Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-455/2025 22.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkalətli nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh halhazırda Tərtər Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(061)-382/2023 saylı qətnaməsinə əsasən 180 manat alınan alimentin dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay sabit məbləğ 250 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ilə faktiki ailə qurmuş və nikahları 2017-ci ildə rəsmi qeyd edilmişdir. Birgə yaşadıqları dövrdə onların xx.xx.2018-ci il təvəllüdlü X4 adlı övladları olmuşdur. Aralarında olan mübahisələrə görə bilikdə yaşamaları mümkün olmamışdır. Nikahları rəsmi olaraq 2020-ci ildə pozulmuşdur. Tərtər Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(061)-382/2023-cü il tarixli qətnaməsi ilə X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh 180 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Artıq xeyli müddətdir ki, o, bir uşağı ilə cavabdehdən ayrı yaşayırlar. Cavabdehin kifayət qədər gəliri vardır. Onun ödədiyi alimentlə uşağı saxlanmaqda çətinlik çəkir. Ona görə də cavabdehdən sabit pul məbləğində aliment almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh hal-hazırda Tərtər Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(061)-382/2023 saylı qətnaməsinə əsasən 180 manat alınan alimentin dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay sabit məbləğ 250 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkalətli nümayəndəsi X6 məhkəmə iclası zamanı bildirmişdir ki, Cavabdeh onun doğma oğludur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. Həqiqətən iddiaçı ilə cavabdeh 2017-ci ildə ailə qurmuş, nikahları rəsmi qeyd edilmişdir. Birgə yaşadıqları dövrdə onların 2018-ci ildə Fatimə adlı uşaqları olmuşdur. Aralarında olan münasibətləri pozulduğundan iddiaçı ilə cavabdeh ayrı yaşayırlar. Hazırda azyaşlı uşaq iddiaçının yanında yaşayır. Oğlu Cavabdeh heç bir yerdə işləmir. Onun uşağına təyin olunmuş alimenti ödəməkdə köməklik edirlər. Cavabdeh başqa yerdən qazancı yoxdur. Hazırda ödənilən 180 manat alimentin məbləğinin artırılmasına etiraz etdiyini və bu barədə qətnamə qəbul edilməsinə etiraz etmədiniyini bildirmişdir. İş materiallarına əlavə edilmiş AR-İİ № 977841 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh X5 etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)- 382/2023 saylı qətnaməsinin surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)- 925/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 manat alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Ağentliyi 6 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh (FİN 5STYJ14) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasoya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən xx.xx.2025-ci il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 2017-ci ildə ailə qurmuş, nikahları rəsmi qeyd edilmişdir. Birgə yaşadıqları dövrdə onların xx.xx.2018-ci il təvəllüdlü X4 adlı övladları olmuşdur. Aralarında olan narazılıqlara görə tərəflər ayrılmış və ayrıldıqdan sonra uşaq iddiaçının yanında qalmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-382/2023 nömrəli qətnaməsi ilə Tərtər Rayon Məhkəməsinin 2(061)-925/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 manat alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İddiaçı hazırda ödənilən məbləğdə alimentlə uşağı saxlamaqda çətinlik çəkdiyini, cavabdehin ayda kifayət qədər qazancının olduğunu bu səbəbdən alimentin məbləğinin artırılması ilə bağlı məhkəmədə iddia qaldırdığını bildirmişdir. Cavabdehin vəkalətli nümayəndəsi məhkəmə iclasında cavabdehinn heç bir yerdə işləmədiyini, təyin olunmuş alimentin ödəməsində ona maddi köməklik etdiklərini alimentin artırılmasına etiraz etdiklərini bildirmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında cavabdehin kifayət qədər qazancı olduğunu göstərsə belə bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bununla yanaşı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə hesab edir ki, iddiaçıya qanunda olan dəyişikliklə bağlı məhkəməyə təyin olunmuş aliment məbləğinin indeksasiya olunması ilə bağlı ərizə ilə müraciət etməsi izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırda Tərtər Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(061)-382/2023 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən ödənilən 180 (yüz səksən) manat alimentin məbləğinin dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq ona ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 235 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı hazırda Tərtər Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(061)-382/2023 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən ödənilən 180 (yüz səksən) manat alimentin məbləğinin dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-455/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-455/2025
22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver