Məhkəmə qərarları › İş №2(061)-1923/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1923/2025

18.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1923/2025 18.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh iştirakı ilə İddiaçı, Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 2(008)-4334/2024 saylı qətnaməsinə əsasən onunla Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2022ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100(yüz) manat, cəmi 200(iki yüz) manat sabit pul məbləğində tutulması müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 246.00 manat, cəmisi 492.00 manat sabit pul məbləğində, yaxud ölkə üzrə müəyyən olunmuş olunmuş minimum əmək haqqının 0,615 misli həddində alimentin, xx.xx.2024-cü il təvəllüdlü X1 doğulduğu gündən üç il ərzində, yəni xx.xx.2027-ci ilədək ona hər ay 100 manat alimentin, eyni zamanda mediasiya xərci üçün ödədiyi 55 manat pul vəsaitinin də cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı rəsmi ərizə təqdim edərək tələbinə mahiyyəti üzrə baxılmadan iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin özünə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və ona əlavə olunmuş iddia ərizəsinə mahiyyəti üzrə baxılmadan özünə qaytarılmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 2(008)-4334/2024 saylı qətnaməsinə əsasən onunla Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2022ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100(yüz) manat, cəmi 200(iki yüz) manat sabit pul məbləğində tutulması müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 246.00 manat, cəmisi 492.00 manat sabit pul məbləğində, yaxud ölkə üzrə müəyyən olunmuş olunmuş minimum əmək haqqının 0,615 misli həddində alimentin, xx.xx.2024-cü il təvəllüdlü X1 doğulduğu gündən üç il ərzində, yəni xx.xx.2027-ci ilədək ona hər ay 100 manat alimentin, eyni zamanda mediasiya xərci üçün ödədiyi 55 manat pul vəsaitinin də cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsinə baxılmadan əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar