Məhkəmə qərarları › İş №2(061)-538/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-538/2025

28.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-538/2025 28.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 28 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikalarından olan xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2397/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin dəyişdirilərək cavabdehin qazancının dörddə bir hissəsi miqdarında tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə birgə nikahdan bir uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Cavabadehlə aralarında olan nikahları pozulmuşdur. Bakı şəhəri Səbail Rayon Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən oğlu Zəkinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda həmin qətnamənin çıxarılmasından ilə yaxın 5 il müddət keçmişdir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankında xəzinadar işləyir və 1375 manat əmək haqqı alır. Cavabdeh uşağın saxlanılmasında əlavə heç bir maddi köməklik göstərmir. Məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən cavabdehlə birgə nikalarından olan xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2397/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin dəyişdirilərək cavabdehin qazancının dörddə bir hissəsi miqdarında tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh iddiaçı ilə boşandıqdan sonra başqa bir qadınla nikaha daxil olaraq ailə qurmuş və yeni nikahından da bir nəfər uşağı olmuşdur. Doğrudur cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankında xəzinadar işləyir və 1375 manat əmək haqqı alır. Lakin, cavabdeh həmin uşağın da saxlanmasını təmin etməlidir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İşdə olan Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2397/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4814/18 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin hazırki Cavabdeh tutulan alimentin miqdarı artırılaraq 250 manat məbləğində müəyyən edilərək Cavabdeh tutulub hazırkı İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Gəncə 1 saylı Mediasiya təşkilatının mediatoru Vüsal Səfərov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləni 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı proses işttirakçılarının izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, tərəflər əvvəl ər-arvad olmuşlar. Onların birgə nikahlarından bir uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Sonradan tərəflər ayrılmışlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2397/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 4814/18 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin hazırki Cavabdeh tutulan alimentin miqdarı artırılaraq 250 manat müəyyən edilmişdir. İddiaçı həmin məbləğin kifayət etmədiyi hesab edərək tutulan alimentin dəyişdirilməsi qənaətinə gələrək məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında tutulan alimentin dəyişdirilərək cavabdehdən hər ay qazancının dörddə bir hissəsi miqdarında alimentin tutulmasında təkid etmiş, cavabdeh isə nümayəndəsi vasitəsi ilə iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci və 76.1.3-cü maddəsinə əsasən alimentin ödəniməsi barədə razılıq olmadıqda məhkəmə tərəfindən 3 və daha çox uşağa görə valideyinin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırıödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu iləödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici valideyinin qazancı və ya sair gəlirinin olmadığı, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmadığı təqdirdə hər ay ödənilməli olan alimentin sabit pul məbləğində tutulmalı olmasını təsbit etmişdir. İşin yuxarıda müəyyən olunan hallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankında xəzinadar işləyib 1375 manat əmək haqqı almaqla aylıq sabit qazanca malikdir və alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkündür. Ona görə də məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və sadalanan qnunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2397/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X1 üçün cavabdehin aylıq qazancından (gəlirindən) müəyyən hissə kimi, yəni aylıq qazancının (gəlirinin) dörddə biri miqdarında tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2397/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəl xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar