Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-586/2025 17.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikahlarından anadan olmuş, 20 mart 2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(061)-844/2020 saylı qətnaməsinə əsasən hər ay hər uşağa görə kəsilən 120 manat alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 300 manat səviyyəsində müəyyən edilməsi və Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatına elektron sistem vasitəsi ilə daxil olmuş İddiaçı ərizəsindən aydın olur ki, o, Cavabdeh qarşı iki uşağın saxlanılması üçün alimentin miqdarının artırılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin olunmuşdur. Hazırda o övladlarını nəzərə alıb Cavabdehla barışmışdır. Ona görə də iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin özünə qaytarılmasını etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsini işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir və iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı birgə nikahlarından anadan olmuş, 20 mart 2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(061)-844/2020 saylı qətnaməsinə əsasən hər ay hər uşağa görə kəsilən 120 manat alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 300 manat səviyyəsində müəyyən edilməsi və Cavabdeh tutularaq ona ödənilməsi barədə iddia ərizəsinə baxılmadan əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-586/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-586/2025
17.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver