Məhkəmə qərarları › İş №2(061)-29/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-29/2025

11.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-29/2025 11.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı qarşı alimentin artırılması tələbinə dair ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikahlarından olan, onun himayəsində yaşayan xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü əkiz uşaqlar X3 və X1 adlı övladlarının saxlanılması üçün uşaqlar yetkinlik yaşına çatanadək, Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, cəmi 705 manat alimentin tutulması barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək hazırda alimentin artırılması tələbinə mahiyyəti üzrə baxılmasını istəmir, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçının ərizəsinə əsasən tələbinə baxılmadan ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmasına etiraz etmir, tələbə mahiyyəti üzrə baxılmasını istəmir. Belə olan halda Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia baxılmamış saxlanılmalıdır. Həmin maddədə göstərilmişdir ki,iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanmalıdır. Yuxarıdakılara əsaslanıb məhkəmə Azərbaycan Respublikası MPM-in 259.0.11-ci, 260, 267 - 268-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı birgə nikahlarından olan, onun himayəsində yaşayan xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü əkiz uşaqlar X3 və X1 adlı övladlarının saxlanılması üçün uşaqlar yetkinlik yaşına çatanadək, Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, cəmi 705 manat alimentin tutulması barədə iddiası baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində dayandırılma hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar