Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-584/2025 10.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı (bundan sonra İddiaçı MMC adlandırılacaq), Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı cavabdehdən 11256 (on bir min iki yüz əlli altı) manat dəyərində vurduğu ziyanın, ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumunun, duracağa ödənilən 120 (yüz iyirmi) manat nəğd pulun, evakuatora ödənilən 350 manat pulun və 3000 manat DYP tərəfindən cərimələnən cərimələrin, umumilikdə 14726 (on dörd min yedi yüz iyirmi altı) manat pul vəsaitinin tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı səlahiyyətli nümayəndəsi X2 məhkəməyə iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə təqdim edərək Cavabdeh iddia tələbində göstərilən duracağa ödənilən 120 manat nəğd pulun, evakuatora ödənilən 350 manat pulun və 3000 manat DYP tərəfindən cərimələnən cərimələrin alınıb İddiaçı MMC-ə ödənilməsinə dair hissəsinin təmin edilməməsini, ancaq cavabdehin 11256 (on bir min iki yüz əlli altı) manat dəyərində vurduğu ziyanın, ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumunun tutulub İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MMC-in səlahiyyətli nümayəndəsi X2 göstəmişdir ki, Tərtər şəhəri Nizami küçəsi ev 30 mənzil 21-də yaşayan Cavabdeh xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-in ofisinə gələrək ərizə ilə müraciət etmiş və müraciətində “Hyundai” 130 Xetçbek minik markalı nəqliyyat vasitəsinin alınması üçün 36 ay müddətinə 11500 (on bir min beş yüz) manat məbləğində maliyyə lizinqinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli M0040 saylı X11i müqaviləsi əsasında iki tərəfli razılaşmaya əsasən üzərinə öhdəlik götürmüşdür. Öhdəliyə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdən İddiaçı MMC-in Bakı şəhəri Qaradağ rayonunda yerləşən "xxxx" ASC-in Qaradağ filialında olan hesabına hər ay 464 manat ödəniş edəcək, 3 ay ödəniş etdikdən sonra, yəni xx.xx.2024-cü il tarixədə saat 23:40 radələrində Cavabdeh özünün toy şənliyində dostu X4 Bakı şəhərindən gələn qonaqları Bərdə şəhərindən yola salmaq üçün geri qayıdanda onu gətirmək üçün onun **-AB-*** dövlət nömrə nişanlı avtomobilini arxasınca idarə edib Bərdə şəhərinə gəlməsini xahiş etmişdir. X9 şəhəri H.Aslanov küçəsinə çatdıqda avtomobili təxminən saatda 100-110 km/saat sürətlə idarə edib Cavabdeh ötmək üçün ötmə əməliyyatı etmişdir. Bu zaman qarşıda olan sərt döngədə idarəetməni itirmiş və avtomobil yolun sağ kənarında olan daş hasara çırpılmışdır və nəticədə avtonəqliyyat vasitəsi yararsız hala düşərək İddiaçı MMC-yə 11256 (on bir min iki yüz əlli altı) manat dəyərində ziyan vurmuşdur. Hadisə ilə bağlı Bərdə rayon X10 RPŞ-in TB-də təhqiqat apararaq cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı MMC-i tərəfindən Cavabdeh 11256 (on bir min iki yüz əlli altı) manat dəyərində vurduğu ziyanın, ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumunun, duracağa ödənilən 120 manat nəğd pulun, evakuatora ödənilən 350 manat pulun və 3000 manat DYP tərəfindən cərimələnən cərimələrin ödənilməsi ilə bağlı dəfələrlə şifahi müraciətlər olunmuş lakin cavabdeh qərəzli şəkildə vurmuş ziyanı ödəməkdən müxtəlif bəhanələr gətirərək yayınmışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşlar. Qeyd olunanlara əsasən Cavabdeh 11256 (on bir min iki yüz əlli altı) manat dəyərində vurduğu ziyanın, ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşdə olan SMS bildirişlərdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildirişləri almışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən İddiaçı MMC-in direktorunun adına yazılmış ərizənin surətindən görünür ki, X8 ərizə ilə İddiaçı MMC-in direktoruna müraciət edərək “Hyudai İ30 Xetçbek” minik markalı nəqliyyat vasitəsinin alınması üçün 36 ay müddətinə 11500 manat məbləğində maliyyə lizinqinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli MOBİ.L.E M-0040 saylı maliyyə lizinq müqaviləsinə 3 saylı əlavənin surətindən görünür ki, Cavabdeh 36 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə aylıq ödəniş 464 manat olmaq şərti ilə 11500 manat maliyyə lizinnqi ayrılmışdır. Satıcı və alıcı maliyyə lizniqini imzalamışlar. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli M-0040 saylı X11 müqaviləsinə Əlavə 3 qəbil və istifadəyə verilmə protokolundan görünür ki, maliyyə lizinqi 2 saylı əlavənin surətindən görünür ki, Cavabdeh “HYUDAİ İ30 Xetçbek , rəngi tünd boz metalik, buraxılış ili-2007, Ban - KMHDC51TP8U025114 olan minik markalı nəqliyyat vasitəsini lizinqlə götürmüşdür. Hər iki tərəf müqaviləni imzalamışlar. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli M-0040 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşma 3 öhdəliyin ötürülməsi haqqında sənədinin surətindən görünür ki, Cavabdeh həmin müqavilə öhdəlikləri üzərinə götürmüş və müqaviləni imzalamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli M-0040 saylı qəbul protokolunun surətindən görünür ki, Cavabdeh № M-0040, 01 fevral 2024-cü il tarixli daxili lizinq müqaviləsi üzrə alınmış “HYUDAİ İ30 Xetçbek , rəngi tünd boz metalik, buraxılış ili-2007, Ban -KMHDC51TP8U025114 olan minik markalı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Həmin avtomobilin mühərrikində, sürətlər qutusunda və digər texniki göstəricilərində nöqsan və qüsur aşkar olunmamışdır. Avtomobil Cavabdeh təhvil verilmişdir. Qəbul protokolunun sonunda qeyd edilmişdir ki, baxışdan sonra lizinq alan Cavabdeh gələcəkdə avtomobildə yarana biləcək texniki və zahiri nöqsanlara görə məsuliyyət daşıyır. Qəbul protokolunu tərəflər imzalamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə onun arasında bağlanmış xx.xx.2024-cü il tarixli M-0040 saylı X11 Müqaviləsinə əlavə razılaşmaya əsasən, lizinqə götürdüyü lizinq obyekti, lazımi qaydada yoxlanılmışdır və yoxlama zamanı əmlakda heç bir qüsur aşkar edilməmişdir. Lizinq obyektinin istifadəsi zamanı, lizinq obyektində hər hansı qüsur aşkarlanarsa, o, bunu öz hesabına aradan qaldıracağına, lizinq obyektini istismara yararlı vəziyyətdə saxlayacağını, İddiaçı MMC tərəfindən avtomobilə baxış, lazım olduğu halda dərhal həmin baxışa şərait yaradacağını öhdəsinə götürmüşdür. Əmlakın istifadəsinin heç bir halda heç bir şəxsə verməyəcəyini öhdəsinə götürərək və bu hal lizinq vəsaiti məqsədli şəkildə başqa istiqamətə yönəldilməsi kimi başa düşdüyünü, bu halın dələduzluq faktı olmasını dərk edir. Lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyektinin sığortası üzrə ödənişləri vaxtlı-vaxtında ödəyəcəkdir. Əgər həmin müqavilə üztrə hər hansı sığorta ödənişini ödəməkdən imtina etsə və ya sığorta ödənişini gecikdirsə, lizinq müqaviləsinə əlavə olunan lizinq ödənişləri qrafikinə əsasən onun tərəfindən ödənilmiş, lizinq ödənişini tərəfindən İddiaçı MMC sığorta ödənişlərinə silinməsinə heç bir etirazı yoxdur. Məhkəmədə elan olunmuş Bərdə rayon X6 Bölməsinin təhqiqatçısı tərfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, təsviri hissədə göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmaması əsası ilə X3 barəsində cinayət işi başlanması rədd edilmişdir. X3 əməlində Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati qaydada tənbeh tədbiri seçilməsi üçün qərarın surəti Bərdə rayon X7 X13 göndərilməsi qərara alınmışdır. Məhkəmədə elan olunmuş avtomobilə texniki nasazlıq və baxışla bağlı verilmiş rəydən görünür ki, “HYUDAİ İ30 Xetçbek, rəngi tünd boz metalik, buraxılış ili-2007, Ban-KMHDC51TP8U025114 olan minik markalı nəqliyyat vasitəsinə mütəxəssis tərərfindən baxış keçirilmiş və dəymiş ziyan ümumilikdə 11256 manat təşkil etmişdir. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin izahatını, araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Tərtər şəhəri Nizami küçəsi ev 30 mənzil 21-də yaşayan Cavabdeh xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-in ofisinə gələrək ərizə ilə müraciət etmiş və müraciətində “Hyundai” İ30 Xetçbek minik markalı nəqliyyat vasitəsinin alınması üçün 36 ay müddətinə 11500 (on bir min beş yüz) manat məbləğində maliyyə lizinqinin ayrılmasına köməklik göstərilməsini xahiş etmiş, İddiaçı MMC Cavabdeh xx.xx.2024-cü il tarixli M-0040 saylı X11i müqaviləsi əsasında iki tərəfli razılaşmaya əsasən üzərinə öhdəlik götürmüş, öhdəliyə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdən İddiaçı MMC-in Bakı şəhəri Qaradağ rayonunda yerləşən "xxxx" ASC-in Qaradağ filialında olan hesabına hər ay 464 manat ödəniş edəcək, 3 ay ödəniş etdikdən sonra, yəni xx.xx.2024-cü il tarixədə saat 23:40 radələrində Cavabdeh özünün toy şənliyində dostu X4 Bakı şəhərindən gələn qonaqları Bərdə şəhərindən yola salmaq üçün geri qayıdanda onu gətirmək üçün onun **-AB-*** dövlət nömrə nişanlı avtomobilini arxasınca idarə edib Bərdə şəhərinə gəlməsini xahiş etmiş, X9 şəhəri H.Aslanov küçəsinə çatdıqda avtomobili təxminən saatda 100- 110 km/saat sürətlə idarə edib Cavabdeh ötmək üçün ötmə əməliyyatı etmiş, bu zaman qarşıda olan sərt döngədə idarəetməni itirmiş və avtomobil yolun sağ kənarında olan daş hasara çırpılmışdır və nəticədə avtonəqliyyat vasitəsi yararsız hala düşərək İddiaçı MMC-yə 11256 (on bir min iki yüz əlli altı) manat dəyərində ziyan vurmuşdur. Hadisə ilə bağlı Bərdə rayon X10 RPŞ-in TB-də təhqiqat apararaq cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı MMC-i tərəfindən Cavabdeh 11256 (on bir min iki yüz əlli altı) manat dəyərində vurduğu ziyanın, ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumunun, duracağa ödənilən 120 manat nəğd pulun, evakuatora ödənilən 350 manat pulun və 3000 manat DYP tərəfindən cərimələnən cərimələrin ödənilməsi ilə bağlı dəfələrlə şifahi müraciətlər olunmuş lakin cavabdeh qərəzli şəkildə vurmuş ziyanı ödəməkdən müxtəlif bəhanələr gətirərək yayınmışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmədə elan olunmuş yuxarıda qeyd olunan sənədlərlə iddia tələbi tam olaraq öz təsdiqi tapmış və iddianın təmin olunması üçün vacib sənədlər hesab edilirlər. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı dəfələrlə pulunu ondan tələb etmiş, lakin cavabdeh hər dəfədə müxtəlif bəhanələrlə sözünə əməl etməmişdir. Bununla da Cavabdeh hazırkı vəziyyətdə İddiaçı MMC-ə olan borcu 11256 (on bir min iki yüz əlli altı) manat təşkil etmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdehin iddiaçıya 11256 (on bir min iki yüz əlli altı) manat dəyərində vurduğu ziyanla bağlı borclu olmasını və borcunu qaytarmadığını təsdiq edən yuxarıda qeyd edilən sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh vurduğu ziyana görə hazırkı vəziyyətdə İddiaçı MMC-ə olan borcu 11256 (on bir min iki yüz əlli altı) manat təşkil etmişdir ki, bununla da onun iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmiş, onların arasında faktik olaraq bağlanmış müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindı göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı MMC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçı tərəfə maddi zərər vurmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Cavabdeh iddianın təkzib edilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan, cavabdehdən dəymiş maddi zərərə görə 11256 (on bir min iki yüz əlli altı) manat məbləğində zərər alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 125 (yüz iyirmi beş) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının izahatını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh əsas 11256 (on bir min iki əlli altı) manat dəymiş zərər və ödənilmiş 125 (yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-in hesabına hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh əsas 11256 (on bir min iki əlli altı) manat dəymiş zərər və ödənilmiş 125 (yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-in hesabına hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-584/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-584/2025
10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver