Məhkəmə qərarları › İş №2(061)-8/2024

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-8/2024

22.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-8/2024 22.07.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X3, Cavabdeh1 X4 cavabdehlər Cavabdeh2 Çərkəz oğlu, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh6 qarşı “mülkiyyətlərində olan torpaq sahəsinə və evə gedən cavabdeh tərəfindən bağlanmış yolun açılması və həmin yolun gələcəkdə bağlanmasının cavabdehə qadağan edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 22 iyul 2024-cü il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X3, Cavabdeh1 X4 cavabdehlər Cavabdeh2 Çərkəz oğlu, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan torpaq sahəsinə və evə gedən cavabdeh tərəfindən bağlanmış yolun açılması və həmin yolun gələcəkdə bağlanmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarından görünür ki, məhkəmə prosesininin gedişində zəbt halının olubolmamasının aydınlaşdıırılması üçün mütəxəssisin cəlb edilməsi və mütəxəssis rəyinin alınması barədə 2(061)-516/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardad qəbul edilmiş, qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyestri Xidmətinə həvalə edilərək və iş üzrə icraat mütəxəssis rəyi alınanadək dayandırılmışdır. Lakin, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq qərardadın icrası təmin edilməmiş, nəticədə mülki iş uzun müddət hərəkətsiz qalmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlmişdir ki, obyektiv amillərlə (mütəxəssis rəyinin alınması ilə) bağlı olmuş olsa belə, iş üzrə icraatın dayandırılması səbəbindən mülki işin uzun müddət hərəkətsiz qalması mülki mühakimə icraatının məqsədlərinə uyğun deyildir. Ona görə də işin icraatı məhkəmənin 2(061)- 8/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin öz təşəbüsü ilə təzələnmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə təyin edilmişmMəhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçılar İddiaçı1, X3, Cavabdeh1, X6 və cavabdehlər Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçılar İddiaçı1, X3, Cavabdeh1, X6 və cavabdehlər Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və Cavabdeh2 Çərkəz oğlu iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə etiraz etməmişlər. Məhkəmənin 2(061)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş və rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Qərardad mülki işin materialları ilə birlikdə rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Ekspert tərəfindən məhkəməyə vəsatət göndərilərək Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin müvafiq rəyinin, tədqiq olunan sahənin kordinatları və baza məlumatlarının ekspertə təqdim olunması xahiş olunmuşdur. Vəsatət xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, vəsatətə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq idarəsinə və tərəflərə xx.xx.2024-cü il tarixli məktub göndərilməklə tədqiqat obyektinə mütəxəssisin və tərəflərin iştirakı ilə yerində baxışın keçirilməsi üçün məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixə saat 12:30-a müddət təyin edilmişdir. Lakin, tədqiq olunan torpaq sahənin kordinatları və baza məlumatları və müvafiq mütəxəssis rəyi verilmədiyindən ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materialları xx.xx.2024-cü il tarixli məktubla icrasız geri qaytarılmış, materiallar xx.xx.2024-cü il tarixdə Tərtər Rayon Məhkəməsinə daxil olmuşdur. Ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarıldığından iş üzrə icraatın dayandırılmış vəziyyətdə saxlanmasına zərurət aradan qalxdığından sonrakı prosesual hərəkətlərin həyata keçirilməsi üçün iş icraat məhkəmənin xx.xx.2024-cü il tatrixli qərardadı ilə təzələnmiş və növbəti məhkəmə iclasları xx.xx.2024cü il tarixlərə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 259.0.7-cı maddəsinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 188.3-cü maddəsinə görə işə baxılması 3 dəfədən artıq təxirə salına bilməz. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclası üçüncü (yəni Azərbaycan Respublikası MPM-nin 188.3-cü maddəsi baxımından sonuncu) baxış iclası olduğundan və iddiaçılar (və cavabdehlər) məhkəmə baxış iclasına gəlmədiyindən iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddələrinə əsasən baxılmamış saxlanmalı və iddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığı üçün ərizəyə məhkəmədə baxılması üçün İddiaçı1 tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X3, Cavabdeh1 X4 cavabdehlər Cavabdeh2 Çərkəz oğlu, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh6 qarşı “mülkiyyətlərində olan torpaq sahəsinə və evə gedən cavabdeh tərəfindən bağlanmış yolun açılması və həmin yolun gələcəkdə bağlanmasının cavabdehə qadağan edilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə məhkəmədə baxılması üçün İddiaçı1 tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona geri qaytarılsin. İddiaçılar iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar