Məhkəmə qərarları › İş №2(062)-1033/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1033/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1033/2023 05.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh3 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə Tovuz şəhərində 05 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmədə iddia qaldıraraq borcun tutulması və kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 21 noyabr 2019-cu il tarixli 039CASA193250005 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, cavabdehə 60 ay müddətinə illik 1 faizlə 11536,03 manat məbləğində kredit verilmişdir. Bununla yanaşı, 21 noyabr 2019-cu il tarixli 039CASA193250005 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli 039FİZAM77881701 saylı və Cavabdeh3 arasında 21 noyabr 2019-cu il tarixli 039FİZAM77881801 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh qismən ödənişlər etmişdir. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borcu könüllü ödəməkdən imtina edirlər. Borclu kredit vəsaitindən istifadə etsə də kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə problemli kreditlərin siyahısına daxil edilmişdir. Hazırda cavabdehlərdən müştərək qaydada 6455,96 manat əsas, 2,56 manat faiz olmaqla, cəmi 6458,52 manat məbləğində kredit borcu və 85,59 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 21 noyabr 2019-cu il tarixli 039CASA193250005 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, cavabdehə 60 ay müddətinə illik 1 faizlə 11536,03 manat məbləğində kredit verilmişdir. Bununla yanaşı, 21 noyabr 2019-cu il tarixli 039CASA193250005 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli 039FİZAM77881701 saylı və onunla 21 noyabr 2019-cu il tarixli 039FİZAM77881801 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcdan hissə-hissə ödəyirlər. Yenə də ödəməyə davam edirlər. 19 fevral 2023-cü il tarixdə 2800 manat da ödəniş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş 21 noyabr 2019-cu il tarixli, 039CASA193250005 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona 60 ay müddətinə illik 1 faizlə 11536,03 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş qəbzdən və xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borclarının ödənilməsi barədə bildiriş göndərilmişdir. İşə əlavə olunmuş 21 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır və bununla da Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin təminatçısı kimi çıxış edir. İşə əlavə olunmuş 05 may 2023-cü il tarixli maliyyə arayışına əsasən, borcluların banka 4621,34 manat əsas borc, 1,79 manat faiz borcu qalmışdır. Göründüyü kimi Cavabdeh1 İddiaçı ASC ilə bağladığı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş sonuncuya şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək iddiaçı təşkilatın qənaətinə görə cavabdehin hazırda 4623,13 manat borcu qalmışdır. Ona görə də iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1- ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya ( borc alana ) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2019cu il tarixli 039CASA193250005 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4621,34 manat əsas, 1,79 manat faiz borcu olmaqla, cəmi 4623,13 manat kredit borcu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. İddianın təmin edilən hissəsi 4623,13 manat təşkil etdiyinə görə ödənilmiş dövlət rüsumunun 66,23 manatı cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2019-cu il tarixli 039CASA193250005 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4621,34 manat əsas, 1,79 manat faiz borcu olmaqla, cəmi 4623,13 manat kredit borcu və 66,23 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündə 1 (bir) ay müddətinə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar