Məhkəmə qərarları › İş №2(061)-585/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-585/2025

26.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-585/2025 26.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı (bundan sonra İddiaçı MMC adlandırılacaq), Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı cavabdehdən 2215 (iki min iki yüz on beş) manat dəyərində vurduğu ziyanın, ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun, ümumilikdə 2260 (iki min iki yüz altmış) manat pul vəsaitinin tutularaq İddiaçı MMC -ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MMC-in səlahiyyətli nümayəndəsi X2 göstəmişdir ki, Tərtər rayonu, Xoruzlu kəndində yaşayan Cavabdeh xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-in ofisinə gələrək ərizə ilə müraciət etmiş və müraciətində 1999-cu il istehsallı “Mitsubishi Pajero universal” minik markalı nəqliyyat vasitəsinin alınması üçün 18 ay müddətinə 6000 manat məbləğində maliyyə lizinqinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı MMC Cavabdeh xx.xx.2024-cü il tarixli M0062 saylı X4i müqaviləsi əsasında iki tərəfli razılaşmaya əsasən üzərinə öhdəlik götürmüşdür. Öhdəliyə əsasən Cavabdeh İddiaçı MMCin "xxxx" ASC-in filialında olan hesabına hər ay 407 manat ödəniş edəcək, İki ay ödəniş etdikdən sonra, yəni xx.xx.2024-cü il tarixədək ödəniş etdikdən sonra, onlarla əlaqə saxlayaraq avtonəqliyyat vasitəsinin mühərrikində problem yarandığını və avtomobili istəmədiyini bildirmişdir. Onlar avtomobili təhvil alarkən mühərrikin tamamilə sıradan çıxması, “akumlayotorun” cavabdeh tərəfindən götürülməsi müəyyən olmuşdur. Avtomobilin mühərrikinə dəymiş ziyanı müəyyən etmək üçün Xaçmaz 1 saylı texniki xidmət stansiyasına müraciət etmişlər. Avtomobilin əvvəlki vəziyyətinə gətirilməsi üçün 2065 manat “akkumlyatora” görə 150 manat pul almış və təmir smetasında 2065 manat öz əksini tapmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə şifahi müraciət olunmuşdur. Lakin Cavabdeh qərəzli şəkildə İddiaçı MMC-ə vurmuş ziyanı müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh qarşı cavabdehdən 2215 (iki min iki yüz on beş) manat dəyərində vurduğu ziyanın, ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun, ümumilikdə 2260 (iki min iki yüz altmış) manat pul vəsaitinin tutularaq İddiaçı MMC -ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşdə olan SMS bildirişlərdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildirişləri almışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən İddiaçı MMC -in direktorunun adına yazılmış ərizənin surətindən görünür ki, Cavabdeh ərizə ilə İddiaçı MMC-in direktoruna müraciət edərək “Mitsubishi Pajero universal” minik markalı nəqliyyat vasitəsinin alınması üçün 18 ay müddətinə 6000 manat məbləğində maliyyə lizinqinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli MOBİ.L.E-0062 saylı maliyyə lizinqi 2 saylı əlavənin surətindən görünür ki, Cavabdeh 18 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə aylıq ödəniş 407 manat olmaq şərti ilə 6000 manat maliyyə lizinnqi ayrılmışdır. Satıcı və alıcı maliyyə lizniqini imzalamışlar. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli M-0062 saylı lizinq obyektinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, maliyyə lizinqi 2 saylı əlavənin surətindən görünür ki, Cavabdeh “Mitsubishi Pajero universal” minik markalı nəqliyyat vasitəsini lizinqlə götürmüşdür. Hər iki tərəf müqaviləni imzalamışlar. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli M-0062 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşma 3 öhdəliyin ötürülməsi haqqında sənədinin surətindən görünür ki, Cavabdeh həmin müqavilə öhdəlikləri üzərinə götürmüş və müqaviləni imzalamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli M-0062 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşma 3 qəbul və istifadəyə verilmə protokolunun surətindən görünür ki, Cavabdeh rəngi ağ, “Mitsubishi Pajero universal” minik markalı, 1999 buraxılışlı, BAN- H76W-0035947, mühərrik nəqliyyat vasitəsini, qiyməti 6000 manat, müvəffəqiyyətlə təhvil almışdır. Müqavilə hər iki tərəfdən, o cümlədən Cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli M-0062 saylı qəbul protokolunun surətindən görünür ki, Cavabdeh № M-0062, 23 may 2024-cü il tarixli daxili lizinq müqaviləsi üzrə alınmış mühərrik, ban nömrəsi H76W-0035947 “Mitsubishi Pajero universal” minik markalı, rəngi ağ mirvari olan avtonəqliyyat vasitəsinə baxış keçirilmişdir. Həmin avtomobilin mühərrikində, sürətlər qutusunda və digər texniki göstəricilərində nöqsan və qüsur aşkar olunmamışdır. Avtomobil Cavabdeh təhvil verilmişdir. Qəbul protokolunun sonunda qeyd edilmişdir ki, baxışdan sonra lizinq alan Cavabdeh gələcəkdə avtomobildə yarana biləcək texniki və zahiri nöqsanlara görə məsuliyyət daşıyır. Qəbul protokolunu tərəflər imzalamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə onun arasında bağlanmış xx.xx.2024-cü il tarixli M-0062 saylı X4 Müqaviləsinə əlavə razılaşmaya əsasən, lizinqə götürdüyü lizinq obyekti, lazımi qaydada yoxlanılmışdır və yoxlama zamanı əmlakda heç bir qüsur aşkar edilməmişdir. Lizinq obyektinin istifadəsi zamanı, lizinq obyektində hər hansı qüsur aşkarlanarsa, o, bunu öz hesabına aradan qaldıracağına, lizinq obyektini istismara yararlı vəziyyətdə saxlayacağını, İddiaçı MMC tərəfindən avtomobilə baxış, lazım olduğu halda dərhal həmin baxışa şərait yaradacağını öhdəsinə götürmüşdür. Əmlakın istifadəsinin heç bir halda heç bir şəxsə verməyəcəyini öhdəsinə götürərək və bu hal lizinq vəsaiti məqsədli şəkildə başqa istiqamətə yönəldilməsi kimi başa düşdüyünü, bu halın dələduzluq faktı olmasını dərk edir. Lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyektinin sığortası üzrə ödənişləri vaxtlı-vaxtında ödəyəcəkdir. Əgər həmin müqavilə üztrə hər hansı sığorta ödənişini ödəməkdən imtina etsə və ya sığorta ödənişini gecikdirsə, lizinq müqaviləsinə əlavə olunan lizinq ödənişləri qrafikinə əsasən onun tərəfindən ödənilmiş, lizinq ödənişini tərəfindən İddiaçı MMC sığorta ödənişlərinə silinməsinə heç bir etirazı yoxdur. Məhkəmədə elan olunmuş Xaçmaz 1 saylı texniki xidmət stansiyasının tərtib etdiyi xx.xx.2024-cü il tarixli 1835 nömrəli təmir smetasından görünür ki, İddiaçı MMC -ə məxsus olan q/ş.BB № 578758, 1999-cu il buraxılışlı. ** YS *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero universal” minik markalı nəqliyyat vasitəsinin mühərriki tam istifadəyə yararsız vəziyyətə düşmüş, təmir tələb edir. 400 manat dəyərində 1 dəst porşen, 150 manat dəyərində 1 dəst porşenin üzükləri 135 manat dəyərində 1 dəst valın laynerləri, 45 manat dəyərində 1 dəst dirsəkli valın yağ möhürləri, 30 manat dəyərində 1 ədəd paylayıcı valın möhürü, 95 manat dəyərində 1 dəst klapanların möhürü, 120 manat dəyərində 1 ədəd antifriz pompası, 75 manat dəyərində yanacaq nasosu, 30 manat dəyərində 1 dəst şamlar, 180 manat dəyərində mühərrikin əsas kəməri, 68 manat dəyərində 1 ədəd mühərrik yağı (ADDİNOL. 10.40.51), 7 manat dəyərində 1 ədəd yağfilteri, 45 manat dəyərində antifriz 91x5, 75 manat dəyərində 1 ədəd mühərikin orta hissəsinin padı, 30 manat dəyərində mühərrikin üst qapağının padı, 80 manat dəyərində dirsəkli valın yonulması, 150 manat dəyərində mühərrikin başlığının yonulması və təmiri, 350 manat mühərrik ustasının əl işinə, ümumilikdə 2065 manat xərc müəyyən edilmişdir. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin izahatını, araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Tərtər rayonu, Xoruzlu kəndində yaşayan Cavabdeh xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-in ofisinə gələrək ərizə ilə müraciət etmiş və müraciətində 1999-cu il istehsallı “Mitsubishi Pajero universal” minik markalı nəqliyyat vasitəsinin alınması üçün 18 ay müddətinə 6000 manat məbləğində maliyyə lizinqinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı MMC Cavabdeh xx.xx.2024-cü il tarixli M0062 saylı X4i müqaviləsi əsasında iki tərəfli razılaşmaya əsasən üzərinə öhdəlik götürmüşdür. Öhdəliyə əsasən Cavabdeh İddiaçı MMC-in "xxxx" ASC-in filialında olan hesabına hər ay 407 manat ödəniş edəcəyi razılaşdırılmışdır. Məhkəmədə elan olunmuş ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən İddiaçı MMC -in direktorunun adına yazılmış ərizəsində İddiaçı MMC-in direktoruna müraciət edərək “Mitsubishi Pajero universal” minik markalı nəqliyyat vasitəsinin alınması üçün 18 ay müddətinə 6000 manat məbləğində maliyyə lizinqinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli MOBİ.L.E-0062 saylı maliyyə lizinqi 2 saylı əlavədə, Cavabdeh 18 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə aylıq ödəniş 407 manat olmaq şərti ilə 6000 manat maliyyə lizinnqi ayrılmışdır. Satıcı və alıcı maliyyə lizniqini imzalamışlar. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli M-0062 saylı lizinq obyektinin alqı-satqı müqaviləsində, maliyyə lizinqi 2 saylı əlavədə, Cavabdeh “Mitsubishi Pajero universal” minik markalı nəqliyyat vasitəsini lizinqlə götürmüşdür. Hər iki tərəf müqaviləni imzalamışlar. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli M-0062 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşma 3 öhdəliyin ötürülməsi haqqında sənəddə, Cavabdeh həmin müqavilə öhdəlikləri üzərinə götürmüş və müqaviləni imzalamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli M-0062 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşma 3 qəbul və istifadəyə verilmə protokolda, Cavabdeh rəngi ağ, “Mitsubishi Pajero universal” minik markalı, 1999 buraxılışlı, BAN- H76W-0035947, mühərrik nəqliyyat vasitəsini, qiyməti 6000 manat, müvəffəqiyyətlə təhvil almışdır. Müqavilə hər iki tərəfdən, o cümlədən Cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli M-0062 saylı qəbul protokolda, Cavabdeh iştirakı ilə № M-0062, 23 may 2024-cü il tarixli daxili lizinq müqaviləsi üzrə alınmış mühərrik, ban nömrəsi H76W-0035947 “Mitsubishi Pajero universal” minik markalı, rəngi ağ mirvari olan avtonəqliyyat vasitəsinə baxış keçirilmişdir. Həmin avtomobilin mühərrikində, sürətlər qutusunda və digər texniki göstəricilərində nöqsan və qüsur aşkar olunmadığı, avtomobilin Cavabdeh təhvil verildiyi, qəbul protokolunun sonunda, baxışdan sonra lizinq alan Cavabdeh gələcəkdə avtomobildə yarana biləcək texniki və zahiri nöqsanlara görə məsuliyyət daşıdığı, qəbul protokolunu tərəflərin imzaladığı təqdiq olunmuşdur. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli iltizamla, Cavabdeh İddiaçı MMC ilə onun arasında bağlanmış xx.xx.2024-cü il tarixli M-0062 saylı X4 Müqaviləsinə əlavə razılaşmaya əsasən, lizinqə götürdüyü lizinq obyekti, lazımi qaydada yoxlanılmışdır və yoxlama zamanı əmlakda heç bir qüsur aşkar edilmədiyi, lizinq obyektinin istifadəsi zamanı, lizinq obyektində hər hansı qüsur aşkarlanarsa, o, bunu öz hesabına aradan qaldıracağına, lizinq obyektini istismara yararlı vəziyyətdə saxlayacağını, İddiaçı MMC tərəfindən avtomobilə baxış, lazım olduğu halda dərhal həmin baxışa şərait yaradacağını, əmlakın istifadəsinin heç bir halda heç bir şəxsə verməyəcəyini öhdəsinə götürərək və bu hal lizinq vəsaiti məqsədli şəkildə başqa istiqamətə yönəldilməsi kimi başa düşdüyünü, bu halın dələduzluq faktı olmasını dərk etdiyini, lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyektinin sığortası üzrə ödənişləri vaxtlı-vaxtında ödəyəcəyini, əgər həmin müqavilə üztrə hər hansı sığorta ödənişini ödəməkdən imtina etsə və ya sığorta ödənişini gecikdirsə, lizinq müqaviləsinə əlavə olunan lizinq ödənişləri qrafikinə əsasən onun tərəfindən ödənilmiş, lizinq ödənişini tərəfindən İddiaçı MMC sığorta ödənişlərinə silinməsinə heç bir etirazı olmadığını öhdəlik götürmüşdür. Məhkəmədə elan olunmuş Xaçmaz 1 saylı texniki xidmət stansiyasının tərtib etdiyi xx.xx.2024-cü il tarixli 1835 nömrəli təmir smetasında, İddiaçı MMC -ə məxsus olan q/ş.BB № 578758, 1999-cu il buraxılışlı, ** YS *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero universal” minik markalı nəqliyyat vasitəsinin mühərriki tam istifadəyə yararsız vəziyyətə düşmüş, təmir tələb etdiyi, 400 manat dəyərində 1 dəst porşen, 150 manat dəyərində 1 dəst porşenin üzükləri 135 manat dəyərində 1 dəst valın laynerləri, 45 manat dəyərində 1 dəst dirsəkli valın yağ möhürləri, 30 manat dəyərində 1 ədəd paylayıcı valın möhürü, 95 manat dəyərində 1 dəst klapanların möhürü, 120 manat dəyərində 1 ədəd antifriz pompası, 75 manat dəyərində yanacaq nasosu, 30 manat dəyərində 1 dəst şamlar, 180 manat dəyərində mühərrikin əsas kəməri, 68 manat dəyərində 1 ədəd mühərrik yağı (ADDİNOL. 10.40.51), 7 manat dəyərində 1 ədəd yağfilteri, 45 manat dəyərində antifriz 91x5, 75 manat dəyərində 1 ədəd mühərikin orta hissəsinin padı, 30 manat dəyərində mühərrikin üst qapağının padı, 80 manat dəyərində dirsəkli valın yonulması, 150 manat dəyərində mühərrikin başlığının yonulması və təmiri, 350 manat mühərrik ustasının əl işinə, ümumilikdə 2065 manat xərc müəyyən edilmişdir. Məhkəmədə elan olunmuş yuxarıda qeyd olunan sənədlərlə iddia tələbi tam olaraq öz təsdiqi tapmış və iddianın təmin olunması üçün vacib səndlər hesab edilirlər. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı dəfələrlə pulunu ondan tələb etmiş, lakin cavabdeh hər dəfədə müxtəlif bəhanələrlə sözünə əməl etməmişdir. Bununla da Cavabdeh hazırkı vəziyyətdə İddiaçı MMC-ə olan borcu 2215 (iki min iki yüz on beş) manat dəyərində vurduğu ziyan, ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun, ümumilikdə 2260 (iki min iki yüz altmış) manat təşkil etmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdehin iddiaçıya 2215 (iki min iki yüz on beş) manat dəyərində vurduğu ziyan, ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun, ümumilikdə 2260 (iki min iki yüz altmış) manat ziyanla bağlı borclu olmasını və borcunu qaytarmadığını təsdiq edən yuxarıda qeyd edilən sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə İddiaçı MMC-ə olan borcu 2215 (iki min iki yüz on beş) manat dəyərində vurduğu ziyan, ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun, ümumilikdə 2260 (iki min iki yüz altmış) manat təşkil edir ki, bununla da o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmiş, onların arasında faktik olaraq bağlanmış müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindı göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı MMC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçı tərəfə maddi zərər vurmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Cavabdeh iddianın təkzib edilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan, cavabdehdən dəymiş maddi zərərə görə 2215 (altı min iki yüz iyirmi dörd) manat məbləğində zərər alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 45 (qırx beş) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının izahatını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2215 (iki min iki yüz on beş) manat pul vəsaiti və ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-in hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2215 (iki min iki yüz on beş) manat dəymiş zərər və ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-in hesabına hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar