Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-940/2025 26.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı LPO İddiaçı ASC-in, cavabdehlər Cavabdeh Saxavat oğluna və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh Saxavat oğluna və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq cəmi borcu 6.185,39 (altı min yüz səksənbeş dollar 39 sent) ABŞ dolları-bundan 2.739,92 (iki min yeddi yüz otuz doqquz dollar, 92 sent) ABŞ dolları əsas, 1.064,35 (bir min altmış dörd dollar, 35 sent) ABŞ dolları faiz, 1.976,42 (bir min doqquz yüz yetmiş altı dollar 42 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenium qərarına əsasən hesablanmış 404,70 (dörd yüz dörd dollar 70 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 121,55 (yüz iyirmi bir) manat 55(əlli beş) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh Saxavat oğlundan və Zamin müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. LPO İddiaçı ASC-in nümayəndəsi X3 məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, LPO İddiaçı ASC cavabdehlərə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 12:00-a təyin edilmişdir. İddiaçı tərəf kimi bildirir ki, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Yuxarıda yazdıqlarını və ilkin ərizədə qeyd etdiklərini nəzərə alaraq bu iş üzrə bütün məhkəmə iclaslarına iştirakları olmadan baxılmasını və iddialarının tam təmin olunması barədə qəgtnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsinin ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh Saxavat oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə, illik 30% dərəcəsi ilə 24 ay müddətinə 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Saxavat oğluna kredit verilərkən Zamin ilə Bank arasında ZM-410006014 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı Əlavə Sazişinə əsasən kreditin qalıq məbləği 3.600,68 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixinək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişinə əsasən boscalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məçləği 4.482,61 (dörd min dörd yüz səksən iki dollar 61 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı vaxtdan etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanaraq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetrisə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Cavabdeh Saxavat oğlunun kredit üzrə cəmi 6.185,39 (altı min yüz səksənbeş dollar 39 sent) ABŞ dolları-bundan 2.739,92 (iki min yeddi yüz otuz doqquz dollar, 92 sent) ABŞ dolları əsas, 1.064,35 (bir min altmış dörd dollar, 35 sent) ABŞ dolları faiz, 1.976,42 (bir min doqquz yüz yetmiş altı dollar 42 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenium qərarına əsasən hesablanmış 404,70 (dörd yüz dörd dollar 70 sent) ABŞ dolları borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən cəmi borcu 6.185,39 (altı min yüz səksənbeş dollar 39 sent) ABŞ dolları-bundan 2.739,92 (iki min yeddi yüz otuz doqquz dollar, 92 sent) ABŞ dolları əsas, 1.064,35 (bir min altmış dörd dollar, 35 sent) ABŞ dolları faiz, 1.976,42 (bir min doqquz yüz yetmiş altı dollar 42 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenium qərarına əsasən hesablanmış 404,70 (dörd yüz dörd dollar 70 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 121,55 (yüz iyirmi bir) manat 55(əlli beş) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh Saxavat oğlundan və Zamin müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh Saxavat oğlu və Zamin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarından aydın olur ki, X1 məhkəmə bildirişləri və SMS xəbərdarlığı AZEMİS vasitəsi ilə çatdırılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh Saxavat oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, cavabdeh X2 şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə, illik 30% dərəcəsi ilə 24 ay müddətinə 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmədə elan olunmuş 21 aprel 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh Saxavat oğlunun kredit üzrə cəmi 6.185,39 (altı min yüz səksənbeş dollar 39 sent) ABŞ dolları-bundan 2.739,92 (iki min yeddi yüz otuz doqquz dollar, 92 sent) ABŞ dolları əsas, 1.064,35 (bir min altmış dörd dollar, 35 sent) ABŞ dolları faiz, 1.976,42 (bir min doqquz yüz yetmiş altı dollar 42 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenium qərarına əsasən hesablanmış 404,70 (dörd yüz dörd dollar 70 sent) ABŞ dolları borcu yaranmışdır. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehlər Cavabdeh Saxavat oğluna və Həsənli Serymur Qələndər oğluna kredit borcunu ödəməsi, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Qanunvericiliyin tələblərinə əsasən barəsində tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə ərizədə göstərilənləri, iş materialları üzrə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh Saxavat oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə, illik 30% dərəcəsi ilə 24 ay müddətinə 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Göstərilənlər məhkəmə iclasında elan olunmuş mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmadığından, cərimə borcunun artmasına şərait yaranmışdır. Cavabdeh öz növbəsində ödənişi kecikdirsə belə, ödəməli olduğu məbləğin müəyyən bir hissəsəni ödəmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, məhz kredit borcunun gecikdirilməsi həmin çətinliklərlə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehin iddiaçıya borclu olduğu 1976,42 ABŞ dolları cərimə borcu, 1776,42 ABŞ dolları azaldılaraq, (1976,42 ABŞ dolları – 1776,42 ABŞ dolları = 200 ABŞ dolları) 200 ABŞ dolları olmaqla təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Beləliklə, cavabdehlərin iddiaçı tərəfə olan borcu - 2.739,92 (iki min yeddi yüz otuz doqquz dollar, 92 sent) ABŞ dolları əsas, 1.064,35 (bir min altmış dörd dollar, 35 sent) ABŞ dolları faiz, 200 (iki yüz ABŞ dolları) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenium qərarına əsasən hesablanmış 404,70 (dörd yüz dörd dollar 70 sent) ABŞ dolları təşkil edir. Məhkəmə belə hesab edir ki, LPO İddiaçı ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın qismən təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə allınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 121 (yüz iyirmi bir) manat 55 (əlli beş) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə araşdırması zamanı iddia ərizəsini və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh Saxavat oğlundan və Zamin müştərək qaydada 2.739,92 (iki min yeddi yüz otuz doqquz dollar, 92 sent) ABŞ dolları əsas, 1.064,35 (bir min altmış dörd dollar, 35 sent) ABŞ dolları faiz, 200 (iki yüz ABŞ dolları) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenium qərarına əsasən hesablanmış 404,70 (dörd yüz dörd dollar 70 sent) ABŞ dolları faiz borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, ümumilikdə 4004 (dörd min dörd) ABŞ dolları, 27 (iyirmi yeddi) sent və iş üzrə ödənilmiş 121 (yüz iyirmi bir) manat 55 (əlli beş) qəpik dövlət rüsumu tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. İddianın cərimə borcuma aid olan qalan hissəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh Saxavat oğlundan və Zamin müştərək qaydada 2.739,92 (iki min yeddi yüz otuz doqquz dollar, 92 sent) ABŞ dolları əsas, 1.064,35 (bir min altmış dörd dollar, 35 sent) ABŞ dolları faiz, 200 (iki yüz ABŞ dolları) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 404,70 (dörd yüz dörd dollar 70 sent) ABŞ dolları faiz borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, ümumilikdə 4004 (dörd min dörd) ABŞ dolları, 27 (iyirmi yeddi) sent və iş üzrə ödənilmiş 121 (yüz iyirmi bir) manat 55 (əlli beş) qəpik dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddianın cərimə borcuma aid olan qalan hissəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-940/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-940/2025
26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver