Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-2129/2025 24.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissinə qarşı, üçüncü şəxs Azərbaycan Respublikasının Əmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti olmaqla cavabdeh N saylı hərbi hissənin işçiləri tərəfindən ona məxsus əmək kitabçasının yararsız hala salınması ilə ona dəyən maddi ziyan kimi 2020-ci ilin dekabr ayının 01-dən indiyə kimi 36000 manat ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, MÜƏYYƏETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı, üçüncü şəxs Azərbaycan Respublikasının Əmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti olmaqla cavabdeh N saylı hərbi hissənin işçiləri tərəfindən ona məxsus əmək kitabçasının yararsız hala salınması ilə ona dəyən maddi ziyan kimi 2020-ci ilin dekabr ayının 01-dən indiyə kimi 36000 manat ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı, üçüncü şəxs Azərbaycan Respublikasının Əmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti olmaqla cavabdeh N saylı hərbi hissənin işçiləri tərəfindən ona məxsus əmək kitabçasının yararsız hala salınması ilə ona dəyən maddi ziyan kimi 2020-ci ilin dekabr ayının 01-dən indiyə kimi 36000 manat ziyanın ödənilməsini tələb etsə də, əvvəlcə ona məxsus əmək kitabçasının yararsız hala salınması ilə bağlı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə müraciət etməli və aldığı cavaba əsasən aidiyyəti məhkəməyə müraciət etməlidir. İddiaçı bunu etmədən bir başa Tərtər Rayon Məhkəməsinə müraciət etmişdir. Eləcə də iddia tələbinə əlavə edilmiş sənədlər notarial qaydada təsdiqlənməmişdir. Bununla yanaşı iddia ərizəsinin qoşma hissəsində gösətərilən sənədlər-Daşkəsən-Gəncə Regional şöbəsinin arayışı, Müdafiə Nazirliyinin Təhqiqat Bölüyünün məktubu iddia ərizəsinə əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki tələb ilə bağlı ərizəçi göstərilən nöqsanları aradan qaldırmaqla aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.3-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki iddia ilə ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissinə qarşı, üçüncü şəxs Azərbaycan Respublikasının Əmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti olmaqla cavabdeh N saylı hərbi hissənin işçiləri tərəfindən ona məxsus əmək kitabçasının yararsız hala salınması ilə ona dəyən maddi ziyan kimi 2020-ci ilin dekabr ayının 01-dən indiyə kimi 36000 manat ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-2129/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-2129/2025
24.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver