Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-393/2025 13.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı vəkalətli nümayəndəsi (atası) X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 500 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı vəkalətli nümayəndəsi (atası) X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, ona etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-134/2023 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuş, aliment tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilkdə 320 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin məbləğdə aliment uşaqların tələbatlarını ödəmir. Uşaqlar məktəbdə və baxçada təhsil alırlar. Bundan başqa ölkədə uşaqlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2025-ci ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. İddiaçı hazırda kirayədə yaşayır və ağır xəstədir. Bütün bunlara baxmayaraq cavabdeh tərəf iddiaçının əşyalarını evdən çıxarmışdır. İddiaçı məcbur olub kirayədə yaşamağı davam etmişdir. Aylıq 320 manat evin kirayə haqqını ödəmir. Uşaqların bütün qayğılarını, ehtiyaclarını iddiaçı çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çətinlik törədir. Ölkə üzrə yaşayış minimunun, minimal aylıq əmək haqqının miqdarı, eləcə dəə cavabdehin kifayət qədər yüksək təqaud alması və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdə tutulan alimentin artırılaraq hər ay 600 manata çatdırılmalıdır. Göstərdiklərinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-134/2023 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuş, aliment tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilkdə 320 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə ilə təyin edilmiş alimenti çətinliklə də olsa hər ay vaxtında ödəyir. Hazırda onun artıq aliment verməyə maddi imkanı olmadığını, iddia tələbini qəbul etmədiyini və təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 2(061)-134/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuş, aliment tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilkdə 320 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 500 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi tələbi barədə işin icraatına xitam verilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi minimum əmək haqqı məbləğinin artımına əsaslanır, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun QƏRARİ “ 20 ” dekabr 2024cü il № 15 nömrəli qərarının 8.4-3-cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Həmin Qərarın 1.2.2-ci bəndində qyed olunmuşdur ki, 8.9-cu bəndə aşağıdakı məzmunda 8.9-1 və 8.9-2-ci yarımbəndlər əlavə edilsin: “8.9-1. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Qərarın 8.9-2-ci bəndində göstərilmişdir ki, alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.” Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsində göstərilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. İş materiallarını, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun QƏRARİ “ 20 ” dekabr 2024-cü il № 15 nömrəli qərarının tələblərini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 500 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi tələbi barədə işin icraatına xitam verilməli, iddiaçıya Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsində göstərilən qaydada qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 261.0.2, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 500 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi tələbi barədə işin icraatına tələbi barədə işin icraatına xitam verilsin. İddiaçıya Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsində göstərilən qaydada qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-393/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-393/2025
13.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver