Məhkəmə qərarları › İş №2(061)-315/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-315/2025

11.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-315/2025 11.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştrakı ilə İddiaçı, Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, övladları ilə ünsiyyətdə olması, ictimai yerdə onu söyüb-təhqir etməsi, ekspertlərin, mütəxəssislərin evinə baxış keçirilnəsi və qiymətləndirilməsi, evinə gedib-gəlməsi və ona qarşı kobud hərəkətlərinə son qoyulması və maneələrin aradan qaldırlması, qətnamənin icra edilməsinin Tərtər rayon Polis Şöbəsinə və Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək iddia ərizəsinin xahiş edirəm hissəsində, evinə gedib-gəlməsi hissəsinin aradan çıxarılması, Cavabdeh soyadında düzəliş edilməsi, yəni Məmmədov sözü, Məmmədova sözü ilə əvəz edilməsi, onun qanunsuz hərərkətlərinə son qoyulması, yəni övladı ilə ünsiyyətdə olmasına maneçilik törətməsinə, ictimai yerdə onu söyüb təhqir etməsinə, ekspertlərin, mütəxəssislərin evinə baxış keçirməsinə və qiymətləndirilməsinə maneçilik etməsinə, ona qarşı kobud hərəkətlərinə son qoyulması və maneələrin aradan qaldırılması, qətnamənin icrasının Tərtər Rayon Polis Şöbəsinə və Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh övladı, keçmiş həyat yoldaşı Abdullazadə Hicran Vahid qızı ilə münasibətləri tutmadığı üçün Tərtər Rayon Məhkəməsinin 2(061)-60/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, övladları anasının yanında qalmış, övladlarının saxlanması üçün hər ay 350 manat aliment ödəyir. Cavabdeh keçmiş qaynanası Cavabdeh övladları ilə ünsiyyətdə olmasına maneçilik törədir, onu təhqir edir, evində olduğu vaxt əsassız olaraq ondan şikayət verir. O, birgə nikah dövründə əldə etdikləri əmlakdan ona düşən payın müəyyən edilməsi məqsədi ilə evin tikintisinə çəkilmiş xərcə görə pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh maneçilik törədir və Tərtər Rayon Məhkəməsinin 2(061)-879/2024 nömrəli, xx.xx.2024-cü il tarixli bildirişində xx.xx.2024-cü il tarixdə saat 11:00-da təyin edilmiş (ekspertizanın) baxışın keçirilməsinə müdaxilə etmişdir. Nəticədə məhkəmə qərarlarına müdaxilələr edir, dəfələrlə onu təhqir etmiş, problemlər yaratmışdır. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edərək müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, övladları ilə ünsiyyətdə olması, ictimai yerdə onu söyüb-təhqir etməsi, ekspertlərin, mütəxəssislərin evinə baxış keçirilnəsi və qiymətləndirilməsi, evinə gedib-gəlməsi və ona qarşı kobud hərəkətlərinə son qoyulması və maneələrin aradan qaldırlması, qətnamənin icra edilməsinin Tərtər rayon Polis Şöbəsinə və Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh övladı, keçmiş həyat yoldaşı Abdullazadə Hicran Vahid qızı ilə münasibətləri alımadığı üçün Tərtər Rayon Məhkəməsinin 2(061)-60/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, övladları anasının yanında qalmış, uşaqların saxlanması üçün hər ay 350 manat alimentin ödənilməsi təmin edilmişdir. İddia tələbində əvvəl Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, övladları ilə ünsiyyətdə olması, ictimai yerdə onu söyüb-təhqir etməsi, ekspertlərin, mütəxəssislərin evinə baxış keçirilnəsi və qiymətləndirilməsi, evinə gedib-gəlməsi və ona qarşı kobud hərəkətlərinə son qoyulması və maneələrin aradan qaldırlması, qətnamənin icra edilməsinin Tərtər rayon Polis Şöbəsinə və Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin sonradan iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək iddia ərizəsinin xahiş edirəm hissəsində, evinə gedib-gəlməsi hissəsinin aradan çıxarılması, Cavabdeh soyadında düzəliş edilməsi, yəni Məmmədov sözü, Məmmədova sözü ilə əvəz edilməsi, onun qanunsuz hərərkətlərinə son qoyulması, yəni övladı ilə ünsiyyətdə olmasına maneçilik törətməsinə, ictimai yerdə onu söyüb təhqir etməsinə, ekspertlərin, mütəxəssislərin evinə baxış keçirməsinə və qiymətləndirilməsinə maneçilik etməsinə, ona qarşı kobud hərəkətlərinə son qoyulması və maneələrin aradan qaldırılması, qətnamənin icrasının Tərtər rayon Polis Şöbəsinə və Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsinix ahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş üzrə Cavabdeh iddia tələbində göstərilən ünvana məhkəmə bildirişi göndərilmiş, lakin zərf geri qaytarılaraq onun həmin ünvanda yaşamadığı qeyd edilmişdir. İşdə olan ünvan 1mayəndənin verdiyi 313 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Yuxarı Sarıcalı kəndində yaşayır. İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1977-ci ilə təvəllüdlü olmaqla, Tərtər Rayon Sarıcalı kəndində qeydiyyatdadır. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(061)- 60/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Abdullazadə Hicran Vahid qızı cavabdeh İddiaçı arasında xx.xx.2014-cü il qeydə alınmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahdan döğulmuş 21 aprel 2014-cü il təvəllüdlü X1 və 19 iyun 2015-ci il təvəllüdlü X2 adlı uşaqları iddiaçı Abdullazadə Hicran Vahid qızının yanında saxlanılmiş, cavabdeh İddiaçı 21 aprel 2014-cü il təvəllüdlü X3 və 19 iyun 2015-ci il təvəllüdlü X2 adlı qjfqların saxlanması üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment alınıb iddiaçı Abdullazadə Hicran Vahid qızına verilmiş, iddianın alimentə dair qalan hissəsi təmin edilməmiş, alimentin qeyd olunan məbləğdə cavabdeh İddiaçı tutulması xx.xx.2023-cü il tarixdən hesablansın və dərhal icra edilmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh biri-biriləri ilə qohum olmuşlar. İddiaçı Cavabdeh övladı Abdullazadə Hicran Vahid qızı ilə ailəli olmuş, onların iki övladları olmuş, bir müddət bir yerdə ər-arvad kimi yaşadıqdan sonra aralarında olan narazılıqlara görə məhkəmə qaydasında ayrılmışlar. Həmin qətnamə ilə tərəflər arasında bağlanmış nikah pozulmuş,iki uşaq ananın himayəsində saxlanılmış və onların saxlanılması üçün aliment təyin edilmişdir. Bu hallar məhkəmə iclasında elan edilmiş Tərtər Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(061)-60/2024 nömrəli qətnaməsi təsdiqini tapmışdır. Məhkəmə iclasında izahat vermiş İddiaçı izahatında keçmiş qaynanasının onun uşaqları ilə görüşməsinə maneçilik törətdiyini, ictimai yerdə onu söyüb təhqir etməsini, eksapertlərin və mütəxəssislərin evinə baxış keçirərək qiymətləndirilməsinə maneçilik törətməsini bildirmiş, cavabdehin ona qarşı etdiyi kobud hərəkətlərinə son qoyulması və maneələrin aradan qaldırılmasına, qətnamənin icrasının Tərtər rayon Polis Şöbəsinə və Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin qızı Hicran Abdullazadə boşandıqları üçün onların arasında münasibətləri pozulmuşdur. Hicran Abdullazadə məhkəmədə İddiaçı ilə aralarında bağlanmış nikahlarının pozulması üçün məhkəməyə müraciət etmiş, onların arasında nikah pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmış, cavabdehdən uşaqların saxlanması üçün aliment tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahdan döğulmuş 21 aprel 2014-cü il təvəllüdlü X3 və 19 iyun 2015ci il təvəllüdlü X2 adlı uşaqları İddiaçı övladlarıdır və onun həmin uşaqlarla görüşmək, ünsiyyət yaratmaq bir ata kimi hüququdur. Bu hüququn iddiaçıya məhdudlaşdırılması məqsədmüvafiq hesab edilmir. Eləcə də cavabdehin iddiaçını ictimai yerdə söyüb-təhqir etməsi və ona qarşı kobud hərəkətlərinə son qoyulmalıdır. İddiaçı iddia tələbində ekspertlərin, mütəxəssislərin evinə baxış keçirməsi, qiymətləndirilməsinə maneçilik etməsi, maneələrin aradan qaldırılması, qətnamənin icrasının Tərtər rayon Polis Şöbəsinə və Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin ekspertlərin, mütəxəssislərin iddiaçının yaşadığı evinə baxış keçirməsinə və qiymətləndirilməsinə maneçilik törətməsinə, maneələrin aradan qaldırılmasına, qətnamənin icrasının Tərtər rayon Polis Şöbəsinə və Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsinə dair tələbi hazırki qətnamə ilə həll edilməli məsələlər olmadığından təmin edilməsini məqsədmüvafiq hesab etməmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə iddiaçının uşaqları ilə görüşməsinə, ünsiyyətdə olmasına maneçilik törətməsinə, iddiaçını ictimai yerdə söyüb-təhqir etməsinə və ona qarşı kobud hərəkətlərinə son qoyulmalıdır. Bu hallar məhkəmə iclasında elan edilmiş sübutlarla təsdiq olunmuşdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddiaçıya cavabdeh həmin hərəkətləri etməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Eləcə də nəzərə alınmalıdır ki, cavabdeh iddia tələbini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 6.4. Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər. Azərbaycan Respublikası MPM-in 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Azərbaycan Respublikası MPM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilir. Həmin Məcəllənin 560.3.3-cü maddəsinə əsasən müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddiaçının izahatını dinlədikdən sonra, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdeh qarşı onun övladları ilə ünsiyyətdə olması, ictimai yerdə onu söyüb-təhqir etməsi, ona qarşı kobud hərəkətlərinə son qoyulması barədə hissədə iddiası təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı onun övladları ilə ünsiyyətdə olmasına, ictimai yerdə onu söyüb-təhqir etməsinə, ona qarşı kobud hərəkətlərinə son qoyulması barədə hissədə təmin olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar