Məhkəmə qərarları › İş №2(061)-846/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-846/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-846/2025 26.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sərdliyi Əzimov Şaiq Rəfayıl oğlu katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 26 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 1914,51 AZN, faiz borcuna görə 224,61 AZN, cəriməyə görə 1,89 AZN, cəmi 2141,01 AZN və dövlət rüsumuna görə 41,41 manat pulun tutularaq İddiaçı ASC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024cü il tarixdə verilmiş 209 saylı ölüm haqqında arayışdan müəyyən olunmuşdur k, Cavabdeh hələ iddia qaldırılmamışdan 10 ay 13 gün qabaq, yəni xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 254.1.1-ci maddəsinə görə hakim işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə işin icraatına xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsini 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Məhkəmə yuxarıda adıçəkilən normalarının dizpozitiv şərtlərinə qarşılıqlı şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, MPM-nin 254.1.1-ci və 261.0.7-ci maddələrinin dispozisiyası prosesin iştirakçısı olan tərəfi nəzərdə tutur, yəni prosesin iştirakçısı olan tərəf prosesin gedişində vəfat edərsə və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandıra, yaxud da barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə işin icraatına xitam verə bilər. Məhkəmə araşadırması zamanı müəyyən olunmuşdur ki, iddia ərizəsində cavabdeh kimi göstərilən Cavabdeh iş üzrə tərəf olmamışdır. Belə ki, o, hələ iddia qaldırılmamışdan 10 ay 13 gün qabaq, yəni xx.xx.2024-cü il tarixdə ölmüşdür. Ona görə də məsələnin həlli zamanı Azərbaycan Respublikası MPM-nin 254.1.1-ci və 261.0.7-ci maddələrinin tətbiqinə yol verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Məhkəmə hesab edir ki, iddia ərizəsində cavabdeh kimi göstərilən Cavabdeh hələ iddia qaldırılmamışdan 10 ay 13 gün qabaq vəfat etdiyindən, o, hazırkı iş üzrə mülkiprosessual fəaliyyət qabiliyyətinə malik olmamışdır. Belə olan halda ona qarşı verilmiş iddiaya məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 261.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə işin icraatına xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işin icraatına Azərbaycan Respublikası MPM-nin 261.1-ci maddəsinə əsasın xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.4-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyi üçün iddia ərizəsinə baxılması üçün İddiaçı ASC tərəfindən ödənilmiş 41,41 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.1, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə 2(061)- 846/2025 saylı mülki işin icraatına xitam verilsin. İddia ərizəsinə baxılması üçün İddiaçı ASC tərəfindən ödənilmiş 41,41 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar