Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1032/2023 05.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nzaim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakıı ilə, İddiaçı Cavabdeh qarşı ”pul” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200 manat maşınından götürdüyü pul, 120 manat maşının şüşəsinin qırılması üçün dəyən zərər, 60 manat ibtidai istintaqa və məhkəməyə getdiyi yol pulu, mənəvi zərər olaraq 500 manat, ödənilmiş 40 manat dövlət rüsumunun cəmi 920 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə təxminən saat 22:00 radələrində Tovuz rayonu Qovlar şəhəridə yerləşən çayxanaya girmiş, təxminə 5 dəqiqədən sonra çayxanadan çıxanda görmüşdür ki, ona məxsus olan **-CD-*** dövlət qediyyat nişanlı avtomobilin şüşəsi sındırılaraq içərisində ona məxsus olan 200 manat pul və 1 ədəd 250 manat dəyərində REDMİ markalı mobil telefonu oğurlamışdır. Onun şikayəti əsasında cavabdehi tutmuşlar və adiyyəti üzrə təhvil vermişlər. Daha sonra onun mobil telefonunu onun özünə qaytarmışlar və 200 manat pulu və maşınına dəyən ziyanı ona ödəməmişlər. Bundan başqa yaşadığı Daşkəsən rayonunda atası X2 ilə birlikdə 6 dəfə çağırışa əsasən Tovuz rayon PŞ-yə və Tovuz Rayon Məhkəməsinə getmişlər. Onlar şəhid ailəsidirlər, əkiz qardaşları 44 günlük Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Həmin vaxt atasının səhhətində bir çox problemlər yaranmış və əmək qabiliyyətini itirmişdir. Onun bu işilə bağlı atası cox məyus olmuş, onunla birlikdə Tovuz rayon PŞ-nə və Tovuz Rayon Məhkəməsinə getmişdir. Mobil telefonunda şəhid qardaşına aid çoxlu sayda şəkillər vardır ki, Cavabdeh tərəfindən silinmişdir. Heç çürə həmin şəkilləri bərpa etmək mümkün olmamışdır. Tovuz Rayon Məhkəməsinin 3(062)-853/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati xəta törətmiş Cavabdeh inzibati tənbeh tətbiq edilmiş, onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və digər halları nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən 200 manat cərimə edilmişdir. Lakin məhkəmə ona dəymiş ziyanın ödənilməsini təmin etməmiş, onun şikayətinin olmasını nəzərə almamış, məhkumluğu barədə araşdırma aparmamışdır. Cavabdeh İXP-nın 227-ci maddəsi ilə təqsirli hesab edilərək 200 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh ona dəymiş ziyanın yəni 200 manat maşının şüşəsi, 60 manat yol pulu və mənəvi zərər olaraq 500 manat ulun ona qaytarılmasını tələb etsədə heç bir nəticəsi olmamışdır. Cavabdeh tərəfindən ona vurulmuş zərərin əvəzi tam ödənilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 3(062)-853/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi təqsirli bilinərək ona 200 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin törətdiyi hüquqa zidd əməl nəticəsində iddiaçıya 200 manat maddi ziyan dəymişdir. Odur ki, həmin məbləğdə pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin törətdiyi hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi ziyanın da dəyməsi qaçılmazdır. Odur ki, məhkəmə hesab edir ki, dəymiş mənəvi ziyanın əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçı iddia tələbinin qalan hissəsi ilə bağlı sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 300 manat pul Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 300 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1032/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1032/2023
05.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver