Məhkəmə qərarları › İş №2(061)-299/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-299/2025

20.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-299/2025 20.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin müəyyən hərəkətləri etməyə məcbur edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən həyətinin darvazasına olan çıxış yoluna tökdükləri daş çınqıl-şebenin tökdüklərri yerdən öz hesablarına götürmələri, həyətinə gələn maşın yolunda qazdırdıqları 15 m uzunluğunda olan xəndəyi öz hesablarına doldurmaları hərəkətlərini etməyə məcbur edən, eləcə də Cavabdeh2 maşınını darvazası qarşısında saxlayaraq onun maşının çıxış yolunun bağlamasını etməkdən çəkinməyə məcbur edlməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdehlər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənnin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənnin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi, eləcə də cavabdehlər işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığı üçün iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259.0.11, 260.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin müəyyən hərəkətləri etməyə məcbur edilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsin. İddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar