Məhkəmə qərarları › İş №2(061)-598/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-598/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-598/2025 20.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi 3-cü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər X1 və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və məhdudiyyətin götürülməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 və Tərttər rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Miitsubishi Pajero” minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqısınaa dair müqavilənin bağlanmış hesab olunması və həmin avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə icraatın dayandırılması barədə vəsatət verdiyi üçün işə mahiyyəti üzrə baxılmamış və vəsatət təmin edilərək işin icraatı dayandırılmışdır. İşin icraatının dayandırılmasına əsas olmuş hal aradan qalxdığından sonrakı prosesual hərəkətlərin həyata keçirilməsi üçün iş icraat təzələnmiş və məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. İdiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, elektron məhkəmə sisteminin verdiyi məlumata əsasən xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclası sonuncu baxış iclası kimi göstərildiyindən məhkəmə iclasının təxirə salınması obyektiv səbəbdən mümkün olmamış, nə də ki, işin materiallarına əsasən işə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş "xxxx" QSC BOKT-nin nümayəndəsi X4 işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə iclasına gəlmədiyindən iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanmalı və iddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığı üçün iddia ərizəsinə baxılması üçün İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər X1 və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və məhdudiyyətin götürülməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi baxılması ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri geri qaytarılsın. İddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar