manat, qırx qəpik) manat, cərimə borcu üzrə 289.40 (iki yüz səksən doqquz manat, qırx qəpik) manat olmaqla ümumilikdə 423.40 (dörd yüz iyirmi üç manat, qırx qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar