Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-683/2025 06.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduğu 19329 ( on doqquz min üç yüz iyirmi doqquz) manat 91 (doxsan bir) qəpik məbləğində pulun və ödənilmiş 148 (yüz qırx səkkiz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qismində İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun illər tanımışdır. Bir yaxın insan kimi ona etibar etmişdir. Cavabdeh maliyyə çətinliyi olduğu vaxtlarda ondan borc pul almış və qaytarmışdır. 2016-cı ilin mart ayında Cavabdeh Bank Olmayan Təşkilata kredit borcu olduğunu, həmin kredit borcunun ödənilməsində ona köməklik etməsini xahiş etmişdir. O da 18 mart 2026-cı il tarixdə 135 manat və 29 aprel 2016-cı il tarixdə 135 manat, ümumilikdə 270 manat məbləğində pul vəsaitini onun bank olmayan təşkilata olan kredit borcunu ödəmişdir. Sonradan Cavabdeh ondan böyük məbləğdə borc pul istəmişdir. Ona etibar etdiyi üçün borc verməsinə etiraz etməmişdir. Lakin borc olaraq pulu notariat kontorunda kredit müqaviləsi əsasında verəcəyini bildirmişdir. Cavabdeh onun təklifinə razılaşmış və xx.xx.2016-cı il tarixdə Gəncə şəhər 1 saylı notariat kontorunda onunla 11000 (on bir) manat məbləğində pulu kredit müqaviləsi əsasında cavabdehə vermişdir. Bundan sonra Cavabdeh xx.xx.2016-cı il tarixdə yenə bank olmayan təşkilata olan kredit borcunun ödənilməsində ona köməklik etməsini xahiş etmişdir. xx.xx.2016-cı il tarixdə 590 manat məbləğində pul vəsaitini onun bank olmayan təşkilata olan kredit borcunu ödəmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə Cavabdeh ondan 5000 manat və digər verdiyi pul vəsaitlərinə dair, ümumilikdə 5794 manat 50 qəpik pul vəsaitinin ondan alınmasına və 2018-ci ilin axırlarında qaytaracağına dair imza etmişdir. Sonradan Cavabdeh adına "xxxx" ASC-də olan klreditin ödənilməsində ona köməklik etməsini xahiş etmişdir. O da öz növbəsində Cavabdeh adına "xxxx" ASC-də olan klreditindən xx.xx.2018-ci ildə 165 manat, xx.xx.2018-ci ildə 165 manat, xx.xx.2018-ci ildə 165 manat, xx.xx.2019-cu ildə 30 manat, xx.xx.2019-cu ildə 1 manat, xx.xx.2019-cu ildə 183 manat, xx.xx.2019-cu ildə 166 manat, xx.xx.2019-cu ildə 165 manat, xx.xx.2019-cu ildə 170 manat, xx.xx.2019-cu ildə 170 manat, xx.xx.2019-cu ildə 170 manat və xx.xx.2019-cu ildə 101 manat, ümumilikdə 1651 manat məbləğində pul ödəmişdir. 2022-ci ilin aprel ayında yenə "xxxx" BOKT MMC-ə olan kredit borcunun ödənilməsində ona köməklik etməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə 1614 manat 41 qəpik məbləğində pul vəsaitini onun "xxxx" BOKT MMC-ə olan kredit borcunu ödəmişdir. Beləliklə, Cavabdeh ümumilikdə ondan 20919 manat 91 qəpik məbləğində pulu ondan borc almışdır. Cavabdeh ona bu qədər borcunun yığıldığından ondan borcunun geri qaytarılmasını tələb etmişdir. Onun tələbinə əsasən Cavabdeh onun kart hesabına xx.xx.2023-cü ildə 400 manat, xx.xx.2023-cü ildə 50 manat, xx.xx.2023-cü ildə 200 manat, xx.xx.2024-cü ildə 200 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 200 manat, xx.xx.2024-cü ildə 150 manat, xx.xx.2024-cü ildə 100 manat və xx.xx.2024-cü ildə 190 manat, ümumilikdə Cavabdeh ona 1590 manat məbləğində pul borcundan vermişdir. Beləliklə, Cavabdeh ona olan 20919 manat 91 qəpik borcundan 1590 manat məbləğində qaytarmış və ona 19329 manat 91 qəpik borcu qalmışdır. Bundan sonra o, Cavabdeh 19329 manat 91 qəpik qalan borcunu dəfələrlə istəsə də, o, bu günə qədər qalmış 19329 manat 91 qəpik məbləğində borcunu qaytarmamışdır və öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. İddiasının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində göstərdiklərini təsdiqləyərək iddia tələbinin əsaslı olduğunu, təmin edilməsini, Cavabdeh onun borclu olduğu 19329 ( on doqquz min üç yüz iyirmi doqquz) manat 91 (doxsan bir) qəpik məbləğində pulun və ödənilmiş 148 (yüz qırx səkkiz) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarında olan SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2025-ci tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, Cavabdeh iddia tələbini tam şəkildə qəbul edir, heç bir etirazı yoxdur, məhkəmə iclasının vaxtı barədə ona məlumat verilmişdir, məhkəmə baxışı iclasında iştirak edə bilməsə işə baxılıb qətnamə qəbul edilməsinə etirazı olmadığını bildirmişdir. İşdə olan Bank qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh adından xx.xx.2022-ci ildə "xxxx" MMC-ə 1614,41 qəpik və müxtəlif vaxtlarda "xxxx" ASC-ə iddia tələbində göstərilən məbləğlərdə pul vəsaitləri ödənmişdir. İşdə olan dəftər vərəqində Cavabdeh tərəfindən imza ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, X1 şəhər sakini İddiaçı götürdüyü 5000 manat pulu hər ay 200 manat verilməklə qaytaracağına söz vermişdir. İşdə olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı həmin kredit müqaviləsi ilə Cavabdeh 11000 manat nəbləğində borc pul vermişdir. Cavabdeh həmin pul məbləğini xx.xx.2019cu il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının izahatını, cavabdehin ərizəsini, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh aralarında olan razılaşmaya əsasən, ümumilikdə 20919 manat 91 qəpik pul vermişdir. Cavabdeh həmin pul məbləğində iddiaçıya 1590 manat qaytarmış, qalan məbləğdə borcu iddiaçıya söz verdiyi müddətdə və hazırki dövrədək qaytarmamışdır. Bu səbəbdən iddiaçı məhkəmədə cavabdehə qarşı pul tələbi ilə bağlı iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı dəfələrlə pulunu ondan tələb etmiş, lakin cavabdeh hər dəfədə müxtəlif bəhanələrlə sözünə əməl etməmişdir. Bununla da Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan borcu 19329 manat 91 qəpik təşkil etmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdehin iddiaçıya 19329 manat 91 qəpik pul borclu olmasını və borcunu qaytarmadığını təsdiq edən cavabdehin özünün ərizəsi ilə fikrini bildirərkən, həmin məbləğində borclu olduğunu etiraf etməsini həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan 19329 manat 91 qəpik manat borcunu qaytarmamışdır. Beləliklə də o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlibedilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, iddia tələbi 19329 manat 91 qəpik məbləğində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 148 (yüz qırx səkkiz) manat 04 (dörd) qəpik dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının izahatını, cavabdehin iddiaçıya pul borclu olması ilə bağlı ərizəsi ilə etirafını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 19329 (on doqquz min üç yüz iyirmi doqquz) manat 91 (doxsan bir) qəpik məbləğində pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 19329 (on doqquz min üç yüz iyirmi doqquz) manat 91 (doxsan bir) qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qaldıdırlması üçün ödənilməli olan 148 (yüz qırx səkkiz) manat 04 (dörd) qəpik dövlət rüsumu Cavabdeh alınsın İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-683/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-683/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver