Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1028/2023 04.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbiətə vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Tovuz şəhərində 04 may 2023cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq təbiətə vurulmuş ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, idarənin əməkdaşları tərəfindən balıq və su bioresurslarının istifadəsinə və mühafizəsinə dövlət nəzarəti istiqamətində Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində növbəti reyd keçirilərkən Cavabdeh qanunsuz olaraq balıq ovu edərək, Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta törətməsi aşkar olunmuşdur. Qanunsuz ovlanmış balıqlara görə İdarənin əməkdaşları tərəfindən müvafiq hesablama aparılaraq, 15 ədəd dabanbalığının qanunsuz ovlanmasına görə balıq ehtiyatlarına ümumilikdə 165 manat ziyan dəydiyi müəyyən edilmişdir. Ona görə də iş üzrə Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyan nəticəsində yaranmış 165 manat məbləğin cavabdehdən tutularaq İddiaçı 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yanında X1 Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş 05 noyabr 2022-ci il tarixli 76132 saylı Aktdan görünür ki, Kür çayının Tovuz rayonu ərazisində Cavabdeh tərəfindən 15 ədəd dabanbalığı ovlanması müəyyən edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən balıq və su bioresurslarının istifadəsinə və mühafizəsinə dövlət nəzarəti istiqamətində Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində növbəti reyd keçirilərkən Cavabdeh qanunsuz olaraq balıq ovu edərək, Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta törətməsi aşkar olunmuşdur. Qanunsuz ovlanmış balıqlara görə İdarənin əməkdaşları tərəfindən müvafiq hesablama aparılaraq, 15 ədəd dabanbalığının qanunsuz ovlanmasına görə balıq ehtiyatlarına ümumilikdə 165 manat ziyan dəydiyi müəyyən edilmişdir. Hazırda cavabdeh təbiətə vurduğu ziyana görə 165 manat məbləğində pul ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”-nin 2-ci bəndinin 2.5.2-ci hissəsinə əsasən, balıq ovunun biletləri olmadan sənaye məqsədləri üçün balıqların ovlanması qadağandır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 165 manat məbləğində ziyana görə pul alınıb İddiaçı 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yanında X1 Fonduna verilməlidir. Bundan başqa Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən dövlət rüsumu olaraq 30 manat pul cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 165 manat alınaraq İddiaçı 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yanında X1 Fondunun xeyrinə ödənilsin. 30 manat dövlət rüsumu Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1028/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1028/2023
04.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver