Məhkəmə qərarları › İş №2(061)-1960/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1960/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1960/2025 25.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Tərtər rayon Səhləbad Bələdiyyəsinin sədri Nümayəndə Cavabdeh qarşı 22,78 ha əkin təyinatlı torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin icarə haqqqı şərti hissəsində dəyişdirilərək mövcud bazar qiymətinə uyğunlaşdırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tərtər rayon Səhləbad Bələdiyyəsinin sədri Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tərtər rayonu Yuxarı Sarıcalı, Düyərli bələdiyyəsi (hazırda Səhləbad bələdiyyəsi) və Cavabdeh arasında bələdiyyə mülkiyyətinə aid 22,78 ha əkin torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2019-cu il tarixli müqavilənin icarə haqqı şərtinin dəyişdirilərək 1 ha torpaq sahəsi üçün 200 manat cəmi 4556 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə göstərmişdir ki, Tərtər rayonu Yuxarı Sarıcalı, Düyərli bələdiyyəsi (hazırda Səhləbad bələdiyyəsi) tərəfindən xx.xx.2019-cu il tarixli müqavilə ilə 22,78 ha əkin təyinatlı torpaq sahəsi 49 il müddətinə illik icarə cəmi 1281 manat (1 ha üçün 56,23 manat) olmaqla Cavabdeh icarəsinə verilmişdir. Ötən müddət ərzində torpaq bazarında icarə haqlarında əsaslı artımlar baş verməsinə baxmayaraq Cavabdeh 22,78 ha əkin təyinatlı torpaq sahəsinə görə cəmi 1281 manat (1 ha üçün 56,23 manat) icarə haqqı ödəmişdir. Belə ki, 2021-ci ildən etibarən Tərtər rayonu üzrə bələdiyyələr tərəfindən torpaq sahəsinə görə icarə haqları tərəflər arasında notarial qaydada bağlanmış sazişlər əsasında qismən bazar qiymətlərinə uyğunlaşdırılarasq 1 ha əkin təyinatli torpaq sahəsi üçün 200 manat məbləğində müəyyə edilmiş həmçinin Tərtər rayonu üzrə 2022-ci ildən etibarən Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin müvafiq qurumu tərəfindən keçirilən torpaq hərraclarında əkin torpaq sahəsinin 1 ha üçün icarə haqqı 200 manat və daha yüksək məbləğdə müəyyən edilmişdir. Bununla əlaqədar Səhləbad Bələdiyyəsi xx.xx.2025-ci il tarixli 10 nömrəli iclas qərarı ilə əkin təyinatlı torpaq sahəsi üçün icarə haqqının dəyişdirilərək 200 manat məbləğində müəyyən edilməsinə dair qərar qəbul etmişdir. Göstərdiklərinə əsasən Tərtər rayonu Yuxarı Sarıcalı, Düyərli bələdiyyəsi (hazırda Səhləbad bələdiyyəsi) və Cavabdeh arasında bələdiyyə mülkiyyətinə aid 22,78 ha əkin torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2019-cu il tarixli müqavilənin icarə haqqı şərtinin dəyişdirilərək 1 ha torpaq sahəsi üçün 200 manat cəmi 4556 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş üzrə müvafiq prosesual hərəkətlərdən sonra müəyyən olunmuşdur ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Belə ki, məhkəmə prosesinin gedişində mübahisə qaldırılan Cavabdeh sahibkarlıq məqsədi ilə verilmişdir. İş materiallarına əlavə edilmiş vergi ödəyicisinin tarixçəsindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vegi ödəyicisi kimi qeydiyyata alınmışdır. (VOEN № **********). Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət vermə müddəti başa çatdıqdan sonra icra edilir. Eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud har hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəssiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüquqlarına malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələsinin dəqiqi müəyyən edilməsini şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Göstərilənlərlə əlaqədar məhkəmə hesab edir ki, hazırkı iş aidiyyəti üzrə kommersiya məhkəməsinə aid olduğundan mahiyyəti üzrə baxılması üçün yurisdiksiya üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 26, 44.2.2, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Tərtər rayon Səhləbad Bələdiyyəsinin sədri Nümayəndə Cavabdeh qarşı Tərtər rayonu Yuxarı Sarıcalı, Düyərli bələdiyyəsi (hazırda Səhləbad bələdiyyəsi) və Cavabdeh arasında bələdiyyə mülkiyyətinə aid 22,78 ha əkin torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2019-cu il tarixli müqavilənin icarə haqqı şərtinin dəyişdirilərək 1 ha torpaq sahəsi üçün 200 (iki yüz) manat cəmi 4556 (dörd min beş yüz əlli altı) manat məbləğində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə qeydə alınmış 2 (061)-1960/2025 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar