Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-614/2024 08.08.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı vəkalətli nümayəndəsi (atası) X1, Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkalətli nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Tərtər rayon Notariat Ofisinə qarşı üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC adlandırılacaq) və Tərtər rayon İcra və Probasiya Şöbəsi olmaqla 15 dekabr 2023-cü il tarixli, 8İ-4356 nömrə ilə və 25 dekabr 2023-cü il tarixli, 8İ-4481 nömrə ilə reyestrdə qeyd edilmiş və informasiya sisteminə daxil edilmiş icra qeydlərinin ləğv edilməsi və icra hərəkətlərinin dayandırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tərtər rayon Notariat Ofisinin notariusu tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli, 8İ-4356 nömrə ilə və 25 dekabr 2023-cü il tarixli, 8İ-4481 nömrə ilə reyestrdə qeyd edilmiş və informasiya sisteminə daxil olmuş icra qeydlərinin ləğv edilməsi və icra hərəkətlərinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti onunla notarial qaydada xx.xx.2021-ci il tarixli, BPM**********313 nömrəli kredit müqaviləsi baglayaraq istehlak məqsədləri üçün 48 ay müddətinə hər ay 283.60 man ödənilməklə illik 22 % olmaqla 9000.00 manat məbləgində kredit vermişdir. Həmin müqavilənin 8-ci bəndində notarius tərəfindən icra qeydinin aparılması barədə müddəa nəzərdə tutulmamasına baxmayaraq Tərtər rayon Notariat Ofisinin Xüsusi Notariusu 15 dekabr 2023-cü il tarixli, 8İ- 4356 № ilə reyestrdə qeyd edilmiş icra qeydi verərək «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsaslanaraq vaxtında ödənilməmiş 582.88 manat borc və tələbkar tərəfindən ödənilmiş 25.00 manat məbləgində dövlət rüsumu olmaqla, cəmisi 607.88 manat və Tərtər rayon Notariat Ofisinin Xüsusi Notariusu 25 dekabr 2023-cü il tarixli, 8İ-4481 № ilə reyestrdə qeyd edilmiş icra qeydi verərək «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsaslanaraq vaxtında ödənilməmiş 6214.99 manat borc və tələbkar tərəfindən ödənilmiş 25.00 manat məbləgində dövlət rüsumu olmaqla, cəmisi 6239.99 manat pulun ondan tutulmasını qərara almışdır. Hesab etmişdir ki, notariusun icra qeydi verilərkən bir sıra hallar nəzərə alınmadıgı üçün həmin icra qeydinə etiraz verilməli və icra qeydi ləgv edilməklə icra hərəkətləri dayandırılmalı və bu borcun ödənilməsinə iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, o, tələb edilən 6214.99 manat və 582.88 manat pulun demək olar ki, hamısını ödəmişdir və hər ay da 284.00 manat pul ödəmişdir (bu faktı sübut edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialı tərəfindən ona təqdim edilmiş 22 fevral 2024-cü il tarixli hesabdan çıxarışı və son ödəniş qəbzlərini bu ərizəyə əlavə etmişdir). Bundan əlavə qeyd etmişdir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin hazırda əsassız olaraq faiz borcları da hesablanmışdır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin həmin qanunun tələbi pozulmuş, ona bu barədə heç bir bildiriş gəlməmişdir. Yalnız Tərtər rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona göndərilmiş məktub vasitəsilə icra qeydi barədə məlumatı olmuşdur. Əsas borcun, faiz borcunun ayrı-ayrılıqda göstərilməməsi həmin borc barədə mübahisə yaratmışdır. Qanunun tələbinə görə borc mübahisəsiz olduqda icra qeydi verilə bilər. Borc məbləği barədə mübahisə olması və icra qeydindən əvvəl ona bildiriş göndərilməməsi icra qeydinin ləğv edilməsi üçün əsasdır. Bundan əlavə, Notariat Ofisi də borcun ödənilməsi barədə borclu kimi ona yazılı bildiriş göndərməmiş, hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmış, həmçinin Azərbaycan Respublikası Nazirlər Kobinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»-ın 162-ci bəndinin tələblərini pozmuşdur. Bundan əlavə icra qeydi barədə məlumatı olması ilə baglı bildirmişdir ki, icra məmuru tərəfindən qəbul edilmiş «İcraata başlamaq haqqında» qərarla tanış olarkən sözügedən «İcra qeydi» barədə məlumatı olmuş, lakin cavabdeh Notariat Ofisi «İcra qeydi»nin aparılması barədə yazılı bildiriş göndərməmişdir. Bu halların təsdiqi kimi onu qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kobinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»-ın 162-ci bəndinə əsasən əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edildiyi hallarda icra qeydi aparıla bilər. İcra Qeydində göstərilən məbləğdə kredit borcunun olduğunu təsdiq edən mərkəzləşdirilmiş kredit reyestrində qeydə alınmış məlumat yoxdur. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»-ın 164-cü bəndinə əsasən icra qeydində ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə olan məlumatlar əks olunmalıdır. Buna baxmayaraq mübahisələındirilən İcra Qeydində borc məbləği ümumi olaraq göstərilmiş, həmin məbləğin hansı hissəsinin əsas borc, hansı hissəsinin isə hesablanmış faizlərin və peniyanın olması öz əksini tapmamışdır. Göründüyü kimi Tərtər rayonu Notariat Ofisi tərəfindən qeyd olunan İcra Qeydi verilərkən yuxarıda qeyd olunan təlimatın tələbləri pozulmuş, Təlimatın tələbinə uyğun olaraq göstərilməsi məcbur olan məlumatlar icra qeydinə tam olaraq göstərilməmişdir. Ona görə də, icra qeydinin mübahisələndirilərək ləgv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda göstərilənlərə əsasən Tərtər rayon Notariat Ofisinin Xüsusi Notariusu tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli, 8İ- 4356 № ilə və 25 dekabr 2023-cü il tarixli, 8İ-4481 № ilə reyestrdə qeyd edilmiş və informasiya sisteminə daxil edilmiş icra qeydlərinin ləğv edilməsi və icra hərəkətlərinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi atası X5 iddia ərizəsinə əlavələr edərək göstərmişdir ki, o, Tərtər Rayon Notariat Ofisinə qarşı, üçüncü şəxslər - "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Tərtər rayon İcra və Probasiya Şöbəsi olmaqla «Tərtər rayon Notariat Ofisinin Xüsusi Notariusu tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli, 8İ-4356 № ilə və 25 dekabr 2023-cü il tarixli, 8İ-4481 № ilə reyestrdə qeyd edilmiş və informasiya sisteminə daxil edilmiş icra qeydlərinin ləğv edilməsi və icra hərəkətlərinin dayandırılması barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mübahisəli iş üzrə qanuni və əsaslı qətnamə çıxarılmasına nail olmaq üçün iddianın əsasına əlavələr etmək qərarına gəlmiş, hesab etmişdir ki, bu əlavələr iddianın tamamilə təmin edilməsi üçün əsas olacaq. Belə ki, bu əlavəni məhkəməyə təqdim etməklə sübut etmək istəmişdir ki, hazırki iş üzrə mübahisə vardır və bu mübahisə aşagıdakı dəlilləri ilə təsdiq edilmişdir. Belə ki, cavabdehin- ABB Problemli kreditlərlə İş Departamentinin direktoru Elvin Məmmədov tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 6-2-22/2-17453/2024№-li məktubunda maliyyə arayışına istinadən qeyd edilmişdir ki, borclunun banka ödənilməmiş xx.xx.2020-ci il tarixli, BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə xx.xx.2023-cü il tarixinə 500 manat əsas, 82.48 manat faiz borcu olmaqla, cəmi 582.48 manat borcu, xx.xx.2021-ci il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023cü il tarixinə 6196.54 manat əsas, 18.05 manat faiz borcu olmaqla, cəmi 6214.59 manat borcu qalmışdır. Cavabdehin bu arqumenti mübahisəli olmaqla tamamilə əsassızdır. Belə ki, cavabdeh nəzərə almamışdır ki, oglu İddiaçı oglu xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 9 (doqquz) dəfə ödəniş etməklə cəmisi 2685.00 manat, onun özü isə oglu İddiaçı oglunun adından xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 10 (on) dəfə ödəniş etməklə cəmi 2803.00 manat ödəniş etmişdir ki, bu da ümumilikdə 5488.00 manat etmişdir. Bu isə o deməkdir ki, müqavilə üzrə onun cəmi 3512.00 (9000-5488.00=3512.00) manat borcu qalmışdır və o da həmin borcu hər ay cədvələ uygun 285.00 manat ödəmişdir və son 12 ay ərzində bu borc tamamilə ödənilib baglanacaqdır. Cavabdeh isə borcu 2 (iki) dəfə şişirdərək 6214.59 manat göstərmişdir. Bununla yanaşı icra qeydinin aparılması üçün müraciət ediləndən əvvəl (cədvələ uygun olaraq xx.xx.2023-cü ildə 284.00 manat və xx.xx.2023-cü ildə 285.00 manat ödənilmişdir ) və ondan sonra da ( cədvələ uygun olaraq xx.xx.2023-cü ildə 284.00 manat və xx.xx.2024-cü ildə 284.00 manat ödənilmişdir) cədvəl üzrə kredit ödənişi həyata keçirilmiş, lakin cavabdeh və "xxxx" Açıq Səhmdar Cəmiyyəti bu mübahisəli halı qiymətləndirməmişlər. Bundan əlavə "xxxx" Açıq Səhmdar Cəmiyyəti icra qeydinin aparılması üçün Tərtər rayon Notariat Ofisinə müraciət etməmişdən azı 20 gün əvvəl ona sifarişli poçt vasitəsilə tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərərək onu məlumatlandırmalı oldugu halda bunu etməmiş və bunununla da «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 161- ci hissəsinin müddəlarının tələblərini pozmuşdur ki, bu hal da icra qeydinin ləgvi üçün əsasdır. Belə ki, iş materiallarına əlavə edilmiş guya ona göndərilmiş bildirişin alınmasını təsdiq edən sifarişli poçt xəbərnaməsindəki imza oglu İddiaçı oglunun və digər ailə üzvlərinin imzası olmamışdır. Bundan əlavə «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 76-cı maddəsində göstərilir ki, tələbkar yəni "xxxx" Açıq Səhmdar Cəmiyyəti icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməli və yalnız bundan sonra borclunun olduğu yer üzrə notarius (hazırki halda cavabdeh Tərtər rayon Notariat ofisi) borcludan pul məbləğlərini tutmaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Lakin iş materiallarından görünür ki, borclu tərəfindən öhdəlik bildirişin verildiyi müddətdən həm əvvəl, həm həmin müddətdə icra edilmişdir. Belə olan halda icra qeydi aparıla bilməzdi. Məhz buna görə də «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən icra qeydini məhkəmə qaydasında mübahisələndirmişdir və iş üzrə mübahisə oldugu üçün icra qeydi məhkəmə qaydasında ləgv olunmalı və cavabdeh ümumi iddia icraatı qaydasında məhkəməyə müraciət edərək qalmış borcunu tələb etməlidir. ABB-na olan borc isə onun tərəfindən xx.xx.2021-ci ildə 9.00 manat, xx.xx.2021-ci ildə 400.00 manat,xx.xx.2021-ci ildə 5.00 manat, xx.xx.2021-ci ildə 10.00 manat, xx.xx.2022-ci ildə 5.00 manat, xx.xx.2022-ci ildə 5.00 manat, xx.xx.2023-cü ildə 1651.00 manat, xx.xx.2023-cü ildə 100.00 manat, xx.xx.2023-cü ildə 500.00 manat, cəmi 9 (doqquz) dəfə ödəniş edilməklə 2685.00 manat kredit borcu ödənilmişdir. Onun ABB-na olan kredit borcu atası tərəfindən xx.xx.2023-cü ildə 272.00 manat, xx.xx.2023-cü ildə 284.00 manat, xx.xx.2023-cü ildə 284.00 manat, xx.xx.2023-cü ildə 285.00 manat, xx.xx.2023-cü ildə 284.00 manat, xx.xx.2024-cü ildə 284.00 manat, xx.xx.2024-cü ildə 284.00 manat, xx.xx.2024-cü ildə 275.00 manat, xx.xx.2024-cü ildə 10.00 manat, xx.xx.2024-cü ildə 284.00 manat, xx.xx.2024-cü ildə 227.00 manat, xx.xx.2024-cü ildə 30.00 manat, 10 ay ərzində 12 dəfəyə ümumilikdə 2803.00 manat kredit borcu ödənilib. Yuxarıda qeyd olunanlara əsasən bildirirmişdir ki, icra qeydi verilənədək son 13 (on üç) ay ərzində daimi olaraq orta hesabla ayda 296.00 manat olmaqla cəmi 3810.00 manat (2685.00 +1125.00 = 3810.00 manat) manat pul ödənilmişdir ki, bu da ayda orta hesabla cədvəl üzrə ödənilməsi nəzərdə tutulan 284.00 manat borc məbləgindən 12.00 manat çoxdur. Bu isə o deməkdir ki, müqavilə öhdəliyinə tam əməl edilmişdir və bu səbəbdən də icra qeydi verilə bilməzdi. Bu faktı "xxxx"nın xx.xx.2024-cü il tarixdə kreditin ödənilməsini özündə əks etdirən cədvəli də təsdiq etmişdir. Belə ki, sistemdə həmin tarixə olan cədvəl üzrə ödəmənin müqavilələr üzrə 227 manat və 30 manat olması göstərilmişdir. Bütün bu hallar və qanunvericiliyin aşagıda qeyd olunan müddəaları icra qeydinin əsassız olmasın sübuta yetirir ki, bu haldada icra qeydi ləgv edilməlidir. Yuxarıda qeyd olunanların iddianın əsasına qəbul edilməsi və bu əsasla iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkalətli nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İddiaçı onun doğma oğludur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq işi ilə bağlı məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkalətli nümayəndəsinin əmək müqaviləsinin müddətinin bitdiyini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir (arayışın etbarlılıq müddəti xx.xx.2025-ci il qeyd edilmişdir bu səbəbdən vəsatətin qəbul edilməməsi məqsədə müvafiqdir). O, iddiaçının vəkalətli nümayəndəsi kimi iddia tələbində göstərilənləri bir daha təsdiq etmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı tərəfindən ödənilmiş məbləğlər arasında mübahisə olduğunu, həmin mübahisənin məhkəmə iclasında hər iki tərəfin iştirakı ilə çəkişmə prinsipinə riayət olunmaqla araşdırılmasının təmin edilməsini xahiş etmiş, cavabdehin məhkəmə iclasında iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AR-İİİ 293843 saylı xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı atası X3 etibarnamə verərək onu məhkəmə iclaslarında təmsil etməyi həvalə etmişdir. Cavabdehnə və üçüncü şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərin barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakları olmadan iddia tələbinə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkalətli nümayəndəsi X6 iddiaya qarşı etiraz edərək göstərmişdir ki, "xxxx"nın müştərisi olan İddiaçı ilə "xxxx" arasında xx.xx.2020-ci il tarixli BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsi imzalamışdır. Həmin müqavilənin 4.1.1.2-ci bəndinə əsasən kredit məbləği, illik faiz dərəcəsi və digər zəruri məlumatlar “Bank kartına kredit limitinin təyin edilməsinə dair Razılaşmada” göstərilməklə, cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin Bank ilə İddiaçı arasında imzalanmış xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli müqaviləyə əsasən illik 22 % ilə hesablamaqla 48 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. Lakin borc alan tərəfindən hər iki müqavilə üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehlə hər iki kredit borcunun qaytarılması haqqında onlar tərəfdən xx.xx.2020-ci il tarixli BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart krediti borcu üzrə xx.xx.2023-cü il tarixli və xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli müqaviləyə əsasən nağd kredit borcu üzrə xx.xx.2023-cü il tarixli bildirişlər göndərilərək xəbərdarlıqlar edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Bildirişlər borcluya çatdırılmış, borclu ödəniş olunmayacağı təqdirdə icra qeydinin aparılması barədə məlumatlandırlmışdır. İddiaçı hər iki kredit üzrə həm şifahi, həm də yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borcla bağlı banka hər hansı müraciət olunmamışdır. Bankın Nizami filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, borclunun banka ödənilməmiş xx.xx.2020-ci il tarixli BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə xx.xx.2023-cü il tarixə 500 manat əsas borcu, 82,48 manat faiz borcu olmaqla, cəmi 582,48 manat borcu, xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə xx.xx.2023-cü il tarixinə 6196,64 manat əsas, 18.05 manat faiz borcu olmaqla, cəmi 6214,59 manat borcu qalmışdır. Daha sonra isə hər iki kredit üzrə icra qeydinin aparılması üçün notariusa müraciət edilərkən hər icra qeydi üçün 25 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. “Notariat haqqıpnda” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar icra qeydinun aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsi ilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməlidir. Qanunun tələblərinə riayət edilərək borcluya bildiriş göndərilmiş, lakin öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülmədiyindən borcludan xx.xx.2020-ci il tarixli BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart krediti borcunun tutulması üçün xx.xx.2023-cü il tarixdə və xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli müqaviləyə əsasən nağd kredit borcunun tutulması üçün xx.xx.2023-cü il tarixində borclunun olduğu yer üzrə notariusa müraciət olunmuşdur. xx.xx.2020-ci il tarixli BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart krediti borcu üzrə xx.xx.2023-cü il tarixli 8İ-4356 nömrəli icra qeydi ilə borclu İddiaçı "xxxx" ASC-in xeyrinə 607,88 manat məbləğində pul tutulması və xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə xx.xx.2023-cü il tarixli 8İ-4481 nömrəli icra qeydi ilə borclu İddiaçı "xxxx"nın xeyrinə 6239,99 manat məbləğində pul tutulması müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi icra qeydləri qanunvericiliyin tələblərinə uyğun çıxarıldığından icra qeydlərinin ləğvi üçün heç bir əsas yoxdur. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli müqaviləyə əsasən ona illik 22 faiz ilə hesablamaqla 48 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icra qeydinin surətində göstərilmişdir ki, Tərtər rayon Notariat Ofisinin xüsusi notariusu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə AZ 1005, ünvan 1 ünvanında qeyləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ünvan 2 ünvanında qeydiyyatda İddiaçı müddət üçün vaxtında ödənilməmiş 582 manat 88 qəpik tutulsun, bundan əlavə borclu İddiaçı 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 607 manat 88 qəpik pul tutulsun. Həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icra qeydinin surətində göstərilmişdir ki, Tərtər rayon Notariat Ofisinin Xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə AZ 1005, ünvan 1 ünvanında qeyləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ünvan 2 ünvanında qeydiyyatda İddiaçı müddət üçün vaxtında ödənilməmiş 6214 manat 99 qəpik tutulsun, bundan əlavə borclu İddiaçı 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 6239 manat 99 qəpik pul tutulsun. Həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır. İş materiallarında olan Tərtər rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İddiaçı 25 manat, 582,88 manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, icra sənədi üzrə icraata başlanması və 10 gün müddətində borcunun ödənilməsi ilə bağlı qərar verilmişdir. İş materiallarında olan İddiaçı sorğu məktubuna "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavabından görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı müraciətinə baxıldığı, bank tərəfindən ərizədə qeyd etdikləri ilə bağlı araşdırma aparıldığı, ona yekun nəticə ilə bağlı məlumat veriləcəyi bildirilmişdir. (lakin icra qeydləri ilə bağlı hər hansı bir qeydiyyat aparılmamışdır) Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mülki iş üzrə üçüncü şəxs "xxxx" ASC-in müştərisi olan İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixli BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsi imzalamış, cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin Bank ilə İddiaçı arasında imzalanmış xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli müqaviləyə əsasən illik 22 faiz ilə hesablamaqla 48 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. Tərtər rayon Notariat Ofisinin Xüsusi Notariusu 15 dekabr 2023-cü il tarixli, 8İ-4356 № ilə reyestrdə qeyd edilmiş icra qeydi verərək «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsaslanaraq vaxtında ödənilməmiş 582.88 manat borc və tələbkar tərəfindən ödənilmiş 25.00 manat məbləgində dövlət rüsumu olmaqla, cəmisi 607.88 manat və bununla yanaşı Tərtər rayon Notariat Ofisinin Xüsusi Notariusu 25 dekabr 2023-cü il tarixli, 8İ-4481 № ilə reyestrdə qeyd edilmiş icra qeydi verərək «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsaslanaraq vaxtında ödənilməmiş 6214.99 manat borc və tələbkar tərəfindən ödənilmiş 25.00 manat məbləgində dövlət rüsumu olmaqla, cəmisi 6239.99 manat pulun məndən tutulmasını qərara almışdır. Bu göstərilən hallar məhkəmə iclasında elan olunmuş sənədlərlə təsdiq olunmuşdur. Məhkəmə iclasında iddiaçının vəkalətli nümayəndəsi X8 oglu verdiyi izahatında iddiaçının icra qeydində göstərilən borcla baglı böyük mübahisə oldugundan ondan şikayət verdiyini, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcun icra qeydində göstərilən məbləgdən dəfələrlə az oldugunu, bu səbəbdən də "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə aralarında mübahisənin oldugunu, Bank tərəfindən borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə ümumi qaqydada müraciət edilərək aralarında yaranmış mübahisənin araşdırılmasını və icra qeydinin ləgv edilməsi ilə baglı məhkəməyə iddia ərizəsi və sonradan iddianın əsasına əlavələr edilməsi barədə ərizə ilə müraciət etdiyini və bu zaman Ali Məhkəmə tərəfindən hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına dair Ali Məhkəmənin oxşar mübahisələr üzrə çıxarılmış bir çox qərarlarını da məhkəməyə təqdim etdiyini və iddianın təmin edilməsini xahiş etmiş, izahatında eyni zamanda «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin pozularaq tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmədiyini, icra qeydinin alınmasına dair məhkəməyə təqdim edilmiş poçt xəbərnaməsində olan imzanın iddiaçıya və ya nümayəndə kimi ona məxsus olmadıgını, yalnız Tərtər Rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaçının ünvanına göndərilmiş məktub vasitəsilə onun icra qeydi barədə məlumatının oldugunu, icra qeydində əsas borcun, faiz borcunun ayrı-ayrılıqda göstərilməli oldigu halda göstərilmədiyini, borc məbləğinin yalnız ümumi olaraq göstərildiyini, bu səbəbdən həmin borc barədə ciddi mübahisə yarandıgını, qanunun tələbinə görə borc yalnız mübahisəsiz olduqda icra qeydinin verilə biləcəyini, borc məbləği barədə mübahisənin olmasının və icra qeydindən əvvəl ona bildiriş göndərilməməsinin icra qeydinin ləğv edilməsi üçün əsas oldugunu, Notariat Ofisinin də borcun ödənilməsi barədə borclu kimi ona yazılı bildiriş göndərmədiyini, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi apardıgını, İcra Qeydində göstərilən məbləğdə kredit borcunun olduğunu təsdiq edən mərkəzləşdirilmiş kredit reyestrində qeydə alınmış məlumatın olmadıgını göstərərək və buna görə də, icra qeydinin mübahisələndirilərək ləgv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etdiyini, məhkəmənin işin həqiqi hallarını nəzərə alıb iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üşüncü şəxs "xxxx" ASC-in səlahiyyətli nümayəndəsi Hümbət İsgəndərov göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı”nın müştərisi olan İddiaçı ilə "xxxx" arasında xx.xx.2020-ci il tarixli BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsi imzalamış, müqavilənin 4.1.1.2-ci bəndinə əsasən kredit məbləği, illik faiz dərəcəsi və digər zəruri məlumatlar “Bank kartına kredit limitinin təyin edilməsinə dair Razılaşmada” göstərilməklə, cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. Eləcə də Bank ilə İddiaçı arasında imzalanmış xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli müqaviləyə əsasən illik 22 faiz ilə hesablamaqla 48 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. Borc alan İddiaçı hər iki müqavilə üzrə müəyyən edilmiş öhdəlikləri vaxtında yerinə yetirməmişdir. Cavabdehlə hər iki kredit borcunun qaytarılması haqqında onlar tərəfdən xx.xx.2020-ci il tarixli BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart krediti borcu üzrə xx.xx.2023-cü il tarixli və xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli müqaviləyə əsasən nağd kredit borcu üzrə xx.xx.2023-cü il tarixli bildirişlər göndərilərək xəbərdarlıqlar edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Bildirişlər borcluya çatdırılmış, borclu ödəniş olunmayacağı təqdirdə icra qeydinin aparılması barədə məlumatlandırlmışdır. İddiaçı hər iki kredit üzrə həm şifahi, həm də yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borcla bağlı banka hər hansı müraciət olunmamışdır. Bankın Nizami filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, borclunun banka ödənilməmiş xx.xx.2020-ci il tarixli BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə xx.xx.2023-cü il tarixə 500 manat əsas borcu, 82,48 manat faiz borcu olmaqla, cəmi 582,48 manat borcu, xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə xx.xx.2023-cü il tarixinə 6196,64 manat əsas, 18.05 manat faiz borcu olmaqla, cəmi 6214,59 manat borcu qalmışdır. Daha sonra isə hər iki kredit üzrə icra qeydinin aparılması üçün notariusa müraciət edilərkən hər icra qeydi üçün 25 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmiş və müqavilələrə əsasən nağd kredit borcunun tutulması üçün xx.xx.2023-cü il tarixində borclunun olduğu yer üzrə notariusa müraciət olunmuşdur. xx.xx.2020-ci il tarixli BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart krediti borcu üzrə xx.xx.2023-cü il tarixli 8İ-4356 nömrəli icra qeydi ilə borclu İddiaçı "xxxx" ASC-in xeyrinə 607,88 manat məbləğində pul tutulması və xx.xx.2021ci il tarixli BPM**********13 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə xx.xx.2023-cü il tarixli 8İ-4481 nömrəli icra qeydi ilə borclu İddiaçı "xxxx"nın xeyrinə 6239,99 manat məbləğində pul tutulması müəyyən olunmuşdur. İcra qeydlərinin qanunun tələblərinə əsasən verildiyini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş borc alan İddiaçı sorğu məktubuna "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavabında, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı müraciətinə baxıldığı, bank tərəfindən ərizədə qeyd etdikləri ilə bağlı araşdırma aparıldığı, ona yekun nəticə ilə bağlı məlumat veriləcəyi bildirilmişdir. Lakin həmin cavab məktubunda icra qeydləri ilə bağlı hər hansı bir qeydiyyat aparılmamışdır. Məhkəmə hesab edir ki, hazırda tərəflər arasında kredit məbləği ilə bağlı mübahisə olduğundan, cavabdehin maddı vəziyyəti ilə bağlı hər hansı bir məlumat olmadığından icra qeydlərinin ləğv edilməsi və Bank tərəfindən mübahisənin həll edilməsi üçün iddia icraatı qaydasında məhkəməyə müraciət etməsi daha məqsədə müvafiqdir. Belə ki, iş materiallarında elan olunmuş çoxsaylı ödəniş qəbzlərindən görünür ki, İddiaçı oglu üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunu kredit müqaviləsinin baglandıgı xx.xx.2021-ci il tarixdən başlayaraq məhkəmənin keçirildiyi son iclas tarixi olan xx.xx.2024-cü il tarixədək olan müddət ərzində, o cümlədən icra qeydinin aparılması üçün Tərtər Notariat Ofisinə təqdim edldiyi gündən əvvəl və sonra mütəmadi olaraq kredit cədvəlinə uygun olaraq hər ay azı 284 manat ödəniş etmişdir. Həmin ödəniş məbləgləri üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı ilə mübahisələndirildiyindən yeni məhkəmə araşdırılması aparılmaqla dəqiqləşdirilməlidir. Ona görə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Lakin hazırki halda İddiaçı oglu etdiyi ödəniş qəbzlərinin dogru oldugunu və mötəbər sübut kimi qəbul edilməli oldugunu, lakin üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışını isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğunu və bu səbəbdən də həmin sənədlərin borcu təsdiq edən mötəbər sübutlar kimi qəbul edilməli olmadıgını qeyd edərək, İddiaçı oglunun etdiyi ödənişlərin isə üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş hesabdan çıxarış və maliyyə arayışı ilə mübahisələndirildiyindən icra qeydi əsasında tutulmanın aparılması qanunamüvafiq deyildir. Bununla baglı məhkəmə oxşar işlər üzrə vahid məhkəmə təcrübəsinə uygun formalaşmış hüquqi mövqeyi xatırladaraq onu da qeyd etməyi zəruri hesab edir ki, Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir. Bu hal Ali Məhkəmənin oxşar mübahisələr üzrə çıxarılmış bir çox qərarlarında, o cümlədən xx.xx.2023-cü il tarixli, 2-291020-575/2023№-li qərarının 38 və 40-cı bəndlərində, xx.xx.2021-ci il tarixli, 2-2(102)-239/2012№-li qərarının 30-cu bəndində, xx.xx.2021-ci il tarixli, 2(102)-1113/2021№-li qərarının 16 və 31-ci bəndlərində öz təsdiqini tapmışdır ki, bu da məhkəmə presedentlərini təşkil edir. Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli, 310-İQ №-li Qanununun «Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması» adlanan 79-1-ci maddəsinin ikinci abzasının müddəalarına görə, hazırkı işə oxşar işlər üzrə vahid məhkəmə təcrübəsi formalaşmış hesab edilməlidir (Ali Məhkəmənin oxşar mübahisələr üzrə çıxarılmış xx.xx.2023-cü il tarixli, 2- 291020-575/2023№-li qərarının 38, 40 və 41-ci bəndləri). Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli, 310-İQ №-li Qanununun 79- 1-ci maddəsinin ikinci abzasında göstərilir ki, Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hazırki mübahisədə isə üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətii isə Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının mötəbər sübut kimi qəbul etmədiyi həmin hesabdan çıxarış və maliyyə arayışına əsaslanaraq icra qeydinin aparılması üçün müraciət etmişdir ki, bu da əsassızdır. Belə ki, Ali Məhkəmənin oxşar mübahisələr üzrə çıxarılmış xx.xx.2023-cü il tarixli, 2-2(102)-575/2023№-li qərarının 38 və 40-cı bəndlərində Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışının birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmədiyi göstərilmişdir. Ali Məhkəmənin Banklarla olan mübahisəli işlərdə belə bir hüquqi mövqeyə gəlməsi sosial ədalətin və bərabərliyin bərpa olunmasına xidmət edir. İş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında BPM**********13 nömrəli müqavilə xx.xx.2021-ci il tarixdə illik 22 faiz ilə hesablamaqla 48 ay müddətinə bağlanmışdır. Müqavilənin müddəti 2025-ci ildə başa çatır. İddiaçı həmin müqavilə üzrə ödənişlər etmiş və bu barədə ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında ödənişlə bağlı mübahisə mövcuddur. İddiaçının maddı vəziyyəti ilə bağlı hər hansı bir məlumat əldə olunmadan icra qeydləri çıxarılmışdır. Halbu ki, vacib və zəruri şərtlər nəzərə alınmaqla qanunun tələbləri əsas tutularaq tərəflər arasında çəkişmə prinsipi əsasında araşdırılma aparılmalı və mübahisə üzrə hər hansı bir nəticə verilməlidir. Məhkəmə hesab edir ki, İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPMin 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Belə ki, iddiaçı Banka ödədiyi ödəniş qəbzlərini sübut kimi təqdim etmişdir. Məhkəmə Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışını birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan hazırki mübahisə üzrə, tərəflər arasında ödənilmiş məbləğlərlə bağlı mübahisə yarandığından mötəbər sübutlar kimi qəbul edilməsini məqsədəmüfaviq hesab etmir. Cavabdeh məhz həmin sənədlərə əsaslanaraq icra qeydlərini çıxarmışdır. (Ali Məhkəmənin 2(102)-1113/2021, 2(102)-2906/2021, 2-2(102)- 239/2021, 2-2(102)-402/2022 və 2(102)-546/2023 nömrəli işlər üzrə qərarları). Belə olan halda, məhkəmə formalaşmış vahid məhkəmə təcrübəsinə uyğun qətnamə qəbul edilməsini məntiqi və məqsədəuyğun hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, 26 iyul 2007-ci il). Qeyd edilən prinsip universal olaraq hazırkı iş üzrə araşdırma qaydasına tətbiq olunmalıdır. Məhkəmə vahid məhkəmə təcrübəsinə uyğun formalaşmış hüquqi mövqeyi xatırladaraq qeyd edir ki, hesabdan çıxarış va maliyyə arayışı iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəd olduğundan, həmçinin iddiaçının təqdim etdiyi ödənişlərinin həmin çıxarışda əks etdirilməsi və ya ümumi məbləğdən çıxılması yalnız mütəxəssis rəyi ilə mümkün olduğundan, bu hallara qiymət verilməsi məhkəmə iclasında tərəflərin iştirakları ilə çəkişmə prinsipinə əsasən aparılan araşdırma zamanı müəyyən edilə biləcəyindən sübut kimi qiymətləndirilməsi məqsədəmüvafiq hesab edilmir. Məhkəmə bir daha vurğulayır ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin mübahisəsiz və sübuta yetirilmiş halı ondan ibarətdir ki, sübut etmək vəzifəsinə uyğun olaraq, iddiaçı kredit müqaviləsini, o cümlədən etdiyi ödəniş məbləğində qəbzləri sübut kimi işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh Notariat ofisi yalnız bankın verdiyi mötəbər sübut kimi qəbul edilməyən hesabdan çıxarış və maliyyə arayışına istinad etmiş və müvafiq olaraq icra qeydi çıxarmışdır. İcra qeydlərində yalnız ümumi məbləğ göstərilmiş, borcun hansı hissəsinin əsas, faiz və ya cərimə olduğu açıqlanmamışdır. Azərbaycan Respublikası “Notariat Haqqında Qanun”un 76-cı maddəsində göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddənin normasından görünür ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır və icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Hazırki vəziyyətdə iddiaçı Banka olan kredit borcunu mübahisələndirmiş və icra qeydinin ləğv edilməsini xahiş etmişdir. İddiaçının vəkalətli nümayəndəsi izahatında üçüncü şəxs üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkalətli nümayəndələri olan X9 oglunun və X10 oglunun müddətli əmək müqavilələrinin müddətinin müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə qurtardıgını və əmək müqavilələrinin yenidən baglanmadıgını göstərmiş və bu səbəbdən də onların "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkalətli nümayəndələri qismində hazırki məhkəmə iclaslarında iştirak etmələrini qanunsuz bildirmişdir. Lakin işə əlavə edilmiş iş yerinə dair arayışın etbarlılıq müddəti xx.xx.2025-ci il qeyd edilmişdir. Məhkəmə bu səbəbdən iddiaçının həmin vəsatətinin qəbul edilməsini məqsədə müvafiq hesab etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddianın qismən təmin edilməsini məqsədəmüvafiq hesad etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində icra hərəkətlərinin dayandırılması barədə qətnamə çıxarılmasını da xahiş etmişdir. Məhkəmə hazırki vəziyyətdə iddianın icra qeydlərinin ləğv edilməsinə dair hissəsinin təmin edilməsi ilə bağlı nəticəyə gəlmişdirsə, iddianın icra hərəkətlərinin dayandırılması barədə hissəsinin təmin edilməsini məqsədəmüvafiq hesab etməmişdir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Nailə Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Azərbaycan Respublikası MM-in 448.1-ci maddəsinə əsasən isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusyasının 125-ci maddəsiin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndələrini dinlədikdən sonra, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Tərtər rayon Notariat Ofisinin Xüsusi Notariusu tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli, 8İ-4356 nömrə ilə və 25 dekabr 2023-cü il tarixli, 8İ-4481 nömrə ilə reyestrdə qeyd edilmiş və informasiya sisteminə daxil olmuş icra qeydləri ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilələrə əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Tərtər rayon Notariat Ofisinin Xüsusi Notariusu tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli, 8İ-4356 nömrə ilə və 25 dekabr 2023-cü il tarixli, 8İ-4481 nömrə ilə reyestrdə qeyd edilmiş və informasiya sisteminə daxil olmuş icra qeydləri ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-614/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-614/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver