Məhkəmə qərarları › İş №2(061)-59/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-59/2025

14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-59/2025 14.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 14 mart 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi və tələbin dəqiqləşdiriləmsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Attenti” markalı bir ədəd mobil nəzarət qurğusunun və ona quraşdırılmış proqram lisenziyasının, bir ədəd elektron qolbağının və ona quraşdırılmış proqram lizensiyasının, bir ədəd elektron qolbağının və bir ədəd adabtorun dəyəri (ƏDV ilə birlikdə), yəni cəmi 2277,40 məbləğində pulun tutularaq Dövlət Xəzinədarlıq agentliyi Kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T SÇTREAZ22, Ədliyyə Nazirliyi Hesab №AZ50CTRE********************, VÖEN **********, büdcə təsnifatının kodu: 142120, büdcə səviyyəsinin kodu: 7 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Tərtər iayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh Tərtər Rayon məhkəməsinin 1(061)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. İş onun icraatında olmuşdur. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə onun, məhkumun iştirakı ilə məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmiş və bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor məhkum, hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bütün bunlarla yanaşı cavabdehə bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edimişdir. Cavabdehin cəza müddəti başa çatdığından ona tətbiq edilmiş elektron nəzarət vasitələri götürülmüş və X3 təhvil verilmişdir. X2 ENV-yə baxışı keçirilərkən qurğunun yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Doğrudur cavabdeh (məhkum) cəzasının başa çatmasına iki-üç ay qalmış aparatın işləmədiyi, yəni enerji yığmadığı barədə ona məlumat vermişdir. Özü də aparata baxdıqda aparatın işləmədiyini, yəni enerji yığmadığını müəyyən etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri ƏDV ilə birlikdə 2277,40 manat hesablanmışdır. Tələb olunsa da cavabdeh həmin məbləği ödəməyəcəyini bildirmişdir. Ona görə də hazır kı iddia ilə məkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Tərtər Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökm icra olunması üçün İddiaçınə göndərilmişdir. O, İddiaçınə çağırılmış, onun və icra məmurunun iştirakı ilə məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olması, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və bir ədəd elektron qolbağ, bir ədəd adaptor onun üzrənə quraşdırılaraq təhvil verilmişdir. Cəza müddəti başa çatdığından ona tətbiq edilmiş elektron nəzarət vasitələri icra məmuru tərəfindən götürülmüşdür. Məhkəmənin diqqətinə çatdırır ki, cəzasının başa çatmasına iki-üç ay qalmış aparatın işləmədiyi, yəni enerji yığmadığı barədə icra məmuruna məlumat vermişdir. İcra məmuru Namiq Müseyibov da aparata baxdıqda aparatın işləmədiyini, yəni enerji yığmadığını görmüşdür. Hazırda ondan dəymiş ziyanla bağlı 2277,40 manat pul tələb olunur. Sözügedən elektron qurğunun işləməməsi onun təqsiri üzündən baş verməmişdir. Elektron qurğuda hər hansı bir sınıq, zədə olmamışdır. Elektron qurğunun içində nə olması barədə məlumatsızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İşdə olan Tərtər Rayon məhkəməsinin 1(061)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Cavabdeh şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, ona təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzasının icrası müddətinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Bərdə rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş və hökmün icrası İddiaçınə həvalə edilmişdir. İşdə olan İddiaçı icra məmuru Namiq Müseyibov tərəfindən tərtib olunmuş Cavabdeh elektron nəzarət vasitəsinin tətbiq edilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2022-ci protokolun təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ona elektron nəzarət vasitələri tətbiq edilmişdir. Həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədələndikdə və ya digər üsulla yararsız vəziyyətə saxlandıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İşdə olan "xxxx" QSC-nin direktoru Teymur Tağıyev tərəfindən Azərbaycan Respublikadı Ədliyyə Nazirliyi Probasiya Xiddmətinin rəisi Akşin Ziyadova ünvanlanmış xx.xx.2021-ci il tarixli, ED-M-№96-21 21/3-1149 saylı məktubun təsdiq olunmuş surətindən görünür ki, 1 dəst elektron qolbağ mobil nəzarət qurğusunun (stasionar və və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla birlikdə) qiyməti 2277,40 manat təşkil edir. İşdə olan "xxxx" QSC-nin mühəndisi Eldar Qurbanov tərəfindən “elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” mütəxəssis rəyinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə xx.xx.2024-cü il tarixdə baxış keçirildiyi, istifadə qaydalarına düzgün riayət olunmadığı səbəbindən qurğunun yararsız vəziyyətdə olması, təmirinin mümkün olmaması və istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, məhkəmə prosesinin gedişində iş üzrə əhəmiyyətli halların hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək, yəni bir sözügedən bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusunun, ona quraşdırılmış proqram lilsenziyasının, bir ədəd elektron qolbağı və bir ədəd adaptorun istifadəyə yararsız olub-olmamasının, yararsızdırsa bunun Cavabdeh həmin qurğuları işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etməməsi nəticəsində yaranıb-yaranmaması və sözügedən bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, ona quraşdırılmış proqram lilsenziyası, bir ədəd elektron qolbağı və bir ədəd adaptor yararsızdırsa yararsız vəziyyətə düşmə nəticəsində dəymiş ziyanın məbləğinin nə qədər təşkil etməsi barədə halların müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmənin 2(061)- 1457/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə kompleks məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş materialları qərardadla birlikdə ekspertizanın aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, lakin xx.xx.2025-ci il tarixli məlumata əsasən ekspert qarşısında qoyulmuş sualların cavablandırılması, yəni “Attenti” markalı mobil nəzarət qurğusunun istifadəyə yararsız olub-olmamasının müəyyən edilməsi müvafiq istehsalçı şirkətinin məhsullarına texniki xidməti həyata keçirən (o cümlədən "xxxx" MMC şirkətinin və s.) ixtisaslaşmış mütəxəssisinin tərəfindən həll edilə bildiyi üçün həmin ixisaslaşmış mütəxəssislərə müraciət edilməsi tövsiyyə olunaraq qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləni 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, cavabdeh (məhkum) Cavabdeh Tərtər Rayon məhkəməsinin 1(061)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş və hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmış, ona 1 ədəd mobil nəzarət qurğusu qurarşdırılaraq təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda və ya itirdikdə dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Hökmün icra müddəti başa çatdıqdan sonra Cavabdeh üzərinə quraşdırılmış elektron nəzarət vasitələri onun üzərindən götürülərək Ədliyyə Nazirliyinin X3 təhvil verilmişdir. X1 əməkdaşları və mütəxəssisin iştirakı ilə Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və həmin elektron nəzarət vasitəsinin istifadə qaydalarına düzgün riayət olunmaması səbəbindən qurğunun yararsız vəziyyətdə olması, təmirinin mümkün olmaması və istifadəyə tam yararsız olması müəyyən edilmişdir. Cavabdehdən (məhkumdan) vurduğu ziyanın əvəzinin ödənilməsi tələb olunsa da, vurulmuş ziyanın əvəzi ödənilməmişddir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin sözügedən qurğuların dəyərinin ƏDV ilə birlikdə 2277,40 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandıra bilmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirsə də etirazının əsaslı olmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqavilədən kənar öhdəliklərə aid olmaqla əmlaka zərər vurulması (delikt) nəticəsində yaranan hüquq münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi və deliktlə bağlı normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, iddiaçının nümayənddəsinin izahatına və işdə olan digər sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi həm hüquqi, həm də faktiki əsasa malikdir. Ona görə də təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı büdcə təşkilatı olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu, habelə iddia təmin edildiyi və iddiaçının tələb etdiyi məbləğ 1000 manatdan yuxarı olduğu üçün həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 42,78 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 2277,40 manat pul alınaraq Dövlət Xəzinədarlıq agentliyi Kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T SÇTREAZ22, Ədliyyə Nazirliyi Hesab №AZ50CTRE********************, VÖEN **********, büdcə təsnifatının kodu: 142120, büdcə səviyyəsinin kodu: 7 hesaba ödənilsin. İş üzrə ödənilməli olan 42,78 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar