Məhkəmə qərarları › İş №2(061)-65/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-65/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-65/2025 30.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Tərtər rayon Notariat Ofisi notariusu X1 və Cavabdeh2, Üçüncü şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, İddiaçı cavabdehlər Tərtər rayon Notariat Ofisinə və Cavabdeh2 qarşı üçüncü şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsi olmaqla Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli, 8İ-3990 nömrə ilə reyestrdə qeyd edilmiş və informasiya sisteminə daxil edilmiş icra qeydlərinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Tərtər rayon Notariat Ofisinə və Cavabdeh2 qarşı üçüncü şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsi olmaqla Tərtər Rayon Notariat Ofisi tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli, 8İ-3990 nömrə ilə reyestrdə qeyd edilmiş və informasiya sisteminə daxil edilmiş icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 14 saylı Notariat Ofisində onunla notarial qaydada kredit müqaviləsi bağlayaraq xx.xx.2023cü il tarixədək qaytarmaq şərti ilə 14000 manat məbləğində ona borc pul vermişdir. Həmin müqavilənin bəndlərində notarius tərəfindən icra qeydinin aparılması barədə müddəa nəzərdə tutulmamasına baxmayaraq Tərtər rayon Notariat Ofisinin Xüsusi notariusu 21 noyabr 2023-cü il tarixli, 8İ-3990 nömrə ilə reyestrdə qeyd edilmiş icra qeydi verərək “Notarius haqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsaslanaraq vaxtında ödənilməmiş 14000 manat borc və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmisi 14025 manat pulun ondan tutulmasını qərara almışdır. Hesab edir ki, notariusun icra qeydi verilərkən bir sıra hallar nəzərə alınmadığı üçün həmin icra qeydinə etiraz verilməli və icra qeydi ləğv edilməklə icra hərəkətləri dayandırılmaslı və bu borcun ödənilməsinə iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, ondan tələb edilən 14000 manat pulu almamış, həmin pul Elmar Əliyevə vermişdir. O, Cavabdeh2 cəmi 3000 manat pul almışdır. Həmin pulu ona tam olaraq ödəmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki. icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Cünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmış və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin hazırda əsassız olaraq faiz borcları da hesablanmışdır.”Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə görə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsi ilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirş göndərilməlidir. Lakin həmin qnunun tələbi pozulmuş, ona bu barədə heç bir bildiriş gəlməmişdir. Yalnız Tərtər rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona göndərilmiş məktub vasitəsi ilə məlumatı olmuşdur. Əsas borcun, faiz borcunun ayrı-ayrılıqda göstərilməməsi həmin borc barədə mübahisə yaratmışdır. Qanunun tələbinə görə borc mübahisəsiz olduqda icra qeydi verilə bilər. Borc məbləği mübahisə olması və icra qeydindən əvvəl ona bildiriş göndərilməməsi icra qeydinin ləğv edilməsi üçün əsasdır. Bundan əlavə, cavabdehlə yanaşı Notariat Ofisi də borcun ödənilməsi barədə borclu kimi ona yazılı bildiriş göndərilməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olubolmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız olaraq icra qeydi aparmış, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabibetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın 162-ci bəndinin tələblərini pozmuşdur. Bundan əlavə icra qeydi barədə məlumatı olması ilə bağlı gösətmişdir ki, icra məmuru tərəfindən qəbul edilmiş “icraata başlamaq haqqında” qərarla tanış olarkən sözügedən icra qeydi barədə məlumatı olmuş, lakin cavabdeh Notariat Ofisi icra qeydinin aparılması barədə ona yazılı bildiriş göndərməmişdir. Bu halların təsdiqi kimi onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabibetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın 162-ci bəndinə əsasən əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edildiyi hallarda icra qeydi aparıla bilər. İcra qeydində göstərilən məbləğdə kredit borcunun olduğunu təsdiq edən mərkəzləşdirilmiş kredit reyestrində qeydə alınmış məlumat yoxdur. Mübahisələndirilən İcra Qeydində borc məbləği ümumi olaraq göstərilmiş, həmin məbləğin hansı hissəsinin əsas borc, hansı hissəsinin isə hesablanmış faizlərin və peniyaların olması öz əksini tapmamışdır. Göründüyü kimi Tərtər rayon Notariat Ofisi tərəfindən qeyd olunan İcra Qeydi verilərkən Təlimatın tələbləri pozulmuş, Təlimatın tələbinə uyğun olaraq göstərilməli məcbur olan məlumatlar icra qeydinə tam olaraq göstərilməmişdir. Ona görə də, icra qeydinin mübahisələndirərək ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli, 8İ-3990 nömrə ilə reyestrdə qeyd edilmiş və informasiya sisteminə daxil edilmiş icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavələr edərək göstərmişdir ki, o, məhkəmədə iddia qaldıraraq Tərtər rayon Notariat Ofisinə və Cavabdeh2 qarşı üçüncü şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsi olmaqla Tərtər Rayon Notariat Ofisi tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli, 8İ-3990 nömrə ilə reyestrdə qeyd edilmiş və informasiya sisteminə daxil edilmiş icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehdən götürdüyü pulu artıqlaması ilə ödəmişdir. Onunla aralarında bağlanmış müqaviləni oxumadan imza etmiş, ona bu barədə heç bir izah olmamış və imza etmişdir. Cavabdeh ona 3000 manat faizlə pul vermişdir. Həmin pulun 1000 manatını kartına atmış, 2000 manatı əmək haqqından tutulmuşdur. Onu 14000 manatla bağlı məhkəməyə vermişdir. Oxumadan 14000 manata dair müqaviləyə imza etmişdir. Ali təhsillidir. Cavabdeh2 dostu Zaur Məmmədov vasitəsi ilə tanımışdır. Zaur ondan xahiş etmişdir ki, dostudur, ona pul lazımdır, gedib oxumadan müqaviləyə imza etmişdir. Müqavilə bağlamışdır ki, Cavabdeh2 14000 manat pul almışdır. Ancaq 3000 manat pul almışdır. Oxumadan həmin müqaviləyə imza etmişdir. İnandığı şəxs olub ona görə də imza etmişdir. Borc müqviləsi bağlananda iştirak etmiş, notariusda olmuşdur. Notarius şəklimi çəkib, ancaq heç nə izah etməyib. Bir dəfə notariusda olmuşdur. Bir dəfə olmuş və aldanmışdır. Cavabdeh2 əvvəl tanımamışdır. Onun iş yoldaşı var, X6 cavabdehin 20 illik ailəvi dostu olmuşdur. Qızının xeyir işi olduğu üçün ona 3000 manat pul lazım olmuşdur. Dedi narahat olma 3000 manat pulu alıb gətirmişdir. Həmin puldan 200 manat götürmüşdür ki, bu da onun üstüdür. O, cavabdehə faiz vermişdir. 2023-cü ilin yanvar ayının 26-da kartına 1000 manat pul köçürmüş, 2023-cü il dekabrın 25-də gəlib cavabdehlə Yasamalda görüşmüş, cavabdehə 2600 manat borcu qaldığını, onu da 2 aya əmək haqqından verəcəyini demişdir. Yanvar əmək haqqından tutulmuşdur. Cavabdehə əmək haqqından tutulmasını və qurtaranda müqaviləni pozmaqlarını bildirmişdir. Sonra gedib onun evinin qarşısında onunla görüşəndə, cavabdeh ona 14000 manat verəcəyini bildirmişdir. Onun cavabdehlə heç bir kobud hərəkəti, düşmənçiliyi olmamışdır. O, evdə tək işləyir, əmək haqqının 50 faizi cavabdehin kartına köçürülür. O, Zaur Məmmədovla ailəvi dost olduğu üçün ona inanıb müqaviləyə oxumadan imza etmişdir. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, müqavilə bağlananda iştirak etmiş, şəkildə çəkilmişdir. O, 14000 manat müqavisinə imza edəndə elə bilmişdir ki, məbləğ 3000 manatdır. Notarius izah etməmişdir ki, nəyə görə gəlmişlər. O, elə bilmişdir ki, borc müaviləsi 3000 manata imza etdirir. Bütün sənədlərdə özündə qalmış, sənədə ehtiyac olmadığını bildirmişdir. O, pulu aldıqdan 3 gün sonra müqavilə bağlamışlar. 3000 manat həmin pulun içindədir. 6000 manata yaxın əmək haqqından çıxılmışdır. Müqaviləni pulu artıqlaması ilə ödədiyi üçün pozmağı cavabdehə demiş, lakin cavabdeh razılaşmamışdır. Cavabdeh kassaya yaxınlaşıb pulu çıxarıb kassaya vermiş, kassa pulu sayıb ona, o da cavabdehə vermiş və çeki imzalamışdır. Səhv onundur, oxumamışdır. İnanıb, müqavilyə imza etmişdir. Həmin pulun əmək haqqından tutulacağını, ona 3000 manat pul verildiyini, 3 gündən sonra gedib müqaviləyə imza etdiyini bildirmiş və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçını ailəvi dostu Zaurun vasitəsi ilə tanımışdır. Notariusda borc müqavisi bağlayaraq iddiaçıya 14000 manat pul vermişdir. Notariat Ofisində borc müqaviləsi bağlanarkən notariusa müraciət edildikdə, notarius sənəd verir pul banka qoyulur, bankdan sənəd gərirdikdən sonra depozit sənədi verilir. Bundan sonra notariusda müqavilə bağlanılır. Müqavilə bağlandıqdan sonra iki tərəf qol çəkir, 14000 manat borc alan tərəf götürür. Çek verilir. Həmin çeki təqdim etmişdir. İddiada yazılmışdır ki, ona xəbərdarlıq olmamışdır. Xəbərdarlığı evinə 10 gün müddətində göndərmişdir. Evindən cavab gəlmişdir. Notarius bütün sənədlərə baxıb qeydiyyatdan keçirmişdir. Notariusun qeydiyyatı əsasında icra sənədi icra edilməsi üçün qanunla icra şöbəsinə göndərilmişdir. Pulu almasa heç bir notarius müqaviləyə imza etmir. Hər iki tərəf müqaviləyə imza etmişdir. Borc alana çek vermişdir ki, gedib pulu bankdan götürsün. Hamısı kameralar vardır, çəkilmişdir. İddiaçı banka gedib 14000 manatı almışdır. İddia ərizəsi ilə və iddiaçının bildirdikləri ilə razı olmadığını, notarius vasitəsi ilə pulu ondan aldığını, müqaviləni imzaladığını bildirmişdir. İcra vasitəsi ilə pul 1 ildir ki, ödənilir, buna baxmayaraq bu qədər vaxt keçdikdən sonra gəlib iddia vermişdir. Əgər pulun məbləği 14000 manat olmamışdırsa elə ilk gündən şikayət verməli olmuşdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, o, kassaya pulu verəndə iddiaçı orda olmamışdır. İddiaçının ona olan borcuna görə 25 faiz əmək haqqından pul tuitulur. 25 faiz isə başqa borcu olduğu üçün tutulur. İddia ərizəsinə etiraz etmiş və etiraz ərizəsi vermişdir. Qeyri qanuni heç bir iş görülməmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Tərtər rayon Notariat Ofisi notariusu X2 iddianı qəbul etməyərək göstərmişdir ki, tərəflərin çıxışlarından aydın olmuşdur ki, əslində iddianın mahiyyəti düşgün deyildir. Belə ki, tərəflər pulun verilib-verilməməsi, kredit müqaviləsinin rəsmişləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsini mübahisələndirmişlər. İcra qeydi ilə bağlı mübahisə yoxdur. İcra qeydində yazılmışdır ki, əgər borcun şübhəsizliyinə tam riayət olunmuşdursa və bildirş göndərilmişdirsə icra qeydi qanuni aparılmışdır. İddiaçının iddiası ilə razı deyildir. Bildirişi kreditor özü göndərmiş iddiaçıya, bildirişi də təqdim etmiş, bildirmişdir ki, artıq müddəti də əməl edib ancaq qarşı tərəf onun borcunu ödəməmişdir. Əlində də borcun şübhəsizliyini təsdiq edən kredit müqaviləsi olmuşdur. İcra qeydində 2 hal nəzərdə tutululmuşdur ki, hər ikisinə əməl edilmişdir. Borc verən adətən pulu kassaya verir, borcalan da pulu kassadan götürür. Bu məsələni tərəflər aralarında mübahisələndiriləmələri onların şəxsi işdir. Kredit müqaviləsi hər iki tərəfin iştirakı ilə aparılır. Notarius bütün tələbləri izah edir. Kredit verən aparıb pulu bankda depozitə qoyur, borcalana çek yazılır, kassada da pulu onun özünə verirlər. Şəxsiyyət vəsiqəsi ilə olmasa pul tərəfə verilmir. İcra qeydi bir tərəfli bağlanıla bilər. İddianın təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 göstərmişdir ki, borclu İddiaçı icra sənədi icraatına daxil olduqdan sonra, elektron icraat sistemi vasitəsi ilə borclunun əmlak və gəlirlərinə görə sorğu verilmiş, borclunun əmək haqqı müəyyən olunmuşdur. 10 gün könüllü ödəməklə bağlı müddət bitdikdəın sonra borclu işlədiyi üçün borc onun əmək haqqısına yönəlmişdir. Hazırda da tutulmaların icra edildiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq icra qeydi icraata qəbul ediləndə borcluya bildiriş göndərilmişdir ki, könüllü ödəniş etməsi üçün 10 gün müddət verilmişdir. Tələbkara bununla bağlı məlumat verilmişdir. İddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq tərəflər başqa sübutlarının olmadığını bildirdilər. Sənədlər elan edilərkən sədrlik edənin sualına cavab olaraq müqaviləsindəki şəkilin ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsi Bakı şəhəri 14 saylı notariat Ofisində təsdiq edilmişdir. Kredit müqaviləsi üzrə borc verən Cavabdeh2 notriusun bankda açılan depozit hesabı vasitəsi ilə borc alan İddiaçı 14000 manat məbləğində pul borc verir. Borcalan krediti xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürür. Ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Müqavilə dörd nüsxədən ibarət azərbaycan dilində tərtib edilmişdir. Onlardan biri notariat ofisində saxlanılır, digər nüsxələr isə tərəflərə verilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, Tərtər rayon Notariat Ofisinin notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 xeyrinə ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2022-ci il tarixli 3M-3825 reyestri müqaviləsi ilə müəyyən edilmiş müddət üçün vaxtında ödənilməmiş 14000 manat tutulsun. Bundan əlavə təklif etmişdir ki, borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 14025 manat pul tutulsun. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli tələbin borclunun əmək haqqına yönəldilməsi haqqında Tərtər rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş qərarın surətindən görünür ki, Tərtər rayon Notariat Ofisinin 8i-3993 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu İddiaçı cəmi 14025 manat məbləğində pul vəsaiti tutulub tələbkar Cavabdeh2 xeyrinə ödənilməlidir. Həmçinin icra haqqında Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən borcun 7% hissəsində icra ödənişi tutulmalıdır. Tələbin, yəni 14025 manat borc pul vəsaitinin borclu İddiaçı əmək haqqının 50 faizinə yönəldilərək tutulan məbləğin tələbkar Cavabdeh2 xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli tələbin borclunun əmək haqqına yönəldilməsi haqqında Tərtər rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-in rəhbərliyinə göndərilmiş məktubun surətindən görünür ki, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icraatında olan, Tərtər rayon Notariat Ofisinin 8i-3993 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu İddiaçı əmək haqqısından 50 faiz tutulmanın aparılması barədə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan notarius X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ÇEK NUĞ № 668021 saylı surətindən görünür ki, "xxxx" ASC-ə İddiaçı 14000 manat ödənilməsi qeyd edilmişdir. Həmin qəbzdə İddiaçı şəxsiyyət vəsiqəsinin nömrəsi qeyd edilmişdir. Məhkəmə iddiaçının, cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 14 saylı Notariat Ofisində onunla notarial qaydada kredit müqaviləsi bağlayaraq xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 14000 manat məbləğində İddiaçı borc pul vermişdir. Həmin müqavilənin bəndlərində notarius tərəfindən icra qeydinin aparılması barədə müdəa nəzərdə tutulmuşdur. Tərtər rayon Notariat Ofisinin Xüsusi notariusu 21 noyabr 2023-cü il tarixli, 8İ-3990 nömrə ilə reyestrdə qeyd edilmiş icra qeydi verərək “Notarius haqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsaslanaraq vaxtında ödənilməmiş 14000 manat borc və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmisi 14025 manat pulun ondan tutulmasını qərara almışdır. Bu hallar işdə olan mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında izahat vermiş İddiaçı müqaviləni oxumadan imzaladığını, kassada onun yanında Cavabdeh2 pulu kasaya verdiyini, o da həmin pulu kassadan götürüb yenidən Mehman Əhmədova verdiyini, ümumilikdə Mahman Həmidovdan 3000 manat faizə pul götürdüyünü, ona olan borcunu artıqlaması ilə ödədiyini ona borcu qalmadığını, notaiusun verdiyi icra qeydinin qanunsuz olduğunu və ləğv edilməsini xahiş etsə də bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, məhkəmə iclasında verdiyi izahatı ilə kifayətlənmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bunun əksinə olaraq Cavabdeh2 məhkəmə iclasında iddianı təkzib edərək izahatında göstərmişdir ki, iddiaçı ilə münasibətləri ailəvi dostu Zaurun vasitəsi ilə yaranımışdır. Notariusda borc müqavisi bağlayaraq iddiaçıya 14000 manat pul vermişdir. Notariat Ofisində borc müqaviləsi bağlanarkən notariusa müraciət edildikdə, notarius sənəd vermiş pul banka qoyulmuş, bankdan sənəd gətirdikdən sonra depozit sənədi verilmişdir. Bundan sonra notariusda müqavilə bağlanılmışdır. Müqavilə bağlandıqdan sonra iki tərəf qol çəkmiş, 14000 manat borc alan İddiaçı götürmüşdür. İddiaçı çek verilmiş və həmin çeklə pulu kassadan götürmüşdür. Xəbərdarlığı iddiaçının evinə 10 gün müddətində göndərmişdir. Onun evindən cavab gəlmişdir. Notarius bütün sənədlərə baxıb qeydiyyatdan keçirmişdir. Notariusun qeydiyyatı əsasında icra sənədi icra edilməsi üçün qanunla icra şöbəsinə göndərilmişdir. Notaiusun icra qeydi ilə bağlı bütün hərəkətləri qanuni olmuşdur və icra qeydinin ləğv edilməsinə əsas olmadığını və iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehin göstərdikləri məhkəmə iclasında elan olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında izahat vermiş cavabdeh Tərtər rayon Notariat Ofisi notariusu X2 iddianı qəbul etməyərək, tərəflərin biri-birilərinə pulun verilibverilməməsi, kredit müqaviləsinin rəsmişləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsini mübahisələndirdiklərini, icra qeydi ilə bağlı mübahisənin olmadığını, icra qeydi borcun şübhəsizliyinə tam riayət olunmaqla və borcluya bildiriş göndərildiyindən qanuni aparılmışdır. Belə ki, bildirişi kreditor özü göndərmiş iddiaçıya, bildirişi də təqdim etmiş, artıq müddətə də əməl emiş, ancaq qarşı tərəf onun borcunu ödəməmişdir. Əlində də borcun şübhəsizliyini təsdiq edən kredit müqaviləsi olmuşdur. Kredit müqaviləsi hər iki tərəfin iştirakı ilə aparılır. Notarius bütün tələbləri izah edir. Kredit verən aparıb pulu bankda depozitə qoyur, borcalana çek yazılır, kassada da pulu onun özünə verirlər. Şəxsiyyət vəsiqəsi olmasa pul tərəfə verilmir. İcra qeydi bir tərəfli bağlanıla bilər. İddianın təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclasında göstərmişdir ki, borclu İddiaçı icra sənədi icraatına daxil olduqdan sonra, elektron icraat sistemi vasitəsi ilə borclunun əmlak və gəlirlərinə görə sorğu verilmiş, borclunun əmək haqqı müəyyən olunmuşdur. 10 gün könüllü ödəməklə bağlı müddət bitdikdəın sonra borclu işlədiyi üçün borc onun əmək haqqına yönəlmişdir. Hazırda da tutulmaların icra edildiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq icra qeydi icraata qəbul ediləndə borcluya bildiriş göndərilmişdir ki, könüllü ödəniş etməsi üçün 10 gün müddət verilmişdir. Tələbkara bununla bağlı məlumat verilmişdir. İddianın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə hesab edir ki, hazırda tərəflər arasında verilmiş məbləğlə bağlı mübahisə olsa belə, yuxarıda qeyd edilənlər, məhkəmədə elan olunmuş mötəbər sənədlər onu təsdiq edir ki, bocverən, borcalana xx.xx.2022-ci ildə aralarında bağlanmış kredit müqaviləsinə əsasən 14000 manat pul vermiş, borcalan həmin pulu xx.xx.2023-cü ildə qaytarmağa söz vermiş, lakin pulu qaytarmamışdır. Bocverən borcalanın yaşadığı ünvana bildiriş göndərmiş, bildirişi cavabı alındıqdan sonra icra qeydinin aparılması üçün borclunun yaşadığı yer üzrə notaiat ofisinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində kredit müqaviləsində icra qeydinin aparılması barədə müddəanın olmadığını göstərsə də, həmin müqavilənin 7-ci bəndində açıq qeyd edilmişdir ki, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Bununla yanaşı iddiaçı iddia ərizəsində göstərmişdir ki, icra qeydində əsas və faiz borcunun ayrı-ayrılıqda göstərilməməsi həmin borc barədə mübahisə yaradır. Halbu ki, tərəflər arasında hər iki tərəfin iştirakı ilə xx.xx.2022-ci ildə kredit müqaviləsi bağlanmış, borc verən borc alana 14000 manat borc pul vermiş, həmin pulu xx.xx.2023-cü ildə qaytarmağa söz vermiş, lakin qaytarmamış, bu səbəbdən borc verən borc alana pulu ödəməsi ilə bağlı bildiriş göndərmiş, bildirişin cavabını almış və notariat ofisinə icra qeydinin aparılması ilə bağlı müraciət etmişdir. Notariat Ofisi qanunla müəyyən edilmiş qaydada sənədləri araşdıraraq icra qeydi aparmış və sənədin icra edilməsi üçün Tərtər rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Tərtər Rayon İcra və Probasiya Şöbəsində xx.xx.2023-cü il tarixdə tələbin borclunun əmək haqqına yönəldilməsi barədə qərar qəbul etmişdir. Hazırki dövrədək icra snədi icra olunur, iddiaçının deməsinə görə borc verəndən 3000 manat almasını göstərsə belə hazırki dövrədək onun əmək haqqından mülki işin materiallarına əlavə edilmiş çeklərdən də göründüyü kimi artıq məbləğdə pul tutulmuşdur. İndiyədək iddiaçı məbləğlə bağlı hər hansı bir tələblə məhkəməyə müraciət etməmişdir. Kredit müqaviləsini bağladıqdan təqribən 2 il keçdikdən sonra əsassız olaraq iddia qaldırmışdır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Lakin hazırki halda iddiaçı icra qeydinin ləğv edilməsini tələb etsə də, icra qeydinin düzgün aparılmaması ilə bağlı sübutları təqdim edə bilməmiş, lakin cavabdeh tərəf icra qeydinin qanuni aparılması ilə bağlı mötəbər sübutlar təqdim etmişdir. Məhkəmə həmin sənədlərin mötəbər sübutlar kimi qəbul edilməsini məqsədəmüfaviq hesab etmişdir. Cavabdeh Notariat Ofisi məhz həmin sənədlərə əsaslanaraq icra qeydlərini çıxarmışdır. Belə olan halda, məhkəmə formalaşmış vahid məhkəmə təcrübəsinə uyğun qətnamə qəbul edilməsini məntiqi və məqsədəuyğun hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, 26 iyul 2007-ci il). Qeyd edilən prinsip universal olaraq hazırkı iş üzrə araşdırma qaydasına tətbiq olunmalıdır. Məhkəmə bir daha vurğulayır ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin mübahisəsiz və sübuta yetirilmiş halı ondan ibarətdir ki, sübut etmək vəzifəsinə uyğun olaraq, iddiaçı kredit müqaviləsini, o cümlədən etdiyi ödəniş məbləğində qəbzləri sübut kimi işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim etmişdir. Eyni zamanda Cavabdeh2 ondan borc aldığı pulu qaytarmadığına görə İddiaçı yaşadığı ünvana bildiriş göndərmiş müəyyən müddətdən sonra icra qeydi aparılması üçün Notariat Ofisinə müraciət etmişdir. Cavabdeh Notariat Ofisi də təqdim olunmuş və məhkəmədə elan edilmiş mötəbər sənədlərə istinad etmiş və müvafiq olaraq icra qeydi çıxarmışdır. İcra qeydlərində kredit müqaviləsində göstərildiyi kimi ümumi məbləğ göstərilmişdir. Həmin borc Bank vasitəsi ilə aylıq ödənişlər, aylıq faizlərlə verilməmiş, bu səbəbdən icra qeydində borcun hansı hissəsinin əsas, faiz və ya cərimə olduğu qeyd edilməmişdir. Azərbaycan Respublikası “Notariat Haqqında Qanun”un 76-cı maddəsində göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddənin normasından görünür ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır və icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Hazırki vəziyyətdə iddiaçı cavabdehə olan borcunu mübahisələndirmiş və icra qeydinin ləğv edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddianın təmin edilməməsini məqsədəmüvafiq hesad etmişdir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Nailə Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Azərbaycan Respublikası MM-in 448.1-ci maddəsinə əsasən isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusyasının 125-ci maddəsiin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndələrini dinlədikdən sonra, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Tərtər rayon Notariat Ofisinə və Cavabdeh2 qarşı üçüncü şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsi olmaqla Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli, 8İ-3990 nömrə ilə reyestrdə qeyd edilmiş və informasiya sisteminə daxil edilmiş icra qeydlərinin ləğv edilməsi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilələrə əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Tərtər rayon Notariat Ofisinə və Cavabdeh2 qarşı üçüncü şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsi olmaqla Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli, 8İ-3990 nömrə ilə reyestrdə qeyd edilmiş və informasiya sisteminə daxil edilmiş icra qeydlərinin ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar