Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-984/2025 05.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-328/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün müəyyən olunmuş hər ay hər uşağa 100 manat miqdarında alimentin miqdarının artırılaraq hər ay hər uşağa 245 manat olmaqla ayda cəmi 490 manat sabit pul məbləği miqdarında müəyyən edilməsi və həmin alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı rəsmi ərizə təqdim edərək tələbinə mahiyyəti üzrə baxılmadan iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin özünə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və ona əlavə olunmuş iddia ərizəsinə mahiyyəti üzrə baxılmadan özünə qaytarılmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-328/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün müəyyən olunmuş hər ay hər uşağa 100 manat miqdarında alimentin miqdarının artırılaraq hər ay hər uşağa 245 manat olmaqla ayda cəmi 490 manat sabit pul məbləği miqdarında müəyyən edilməsi və həmin alimentin Cavabdeh tutularaq ona verilməsi barədə iddia ərizəsinə baxılmadan əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-984/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-984/2025
05.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver